Manç (; 1994–2006) ― erkək alman çoban iti. O, Macarıstanın Mişkolts şəhərinin "Spayder" adlı xüsusi xilasetmə komandasının ən məşhur xilasedici iti idi. Onun adı pəncə deməkdir. Mançın xüsusi istedadı dağıntılar altında qalmış zəlzələdən xilas olanları tapmaq və xilasediciləri xəbərdar etmək idi. O, zəlzələ dağıntıları altında basdırılmış insanları tapa bilirdi və insanın öldüyünü və ya diri olduğunu ayırd etməklə yanaşı, bu barədə xilasetmə qrupunun digər üzvlərinə şarə verə bilirdi. Ölü insanı hiss edəndə uzanırdı,; dağıntılar altında canlı insan hiss etdikdə ayağa qalxırdı, quyruğunu silkələyirdi və hürürdü. Under the rubble – An interview with László Lehóczki
Manç və sahibi Laslo Lexotsi 2001-ci ildə El Salvador və Hindistanda baş verən zəlzələlər də daxil olmaqla bir neçə zəlzələdən xilasetmə əməliyyatında iştirak etmişdilər. Manç 1999-cu ildə Türkiyədə İzmit zəlzələsindən sonra 82 saat xarabalıq altında qalan 3 yaşlı bir qızı xilas etməyə kömək etdiyi zaman məşhur oldu.
2004-cü ilin dekabr ayında Mişkoltsun mərkəzində Sinva çayının və yeni şəhər meydanının yaxınlığında Mança heykəl qoyuldu. Heykəlin müəllifi Borbala Sanyi oldu.
Manç 22 oktyabr 2006-cı ildə ağciyər iltihabından öldü. News about his death 2015-ci ildə onun xilasetmə qrupu insanları xilas etmək istiqamətində 20 illik fəaliyyətinə görə Avropa Vətəndaş Mükafatına layiq görüldü.Communication of the European Parliament concerning the European Citizen's Prize — CIVI EUROPAEO PRAEMIUM (2015/C 217/03) listed as Miskolci Speciális Felderítő és Mentőcsoport, Miskolc Special Search and Rescue Team 1999-cu ildə Mançın xilas etdiyi qız Hatira Kaplan mərasimə fəxri qonaq olaraq qatıldı və Mişkoltsda Manç heykəlini ziyarət etdi.A SPIDER Miskolci Mentőcsoport átvette az Európai Polgári Díjat europarl.hu, September 18, 2015.Egy szál virág. Szabolcs Online, September 19, 2015.
Manç mediada "Dialectical Anthropology" jurnalında yayımlanan bir məqalədə Melinda Kovaç Mançın dünya miqyasında xilasetmə əməliyyatları barədə məlumatların mətbuatda yayımlanmasını Macarıstanın digər ölkələrə (xüsusən də Türkiyəyə) beynəlxalq yardımının ən yaxşı nümunəsi olaraq qiymətləndirir.Melinda Kovács, Gazing 'There and Back Again': Bilateral Relations as Constructions of Hungarian Identity in the Press, Dialectical Anthropology 27: 297–312, 2003, pages 306 & fn.29 Kovaç yazır:
Film left|thumb|Ziyarətçilərin bəzədiyi heykəl "Mancs" (beynəlxalq səviyyədə "Pəncə" olaraq yayımlandı) adlı beynəlxalq bədii film 2014-cü ilin sonunda, bir neçə il gecikmədən sonra nümayiş olundu. Canlı aktyorların oyunu və animasiyanı özündə ehtiva edən film Manç real həyatından çox da bəhs etmir. Robert Adrian Pejo tərəfindən çəkilən film Macarıstanda birmənalı qarşılanmadı; tənqidçilər "ailəvi" hesab edilən filmdə faciəvi hadisələrin əhəmiyyətinin azaldılmasını xüsusilə pis qarşıladılar. Bundan başqa, filmdə hadisələrin hansı illərdə baş verdiyini təyin edilməsi ilə bağlı çaşqınlıqlar yaranırdı, bəzi səhnələr 1980-ci illəri, digəri 1990-cı illəri, bəziləri isə 2000-ci illəri xatırladırdı. Mancs-film: legalább a kutya aranyos A gyerekeket akarja elbűvölni a Mancs-film előzetese Film 2015-ci ildə Schlingel Beynəlxalq Film Festivalında əsas mükafatı qazandı.The Winners 2015 Schlingel International Film Festival, official site] Münsiflər heyəti animasiyaları və "ailəvi" yanaşmanı yüksək qiymətləndirdi. Almaniyada film "Mika ― sənin ən yaxşı dostun böyük qəhramandır" ()
İstinadlar
Mənbələr "Spayder" adlı xüsusi xilasetmə komandası Türkiyədə Manç Budapest Sun-da Mançdan bəhs edən məqalə Manç yeni heykəlində (macar dilində şəkilli qısa məqalə) Kateqoriya:Məşhur itlər Kateqoriya:Mişkolts Kateqoriya:Ağciyər iltihabından vəfat edənlər