Xəlil Əbcəlilov (; ) — Sovet, tatar aktyoru, teatr rejisoru. SSRİ Xalq artisti (1957).

Bioqrafiyası 17 sentyabr 1896-cı ildə Mustafino kəndində (indi Rusiya Federasiyasının, Orenburq vilayətinin Şarlık rayonu) kasıb bir kəndlinin ailəsində anadan olmuşdurТеатральная энциклопедия / Гл. ред. С. С. Мокульский. — М.: Советская энциклопедия, 1961. — Т. 1. — 1214 стб.Большая Российская энциклопедия: В 30 т. / Председатель науч.-ред. совета Ю. С. Осипов. Отв. ред. С. Л. Кравец. — М.: Большая Российская энциклопедия, 2005. — Т. 1. А — Анкетирование. — 766 с..

7 yaşında bir mədrəsədə oxumağa göndərilir. 1906-cı ildə quraqlıq səbəbindən kənddə aclıq başlayır və Xəlilin ailəsi Orenburqa köçməyə məcbur qalır.

1914-cü ildə Birinci Dünya müharibəsi başladıqdan sonra o, Çar ordusuna çağrılır. Müharibə zamanı Köniqsberq, Varşava, Baranoviçini ziyarət edir. Döyüşlərdə göstərdiyi şücaətə görə Müqəddəs Qeorqe medalı, daha sonra isə 4-cü dərəcəli Müqəddəs Qeorqe Xaçına layiq görülmüşdür. 1916-cı ildə sağ çiynindən ciddi bir yara alaraq xəstəxanada yatırılır. Yaralandıqdan sonra tərxis olunur.

Səhnə fəaliyyətinə 1916-cı ildə "Şirkat" (Orenburq) tatar dram truppasında başlamışdır. 1919-cu ildə Orenburqdakı Tatar "Şərq Teatrının" qurucularından biri olur. Vətəndaş müharibəsi illərində bu teatrın aktyoru və rejissoru olaraq bir cəbhə truppası təşkil edir və cəbhə xəttinə gedir, Qırmızı Ordu əsgərləri qarşısında çıxış edir. 1920-1923-cü illərdə Daşkənd, Buxara və Xivədə Özbək teatrlarının təşkilində iştirak etmişdir. 1923-1924-cü illərdə Həştərxan Tatar Dram Teatrında çalışır.

1924-1928-ci illərdə "Özbəkqoskino" trestinin (indiki Özbəkfilm, Daşkənd) Şərq Ulduzu film fabrikində film çəkir. 1928-ci ildən Q. Kamal (Kazan) adına Tatar Akademik Teatrının aktyoru olur

1941-1953-cü illərdə Ümumrusiya Teatr Cəmiyyətinin Tatar Bölməsinin İdarə Heyətinin sədri olur.

1944-cü ildən bəri Sovet İttifaqı Kommunist Partiyası üzvü, Tatarstan MSSR Ali Sovetinin 2-4 çağırış deputatı (1947-1959)

18 mart 1963-cü ildə Kazanda ürək tutmasından dünyasını dəyişir. Kazanın Novo-Tatar qəsəbəsindəki Tatar qəbiristanlığında dəfn edilmişdir.

Ailəsi Əmisi oğlu – Musa Cəlil (1906-1944), tatar, sovet şairi. Sovet İttifaqı Qəhrəmanı (1956).

Mükafatları Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti (1939),

RSFSR-nin əməkdar artisti (1940),

Tatarstan MSSR xalq artisti (1944),

RSFSR xalq artisti (1950),

SSRİ xalq artisti (1957),

Qabdulla Tukay adına Respublika Mükafatı (1958) ,

M. Qeorqe medalı,

M. Qeorqe xaçının 4-cü dərəcəsi,

Qırmızı Əmək Bayrağı ordeni (1956),

"Şərəf nişanı" ordeni

İstinadlar

Kateqoriya:Rusiyanın teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:Ürək-damar xəstəliyindən vəfat edənlər Kateqoriya:Birinci Dünya müharibəsində iştirak edən Rusiya şəxsləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsr teatr rejissorları Kateqoriya:Rusiya teatr aktyorları Kateqoriya:Rusiya Teatr Xadimləri İttifaqının üzvləri