Rim Yaquzin (; ) — Sovet və rus etnoqrafı, başqırdların etnogenezi və etnik tarixi problemləri, eləcə də onların ənənəvi iqtisadiyyatı və sosial quruluşunun öyrənilməsi üzrə mütəxəssis. Tarix elmləri doktoru (1990), professor (1991). Bioqrafiyası 5 noyabr 1941-ci ildə Başqırd Muxtar Sovet Sosialist Respublikasının Sterlitamak rayonunun Ayuçevo kəndində anadan olmuşdur.

İşimbay şəhərinin 3 nömrəli orta məktəbini (sonradan 2 saylı internat məktəbi), 1964-cü ildə isə Başqırdıstan Dövlət Universitetinin tarix fakültəsini qızıl medalla bitirmişdir. Moskva Dövlət Universitetinin Etnoqrafiya kafedrasında aspiranturada oxumuş və 1969-cu ildə tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

1968-ci ildən Başqırd Dövlət Universitetində çalışmış, baş müəllim, dosent, professor və SSRİ tarixi kafedrasının müdiri, 1991-ci ildən Başqırdıstan tarixi və etnoqrafiya kafedrasının müdiri olmuşdur.

1989-cu ildə Lomonosov adına Moskva Dövlət Universitetində "18-19-cu əsrlərdə Başqırd xalqının iqtisadiyyatı və sosial quruluşu" mövzusunda tarix elmləri doktoru dərəcəsi üçün dissertasiya müdafiə etmişdirЯнгузин, Рим Зайнигабитович. Хозяйство и социальная структура башкирского народа в XVIII—XIX века : автореферат дис. … доктора исторических наук : 07.00.07 / МГУ им. М. В. Ломоносова. — Москва, 1989. — 37 с. . Rim Yaquzin ictimai işlərdə çox iştirak edir. Kəndlərdə və qəsəbələrdə Başqırdların etnologiyasından mühazirələr oxuyur. Tez-tez qəzet və jurnallarda bu mühazirələri nəşr etdirilir.

Rim Yaquzin 11 noyabr 2007-ci ildə vəfat edir. Ufa şəhərində dəfn edilir.

Elmi fəaliyyət 300-ə yaxın elmi məqalənin müəllifidir. Başqırd Dövlət Universitetindəki Etnoqrafiya Muzeyində bir kolleksiya yaratdıqları müddət ərzində toplanan materialları bir neçə etnoqrafik ekspedisiyanın rəhbəri və təşkilatçısı olmuşdur.

Əsas elmi fəaliyyət başqırdların etnogenezi və etnik tarixi problemlərinə, habelə onların ənənəvi iqtisadiyyatı və sosial quruluşunun öyrənilməsinə həsr edilmişdir. Mükafatları Başqırdıstan Respublikasının əməkdar elm xadimi (1993)Указ Президиума Верховного Совета Республики Башкортостан от 29.03.1993 № 6-2/129 «О присвоении почетного звания „Заслуженный деятель науки Республики Башкортостан“» ;

Rusiya Federasiyasının Ali Peşə Təhsilinin Fəxri İşçisi (1997);

Başqırd Dövlət Universitetinin fəxri professoru (2001);

Rusiya Federasiyasının əməkdar elm xadimi (2002)Указ Президента Российской Федерации от 29.07.2002 № 806 «О награждении государственными наградами Российской Федерации» .

İstinadlar

Kateqoriya:SSRİ etnoqrafları Kateqoriya:SSRİ tarixçiləri Kateqoriya:Rusiya etnoqrafları Kateqoriya:Başqırdıstan Dövlət Universitetinin müəllimləri