Tamilla (Tamella) İslam qızı Abdullayeva () — Azərbaycan teatr aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007).

Həyatı Tamilla Abdullayeva 10 dekabr 1943-cü ildə Tovuzda anadan olmuşdur. Orta məktəbi Tovuz rayonunda oxumuş, 1961–1965-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil almışdır.

Tamilla Abdullayeva səhnə fəaliyyətinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlamış, 1965–1967-ci illərdə bu teatrda aktrisa işləmişdir. 1967-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrı uzun fasilədən sonra bərpa olunan zaman həmin teatrda fəaliyyət göstərməyə başlamışdır. 1988-ci ildə teatrın köçməsi ilə əlaqədar olaraq fəaliyyətinə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında davam edərək 1995-ci ilədək burada işləmiş, 1995–1999-cu illərdə isə "Bəşir" Miniatür Teatrında fəaliyyət göstərmişdir. 1999-cu ildə isə yenidən İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləməyə başlamışdır.

Təltif və mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 24 noyabr 1978 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 16 oktyabr 2007 "Teatr Xadimi" qızıl medalı — 2007

İfa etdiyi əsas rollar

Gültəkin, Sara, Yaqut ("Aydın", "Solğun çiçəklər", "Yaşar", Cəfər Cabbarlı) Qumru ("Şəhərin yay günləri", Anar) Abbi ("Qarağaclar altında məhəbbət", Yucin O'Nil) Günay ("Məni qınamayın", Hidayət) Larisa ("Cehizsiz qız", Aleksandr Ostrovski) Cahan ("Nənəm ərə gedir", Hüseyn Muxtarov) Firəngiz-Ceyniz ("Qızıl zəncir", Şamil Xurşud və Əşrəf Hacıyev) Gülsüm xanım ("İmzalar içində", Nəriman Həsənzadə) Həyat ("İkinci səs", Bəxtiyar Vahabzadə) Şərqiyyə ("Sən nə üçün yaşayırsan?", İmran Qasımov və Həsən Seyidbəyli) Nataşa Qolubeva ("Aləmlə üz-üzə", Gennadi Bokarev) Samirə ("Əks-səda", Nəbi Xəzri) Anjel və Ana ("Məhv olmuş gündəliklər", İlyas Əfəndiyev) Beatriçe ("İki ağanın bir nökəri", Karlo Qoldoni) Sevinc ("Sənsiz", Şıxəli Qurbanov) Rəxşəndə ("Kişilər", Altay Məmmədov) Yetər ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov) Tərlan xanım ("Yalan", Sabit Rəhman) Zalxa ("Toy", Sabit Rəhman) Şölə xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundov) Qrafinya ("Sənətim cəmiyyət sinyorudur", Culio Okarnaççi və Renço Farabuzi) Natella ("Qısqanc ürəklər", Marat Haqverdiyev) Gülnaz, Telli ("O olmasın, bu olsun" və "Arşın mal alan", Üzeyir Hacıbəyov) Ulduz ("Ulduz", Sabit Rəhman, Süleyman Ələsgərov) Yelena ("Axırı xeyir olsun", Uilyam Şekspir)

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:"Teatr Xadimi" qızıl medalı ilə təltif edilənlər Kateqoriya:Azərbaycan teatr aktrisaları