Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumunun (UNESCO) Ümumdünya irsi obyektləri, 1972-ci ildə qurulan UNESCO-nun Ümumdünya irsi siyahısında təsvir edildiyi kimi mədəni və ya təbii irs üçün vacib yerlərdir. Qazaxıstan 1994-cü il 29 aprel tarixində tarixi ərazilərinin siyahıya daxil olması üçün konvensiyanı qəbul etmiş və 2016-cı ilə qədər Qazaxıstanın beş mədəni və təbii irsi bu siyahıya daxil edilmişdir.
Qazaxıstanda siyahıya alınan ilk obyekti Əhməd Yasəvi türbəsi () 2003-cü ildə Parisdə keçirilən Ümumdünya irsi komitəsinin 27-ci iclasında siyahıya alınmışdır. Növbəti illərdə ikinci ərazi Tamqalıdakı petroqliflər, daha sonra 2008-ci ildə Sarıarka - Şimali Qazaxıstan çöl və gölləri siyahıya əlavə edilmişdir. 2014 və 2016-cı illərdə isə müvafiq olaraq iki transmilli rekvizit: İpək yolu: Çanqan-Tyan-Şan dəhlizinin marşrutlar şəbəkəsi (Çin və Qırğızıstan) və Qərbi Tyan-Şan (Qırğızıstan və Özbəkistanla) siyahıya əlavə edilmişdir. Cədvəl Cədvəl müvafiq sütunun yuxarı hissəsi üzərinə klikləməklə; ərazi, sahə, il, əlifba sırası və təsvir sütunları üzrə çeşidlənib. Transsərhəd ərazilər aşağıdakı kimi sıralanıb: Ərazi – obyektin adı. Yer – regional və ya əyalət səviyyəsindəki bölgə ilə müşaiyyət olunan ölkəyə görə sıralanır. Çoxmillətli və ya çox regionlu obyektlər olduqda, adlar əlifba sırası ilə sıralanır. Meyar – Ümumdünya İrsi Komitəsi tərəfindən təyin olunub. Sahə – hektar və akrla. Sıfır dəyər, UNESCO tərəfindən heç bir məlumatın yayımlanmadığını göstərir. İl – obyektin Ümumdünya irsi siyahısına yazıldığı tarix. Təsvir – obyekt (ərazi) haqqında qısa məlumat.
Dünya irsi əraziləri Ərazi Şəkil Yer Kriteriya SahəsiHektar (akr) İl Təsviri Əhməd Yasəvi türbəsi 150x150px KazTürkistan vilayəti Mədəni:KazMau(i),(iii),(iv) 2003 Türküstanda yerləşən Teymurilər dövrünə aid Xoca Əhməd Yasəvinin məqbərəsi Teymurilər memarlığının ən böyük və ən yaxşı qorunan nümunələrindən biri olaraq günümüzə qədər gəlmiş olsa da, yarımçıq qalır. Tamqalı 150x150px KazAlmatı vilayəti Mədəni:KazPet(iii) 2004 Tamqalıdakı təxminən 5000 petroqlif Tunc dövründən başlayaraq Orta Asiya çöllərindəki həyat tərzindən xəbər verir. Sarıarka - Şimali Qazaxıstan səhra və gölləri 150x150px KazMüxtəlif Təbii:KazSar(ix)(x) 2008Naurzum və Korqalşın Dövlət Təbiət qoruqları, Ağ durnaları, Qıvrımlələk qutanlar,Uzunquyruq sahilqartalları və Sayğaqlar da daxil olmaqla çox sayda nəsli tükənməkdə olan quş növlərinin qorunmasına şərait yaradır. İpək yolu: Çanqan-Tyan-Şan dəhlizinin marşrutlar şəbəkəsi * KazMüxtəlif Çin Qırğızıstan Mədəni:KazSil(ii)(iii)(v)(vi) 2014İpək yollarının 5000 km-lik bir hissəsini əhatə edən mülk, tarixi yaşayış yerləri, saraylar, məbədlər, yollar, istehkamlar, türbələr və digər tikililəri özündə cəmləşdirən dəhliz Çindəki Çanqandan Qazaxıstanın Yeddisu şəhərinə qədər uzanır. Qərbi Tyan-Şan* 150x150px KazMüxtəlif Qırğızıstan Özbəkistan Təbii:KazWes(x) 0 2016 Tyan-Şan dağ silsiləsi sisteminin qərb hissəsində müxtəlif mənzərələr və yüksək dərəcədə biomüxtəliflik mövcuddur.
İlkin siyahı Üzv dövlətlər Ümumdünya irsi siyahısına daxil edilmiş ərazilərə əlavə olaraq namizədlik üçün düşünə biləcəkləri yerlərin siyahısını da təqdim edə bilərlər. Ümumdünya irsi siyahısına namizəd olan ərazi yalnız əvvəlcədən siyahıda göstərildiyi təqdirdə qəbul edilir. Qazaxıstan 2016-cı ilə qədər Ümumdünya irsinin İlkin siyahısına görə on üç obyekt təqdim etmişdir: Mərkə ziyarətgahı Beqazı-Dandıbay meqalit mavzoleyləri Tasmola kurqanları Eşkiolmes petroqlifləri Arpa-Uzen petroqlifləri Karatau silsiləsi Otrar Ulıtau mədəni landşaftı İle-Alatau Milli Parkı Altın-Emel Milli Parkı Aksu-Cabaqlı qoruğu Qərbi Tyan-Şan Böyük ipək yolu
İstinadlar
Kateqoriya:Asiyadakı ümumdünya irsi Kateqoriya:Ümumdünya irsi obyektlərinin siyahıları Kateqoriya:Qazaxıstandakı ümumdünya irsi Kateqoriya:Qazaxıstan tarixi