Qara panter — bəbir (Panthera pardus) və yaquarın (Panthera onca) melanistik rəng variantıdır. Hər iki növün qara panterləri qara piqmentlərə malikdirlər, lakin onlarda tipik xallar da mövcuddur. Onlar əsasən tropik meşələrdə yaşayırlar. Qara bəbirlərə əsasən Keniya, Hindistan, Şri-Lanka, Nepal, Tailand, Qərbi malayziya və Yava, qara yaquarlara isə Meksika, Panama, Kosta-Rika və Paraqvayda rast gəlmək mümkündür. Bəbirlərdəki melanizmə ressesiv allel, yaquarlarda kı melanizmə isə dominant allel səbəb olur. allel səbəb olur.
Bəbir thumb|220x220px|Nagarhole Milli Parkında melanist bir Hindistan bəbiri220x220pxArizona Kamp Verdedəki Afrika Çöl Təbiət Parkında melanist bir bəbir220x220pxKromdraaidəki "Rhino və Lion" Təbiət Qoruğunda bir dişi qara bəbir üzərindəki xallar 1788-ci ildə fransız araşdırmaçı Jan Klod Delametri Benqaliyadan gətirilmiş və London qəsrində saxlanılan qara bir bəbirdən bəhs edir.Delamétherie, J.-C. (1788). "Description d'une Panthère noire" [Description of a black Panther]. Observations et Mémoires sur la Physique, sur l'Histoire Naturelle et sur les Arts et Métiers, və s.. (Fransızca). 33: 45. 1794-cü ildə Fridnix Albreçt Anton Meyer isə Hindistan bəbiri olan bu pişik üçün Felis fusca elmi adını təklif etdi.Meyer, F. A. A. (1794). "Über de la Metheries schwarzen Panther [About de la Metheries black Panther]". Zoologische Annalen (Almanca). Erster Band. Weimar: Im Verlage des Industrie-Comptoirs. səhifə. 394–396.Pocock, R. I. (1930). "The Panthers and Ounces of Asia". Journal of the Bombay Natural History Society. 34 (1): 307–336. 1809-cu ildə isə Jorj Küvye Yavadan gətirilmiş və "Ménagerie du Jardin des plantes" botanik bağında saxlanılan qara bəbirdən bəhs edir. Küvye həmin Yava bəbirinə Felis melas adını verməyi təklif etdi.Cuvier, G. (1809). "Recherches sur les espėces vivantes de grands chats, pour servir de preuves et d'éclaircissement au chapitre sur les carnassiers fossils". Annales du Muséum National d'Histoire Naturelle. XIV: 136–164. 19-cu əsrin sonlarında, Hindistanda müxtəlif səmtlərində eyni nəsildən qara və xallı bəbir balalarının görülməsi dəfələrlə baş verdi. Qara bəbirlərin ölkənin digər bölgələrinə nisbətən daha çox Travankor və cənub hissəsindəki təpələrində yayıldığı düşünülür.Blanford, W. T. (1888). "Felis pardus. The Leopard or Panther". The Fauna of British India, including Ceylon and Burma. Mammalia: Volume 1. London: Taylor and Francis. pp. 67–71. Myanmanın cənubunda da qara bəbirlərə tez-tez rast gəlinir.Mason, F. (1882). "F. pardus, L. The leopard". Burma, its people and productions; or, Notes on the fauna, flora, and minerals of Tenasserim, Pegu, and Burma. 1. Geology, mineralogy, and zoology (Rewritten and enlarged by W. Theobald ed.). Hertford: Chief Commissioner of British Burma. p. 472. 1929-cu ildə isə Londondakı Təbii Tarix Muzeyinə də Cənubi Afrika, Nepal və Hindistanın Assam və Kanara bölgələrindən toplanmış qara bəbir dəriləri yığılmağa başladı.Pocock, R. I. (1929). "Black panthers – an inquiry". Journal of the Bombay Natural History Society. 33 (3): 693–694. Qara bəbirlərə Malay yarımadası və Yavada rast gəlmək mümkündür.Pocock, R. I. (1930). "The Panthers and Ounces of Asia". Journal of the Bombay Natural History Society. 34 (1): 65–82.Şimali Afrikada tünd qara Afrika bəbirlərinin olduğu bildirilir.Pease, A. E. (1913). "Of dangerous game". The Book of the Lion. London: John Murray. pp. 46–68. 1989–1990-cı illərin qışında Keniya dağının alp zonasında qara bəbir görüldü.Young, T. P. & Evans, M. E. (1993). "Alpine vertebrates of Mount Kenya, with particular notes on the rock hyrax". Journal of the East African Natural History Society. 82 (202): 54–79.
Keniyanın Laikipiya əyalətində 2007 və 2018-ci ildə "kamera trap" ilə qara bəbirlərin fotoşəkili çəkildi. Əyalətin tropik və subtropik çəmənlikləri, savannalar və kolluqlarının təqribən 50 km (31 mil) şərqində dişi subadult (alt-yetişkin) qara bəbir qara xallı bəbir ilə birlikdə bir neçə dəfə görüldü.Pilfold, N. W.; Letoluai, A.; Ruppert, K.; Glikman, J. A.; Stacy-Dawes, J.; O'Connor, D. & Owen, M. (2019). "Confirmation of black leopard (Panthera pardus pardus) living in Laikipia County, Kenya". African Journal of Ecology. 57 (2): 270–273. doi:10.1111/aje.12586 Hindistanın Qərbi Qat dağ silsiləsində də qara bəbirlərin fotolarının çəkilməsinə nail olundu — 2010 və 2012-ci ildə Kaas Yaylası Qoruq Meşəsində, 2012-ci ildə isə Bhadra Vəhşi Təbiət Qoruğunda onlar görüldü və fotoşəkili çəkildi.Sayyed, A. & Mahabal, A. (2013). "Records of the melanistic Leopard Panthera pardus (Linnaeus) from Western Ghats area of Maharashtra and Karnataka, India". Journal of the Bombay Natural History Society. 110 (2): 151. 2015-ci ildə Maxaraştranın Satara yaxınlığındakı bir magistral yolunda ölü bir qara bəbir tapıldıSayyed, A. & Mahabal, A. (2015). "Second record of melanistic leopard Panthera pardus (Linnaeus) from Satara, Maharashtra: a case of roadkill". Zoo's Print. 30 (5): 29. 2012-ci ilin may ayında da Nepalın Kanchenjunga Qoruma Bölgəsində 4,300 m (14,100 fut) yüksəkliyində qara bir bəbirin fotosu çəkildi.Thapa, K.; Pradhan, N. M. B.; Barker, J.; Dahal, M.; Bhandari, A. R.; Gurung, G. S.; Rai, D. P.; Thapa, G. J.; Shrestha, S.; Singh, G. R. (2013). "High elevation record of a leopard cat in the Kangchenjunga Conservation Area, Nepal". Cat News (58): 26–27.
2003-cü ildən 2004-cü ilə qədər davam edən bir illik "kamera tutma" araşdırma marafonu zamanı Tailandın Kaeng Krachan Milli Parkı qarışıq yarpaqlı meşəsində də qara bəbirin fotosu çəkildi.Ngoprasert, D.; Lynam, A. J. & Gale, G. A. (2007). "Human disturbance affects habitat use and behaviour of Asiatic leopard "Panthera pardus" in Kaeng Krachan National Park, Thailand" . Oryx. 41 (3): 343–351. doi:10.1017/S0030605307001102 1996 və 2009-cu illər arasında Kra bərzəxi cənubundakı 16 bölgəsində qeydə alınan bəbirlərin çoxu qara bəbir idi ki, bu da Malayziya yarımadasında qara bəbirlərin demək olar ki, "sabitləndiyini" göstərirdi.Kawanishi, K.; Sunquist, M. E.; Eizirik, E.; Lynam, A. J.; Ngoprasert, D.; Shahruddin, W. N. W.; Rayan, D. M.; Sharma, D. S. K. & Steinmetz, R. (2010). "Near fixation of melanism in panthers of the Malay Peninsula". Journal of Zoology. 282 (3): 201–206. doi:10.1111/j.1469–7998.2010.00731.x Bəbirlərin Melanizmin sıxlığı 11%-dən yüksəkdir. Bəbir populyasiyalarının yayılmasına dair datalar melanizmin vəhşi təbiətdə beş alt növdə meydana gəldiyini göstərir: Hindistan bəbiri, Afrika bəbiri, Hind-Çin bəbiri və Seylon bəbiri. "Kamera trap"-larından əldə olunan mənbələrə görə melanist bəbirlər daha çox tropik meşə və subtropik nəmli meşələrdə mövcuddur.Da Silva L. G., K.; Kawanishi, K.; Henschel P.; Kittle, A.; Sanei, A.; Reebin, A.; Miquelle, D.; Stein, A. B.; Watson, A.; Kekule, L. B.; Machado, R. B. & Eizirik, E. (2017). "Mapping black panthers: Macroecological modeling of melanism in leopards (Panthera pardus)" . PLoS ONE. 12 (4): e0170378. Bibcode:2017PLoSO..1270378D . doi:10.1371/journal.pone.0170378 . PMC 5381760 . PMID 28379961
Bəbirlərdə melanizm ressesiv alleldən asılıdır.Robinson, R. (1970). "Inheritance of the black form of the leopard Panthera pardus". Genetica. 41 (1): 190–197. doi:10.1007/BF00958904. PMID 5480762 . S2CID 5446868 Melanizmin işıq səviyyəsinin daha aşağı olduğu sıx meşə ərazilərində daha çox yayılması səbəbindən müəyyən şərtlər altında seçici bir üstünlüyə malik olduğu düşünülür. İlkin tədqiqatlar melanizmin immunitet sistemindəki faydalı mutasiyalarla əlaqəli ola biləcəyini də göstərir.Sunquist, F. (2007). "Malaysian Mystery Leopards" . National Wildlife Magazine. 45 Tipik ləkəli işarələr mövcuddur, lakin "xəyal rozetləri" adlanan həddindən artıq qara piqmentlər səbəbindən gizlənir. Tipik xallar isə "xəyali rozetlər" kimi də adlandırılan qara piqmentlərdə gizlidir.Schneider, A.; David, V. A.; Johnson, W. E.; O'Brien, S. J.; Barsh, G. S.; Menotti-Raymond, M. & Eizirik, E. (2012). "How the leopard hides its spots: ASIP mutations and melanism in wild cats" . PLOS ONE. 7 (12): e50386. Bibcode:2012PLoSO…750386S . doi:10.1371/journal.pone.0050386 . PMC 3520955 . PMID 23251368
Tutulmuş (captivity animal) qara bəbirlərin taksonomik statusu və "Javan" bəbiri ilə digər bəbir alt növləri arasındakı hibridləşmə dərəcəsi qeyri-müəyyəndir. Bu səbəbdən, Avropa və Şimali Amerika zooparklarında qara leoparlar üçün koordinasiya olunmuş damazlıq proqramları mövcud deyil.Gippoliti, S. & Meijaard, E. (2007). "Taxonomic uniqueness of the Javan Leopard; an opportunity for zoos to save it" . Contributions to Zoology. 76 (1): 55–57. doi:10.1163/18759866–07601005 Qara leoparlar nəsli kəsilməkdə olan bəbir alt növlərinin yetişdirilməsi üçün lazım olan yeri əhatə edir və Şimali Amerika Növlərin Yaşam Planına daxil deyildir.Richardson, D. M. (2001). "A simple analysis of leopard (Panthera pardus) space within EAZA collections". In Hiddinga, B.; Brouwer, K. (eds.). EAZA Yearbook 1999/2000. Amsterdam: EAZA Executive Office. pp. 391–392.Swanson, B.; Fletchall, N. & Shoemaker, A. (2003). Felid Taxon Advisory Group North American Regional Collection Plan 2003–2005. Disney’s Animal Kingdom. 2017-ci ildə qara Uzaq Şərq bəbiri San-Dieqo Zooparkında "Qara gözəllik" adı ilə sərgilənmişdir.Parham, D. (2017). "Black Beauty" . Zoonooz.
Psevdo-melanist leopardın normal fon rəngi var, lakin xalları həmişəkindən daha sıxdır və birləşərək qızıl-qəhvəyi fon rəngini (bədən-dəri rəngi) gizlədir. Böyürlərində və digər yanlarında olan xallar adət edilmişdən fərqli olaraq müəyyən qıvrımlar və zolaqlar üzrə "toplanmamış" və bununla belə müəyyən qıvrımlar və zolaqlar əmələ gətirməməklə birlikdə qeyri-adi dərəcədə xeyli kiçik və bir-birindən uzaqdır.Gamble, C. (2004). Leopards: Natural History & Conservation. Stillwater, MN: Voyageur Press. ISBN 978–0896586567.
Yaquar thumb|220x220px|Melanist yaquar220x220pxHenry Doorly Zooparkı və Akvariumunda melanist yaquar