Anita Görbits (; ) ― "Dyör Audi ETO" klubunda çıxış edən Macarıstan həndbolçusu.
Beynəlxalq Həndbol Federasiyası onu 2005-ci ilin ən yaxşı həndbolçusu seçdi.Női kézi: Görbicz belőtte 1000. gólját, simán nyertünk – NSO . Nemzetisport.hu. Retrieved on 1 June 2016. O, bütün dövrlərin ən yaxşı qadın həndbolçularından biri kimi tanınır.
beynəlxalq səviyyədə "Həndbolun kraliçası" adlandırılmışdır.
O, Dyör şəhərinin fəxri vətəndaşıdır.
Karyerası
Klub Anita Görbits 1993-cü ildə 10 yaşındaykən karyerasına Macarıstanın" Dyör Audi ETO" klubunda başlamışdır. O, klubun əsas üzvünə çevrildi və yoxluğu kluba nəzərəçarpacaq mənfi təsir göstərirdi. "ETO" ilə Görbits bir neçə dəfə Macarıstan çempionatı və kubokunu qazandı. Avropa səviyyəsində Kubok Qalibləri Kuboku və Avropa Həndbol Federasiyası (AHF) Kuboku turnirlərin final mərhələsinə yüksəldi.
"ETO" klubu ilə Çempionlar Liqasının final mərhələsinə ilk dəfə 2009-cu ildə yüksəldi. Final oyundan bir neçə gün əvvəl aldığı diz zədəsi səbəbindən onu buraxmalı oldu və sonda komandası Danimarka çempionu "Viborq" klubuna məğlub oldu. Buna baxmayaraq, turnirin ən çox qol vuranlar siyahısında ikinci yeri tutdu.
Anita 2018-ci ilin yanvarında Macarıstan çempionatı oyununda karyerasını 2000-ci qolunu vurdu.
O, AHF Çempionlar Liqası kubokunu beşqat qalibidir.
Milli komanda Görbits 2003 Dünya çempionatında oynamışdır, həmin mövsüm Macarıstan finalda Fransa yığmasına uduzmuşdur. 2004 Avropa çempionatının gümüş medalını qazandı. Rusiyada keçirilən 2005 Avropa çempionatında komandası ilə 3-cü yeri qazandı.
Anita Görbits 2003, 2005 və 2007-ci illərdə 3 dəfə Dünya kubokunun "Bütün ulduzlar" yığma komandasının üzvü olmuşdur.. 2005 (üçüncü yer) və 2007 (ikinci yer) turnirlərində ən çox qol vuran oyunçular arasında idi.
2004-cü ildə Afinada keçirilən Yay Olimpiya Oyunlarında və 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında Macarıstan komandasının üzvü olub. 2004-cü ildə Macarıstan komandası dörddəbir finalda Fransa komandasına məğlub oldu və yerləri təyin edən oyunlarda Braziliya və İspaniyaya qalib gələrək beşinci yeri tutdu. 2008 Olimpiya Oyunlarında Macarıstan dörddəbir finalda Rumıniyanı məğlub edərək yarımfinala vəsiqə qazandıqdan sonra öncə yarımfinalda Rusiyaya, daha sonra bürünc medal uğrunda oyunda Cənubi Koreyaya məğlub olduqdan sonra dördüncü oldu. 2008 Olimpiadasında 49 qol müəllifi oldu və yalnız Rumıniya oyunçusu Ramon Farkaudan geridə qaldı.
Anita 10 dekabr 2017-ci il tarixində Macarıstanın 2017 Dünya Qadın Həndbol Çempionatının dörddəbir finalına çıxa bilməməsindən sonra milli komanda karyerasını bitirdiyini açıqladı.
Şəxsi həyatı Onun ilk həyat yoldaşının adı Andraş Presinq idi. 2006-cı ildə ailə qurdular və 17 ay sonra boşandılar. Anita keçmiş futbolçu Otto Vinçe ilə evlidir.Videó: Vincze Ottó a pálya közepén jegyezte el Görbicz Anitát – NSO . Nemzetisport.hu. Retrieved on 1 June 2016. 2015-ci ilin iyun ayında cütlüyün Boldişar adlı oğlu dünyaya gəldi.Friss: megszületett Görbicz Anita és Vincze Ottó gyermeke | BorsOnline – Sztárhírek – Pletyka – Krimi – Politika – Sport . Borsonline.hu. Retrieved on 1 June 2016.
Nailiyyətləri
Macarıstan çempionatı: Qalib (13): 2005, 2006, 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2016, 2017, 2018, 2019 Gümüş medalçısı: 2000, 2004, 2007, 2015 Bürünc medalçısı: 1999, 2001, 2002, 2003 Macarıstan kuboku: Qalib (14): 2005, 2006, 2007, 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2018, 2019 Finalçı: 2000, 2002, 2004, 2017 thumb|2011-ci ildə GörbitsAvropa Həndbol Federasiyası (AHF) Çempionlar Liqası: Qalib (5): 2013, 2014, 2017, 2018 , 2019 Finalçı: 2009, 2012, 2016 Yarımfinalçı: 2007, 2008, 2010, 2011 AHF Kuboklar Qalibləri Kuboku: Finalçı: 2006 Yarımfinalçı: 2003 AHF Kuboku: Finalçı: 2002, 2004, 2005 Gənclər arasında Dünya çempionatı: Bürünc medalçısı: 2001 Dünya çempionatı: Gümüş medalçısı: 2003 Bürünc medalçısı: 2005 Avropa çempionatı: Gümüş medalçısı: 2004, 2012
Şəxsi mükafatları
Beynəlxalq Həndbol Federasiyası (BHF) İlin Dünya Oyunçusu: 2005 İlin Macarıstan həndbolçusu: 2005, 2006, 2007, 2013, 2014, 2017 Macarıstan çempionatının ən çox qol vuran oyunçusu: 2008 Dünya çempionatının "Bütün ulduzlar" komandasının oyun qurucusu: 2003, 2005, 2007, 2013 "Prima" mükafatı: 2009 Avropa Həndbol Federasiyası (AHF) Çempionlar Liqasının ən çox qol vuran oyunçusu: 2012, 2014 Karpat kubokunun ən çox qol vuran oyunçusu: 2012, 2016 AHF Çempionlar Liqasının "Bütün ulduzlar" komandasının üzvü: 2014 AHF ayın ən yaxşı qadın oyunçusu: may 2017, iyun 2017, aprel 2018
İstinadlar
Xarici keçidlər
Anita Görbitsin "Dyör Audi ETO" rəsmi saytında oyunçu profili "Worldhandball" saytında karyera statistikası Olympedia saytında profili Avropa Həndbol Federasiyası saytında profili Kateqoriya:Macarıstanın qadın həndbolçuları Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında həndbolçular Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında həndbolçular Kateqoriya:Macarıstanın olimpiya həndbolçuları Kateqoriya:Futbolçuların həyat yoldaşları və sevgililəri