OBA Market — Azərbaycanda fəaliyyət göstərən marketlər şəbəkəsi. Şirkətin hazırda 1400-dən çox mağazasının fəaliyyət göstərdiyi iddia olunur.
Tarix Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC yeni market konsepsiyası ilə 11 mart 2016-cı il"OBA Market, Azerbaycan'ın en büyük marketler zinciri oldu" . takvim.com.tr. Erişim tarihi: 2021-07-29. tarixindən Azərbaycanda pərakəndə satış bazarına daxil olub. Şəbəkənin yaradılmasında əsas hədəf isə gündəlik tələbat məhsullarını qədər uyğun qiymətə satışıdır.
2020-ci ildən etibarən çeşid sayını dəfələrlə artıran "OBA Market" MMC öz markaları (PL- Private Label) ilə yanaşı, yerli və xarici markaların satışını da həyata keçirir. Elə həmin ildən başlayaraq həyata keçirilən dəyişikliklərlə "discount" modelindən çıxaraq, qonşu market modelinə daxil olub. 2020-ci ildə həyata keçirilmiş dəyişikliklərə interyer, rəf sayının artırılması, genişləndirilmiş mağaza sahəsi, eksteryer, loqo və cinql aiddir.
Market sayı "OBA Market" MMC-nin marketləri Naxçıvan Muxtar Respublikası istisna olmaqla Azərbaycanın bütün bölgələrində mövcuddur. Hazırda 1400-ə yaxın marketi və 9000-dən çox əməkdaşı olduğu iddia olunaraq""OBA" Market Azerbaycan'da 900'üncü Şubesini Açtı" . www.guncel-haber.com. Erişim tarihi: 2021-07-29. ölkədəki böyük marketlər şəbəkələrindən biri olduğu iddia olunur.
İcraçı direktor "OBA" Marketlər şəbəkəsinin icraçı direktoru Natəvan İbrahimovadır.
Loqo thumb|right|Zabrat qəsəbəsində yerləşən OBA Market mağazası.
2020-ci ildə şirkət rebrendinq edərək yeni loqosunu təqdim edib."Azerbaycan market zincirlerinden OBA Market logosunu yeniledi" . tgrthaber.com.tr. Erişim tarihi: 2021-07-29. Yeni loqo üç komponentdən ibarətdir: "OBA" söz nişanı, yaşıl forma və sarı stok. "OBA" marketlər şəbəkəsinin əsas rəngi yaşıldır. Loqonun digər rəngləri isə hədəflərin daha aydın və anlaşılan olmasına xidmət edir.
Şirkətin öz markaları (Pl-Private label) "OBA" marketlər şəbəkəsi Azərbaycan bazarında öz istehsalı olan marka məhsulları ilə də təmsil olunur. Bu məhsullar münasib qiymət seqmentinə aid olmaqla yanaşı, müvafiq standartlara uyğun şəraitdə istehsal edilir.Acunn; Acunn.com. "OBA Market'ten Azerbaycan'da Türk markalarına özel indirimler!". www.acunn.com. Erişim tarihi: 2021-07-29.. 2016-cı ildən başlayaraq hələ də satışı davam edən şirkətin öz markaları aşağıdakı kimidir: +20162017201820192020FelliniNurSabellaLazovskayaÇudo VkusaSafranZolotaya BasnaTurk chefAlemshahBabuşkinoZolotoy KrayMonte LemoTamdadHekayaRevelLovbeDory Baby
Layihələri "OBA" marketlər şəbəkəsi 2020-ci ildə "3 dekabr — Beynəlxalq Əlillər Günü" ilə əlaqədar Bakı-Abşeron ərazilərində fiziki məhdudiyyətli insanlar yaşayan ailələrə ərzaq yardımı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "Uşaq sığınacağına və aztəminatlı ailələrə yardım" adlı layihə həyata keçirib. Belə ki, bu layihədə Qızıl Aypara Cəmiyyətinin Binəqədi rayonu bölməsində qeydiyyatda olan çoxuşaqlı və aztəminatlı bir sıra ailələrə ərzaq yardımı, həmçinin "Ümid yeri" uşaq sığınacağına yeni il hədiyyələri göndərilib. Sentyabr və oktyabr aylarında "OBA Market" MMC Bakı şəhəri və Azərbaycanın digər bölgələrində yerləşən "OBA" marketlərində koronavirus pandemiyasından müdafiə məqsədilə tədbirlər həyata keçirib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İctimai Birliyinin "COVİD-19" koronavirus pandemiyasının aktivləşməsi səbəbindən əhalinin maarifləndirilməsi istiqamətində tədbirlərin təşkili" layihəsi çərçivəsində "OBA" marketlərinə gələn müştərilərə tibbi maska və informasiya bukletləri paylanılıb. "OBA" marketlər şəbəkəsinin də daxil olduğu Veysəloğlu Şirkətlər Qrupu Vətən müharibəsi zamanı Azərbaycan torpaqlarının azad edilməsi uğrunda döyüşən hərbçilərə dəstək məqsədilə "Silahlı Qüvvələrə Yardım Fondu"na 1 milyon manat"OBA Market'in de yer aldığı Veyseloğlu Şirketler Grubu, YAŞAT Vakfı'na 1 milyon manat aktardı". Ahaber. Erişim tarihi: 2021-07-29. vəsait köçürüb.
"OBA" marketlər şəbəkəsi 21 mart 2021-ci ildə Novruz bayramı münasibətilə Pirallahı qəsəbəsində yaşayan bir sıra ailələrə ərzaq yardımı göstərib. Yardımlar Vətən müharibəsi iştirakçısı olan qazilərin ailələrinə təqdim olunub və müxtəlif ərzaq məhsullarından ibarət olub. Eyni zamanda, "Vətən bağı" ərazisində şəhidlər bulağı əhalinin istifadəsinə verilib.
Eyni ilin oktyabrın 18-də "Şanslı qonşu" adlı lotereyaya start verib.
Bu çərçivədə "OBA" marketlər şəbəkəsinin Məşğulluq Agentliyi, AQSİA, KOBSKA və "AzəriExpress" şirkəti ilə əməkdaşlıq memorandumları mövcuddur.
Bu günədək "OBA" müxtəlif sosial yönümlü layihələr həyata keçirib. Ucqar kənd məktəblərində təmizlik və abadlıq işlərini əhatə edən "Təmiz məktəb", qadınların əmək fəaliyyətinə cəlb olunmasını və gender stereotiplərinin azaldılmasını hədəfləyən "Qadının gücü", eləcə də ətraf mühitin qorunmasına yönəlmiş "Yaşılı sev, çevrəni qoru" layihələri bu istiqamətdə icra olunan təşəbbüslər sırasındadır. Şirkət tərəfindən bəzi mağazaların ətrafında sahibsiz heyvanlar üçün sığınacaq və yem yerlərinin yaradılması da həyata keçirildiyi iddia olunub.
"OBA"nın fəaliyyət istiqamətlərindən biri də inkişaf və sosial inteqrasiyaya yönəlmiş layihə və təlimlərin dəstəklənməsidir. Bu çərçivədə "Sağlam qadın — sağlam cəmiyyət" təşəbbüsü, "Woman Bazaar — Dayanıqlı İnkişaf Festivalı" və "Xəyallarının izində" layihələrinə dəstək göstərilib. İl ərzində müxtəlif vaxtlarda aztəminatlı ailələrə, uşaq evlərinə və digər sosial müəssisələrə ərzaq yardımları təqdim olunur. Bu istiqamətdə "OBA qonaq gedir" adlı layihə həyata keçirildiyi iddia olunub.
Hazırda "OBA" marketlər şəbəkəsi Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərir.
Bundan əlavə, 2023-cü ilin may ayından etibarən "OBAdan Xəbərlər" adlı rüblük (ildə dörd dəfə nəşr olunan) hesabat qəzeti dərc edilir.
Mobil tətbiq "OBA" marketlər şəbəkəsi 2021-ci il 30 aprel tarixində "OBA Market" mobil tətbiqini istifadəyə təqdim edib"OBA Market" Mobil Uygulamada". www.timeturk.com . Erişim tarihi: 2021-07-29.. Keşbek funksiyasını yerinə yetirən tətbiq təqdimatın 22-ci günündə "Play Store" Azərbaycan reytinqində 1-ci yerdə mövqelənib.
Çağrı mərkəzi *2016 çağrı mərkəzi"OBA Market çağrı merkezi kuruldu" . Haberler.com. 2021-07-16. Erişim tarihi: 2021-07-29. "OBA" marketlər şəbəkəsinin müştərilər tərəfindən irad və təkliflərinin toplanması və problemlərinin həll olunması üçün nəzərdə tutulub."OBA" Market Çağrı Merkezi Kuruldu". Yeniasir . Erişim tarihi: 2021-07-29.
Həmçinin bax Al Market Bazarstore Bravo
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan şirkətləri Kateqoriya:Veysəloğlu Kateqoriya:2016-cı ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycandakı supermarketlər