Rauf Mürsəl oğlu Tağıyev — Azərbaycan alimi, Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru.https://www.facebook.com/profile.php?id=100011014839971

Həyatı Rauf Mürsəl oğlu Tağıyev 10 may 1954-cü ildə Qərbi Azərbaycanın Qafan rayonunun, Açağu kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakültəsin bitirib.

Ailəlidir, 3 oğlu, 6 nəvəsi var.

Əmək fəaliyyəti 1975–1978 — Azərbaycan Elmlər Akademiyası, elmi işçi 1978–1980 — Azərbaycan Rabitə Nazirliyi Hesablama Mərkəzi, qrup rəhbəri 1980–1986 — Azərbaycan Dövlət Universitetinin Hesablama mərkəzi; riyaziyyatçı 1986–1992 — Azərbaycan Dövlət Universiteti, Tətbiqi riyaziyyat fakültəsinin Riyazi-fiziki tənlikləri kafedrasında baş müəllim 1992–1993 — Azərbaycan Milli İstiqlal partiyası, sədrin köməkçisi – sədr aparatının rəhbəri, təşkilat şöbəsinin müdiri 1993–1996 — Bakı Dövlət Universiteti, Mexanika-riyaziyyat fakültəsi, Ali riyaziyyat kafedrası, baş müəllim 1996–2013 — Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiə Nazirliyi, kollegiyanın məsul katibi, məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri, Miqrasiya İdarəsinin rəisi, Dövlət Əmək Müfəttişliyinin rəisinin müavini və rəisihttps://www.aznews.az/news/hadise/42218.html 2014–2018 — "Azərsu" ASC, Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin rəisi 1997-ci ildən Bakı Dövlət Universiteti, Ali riyaziyyat kafedrası, indiyədək baş müəllim.

Elmi – təşkilati fəaliyyəti 1976 — SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadi Riyaziyyat İnstitutunda tədqiqatçı. 1980–1984 — Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (indiki Memarlıq və İnşaat Universiteti) – dissertant. 1986-cı ildən Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azərbaycan Respublikasında yaradılmış bir sıra dövlət və hökumət komissiya və nümayəndə heyətlərinin üzvü 2002–2007-ci illərdə Avropa Şurası Miqrasiya Komitəsinin (SDMG) Azərbaycan təmsilçisi Azərbaycan Respublikasının bir sıra qanunlarının (o cümlədən, Əmək Məcəlləsinin, Miqrasiya Məcəlləsinin) hazırlanması üzrə işçi qrupun üzvü 29 çap olunmuş elmi məqalənin müəllifidir İstinadlar

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Zəngəzurda doğulanlar Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Azərbaycan Milli İstiqlal Partiyasının üzvləri