Tip 04 (ZBD-04) — Çin istehsalı olan, üzə bilən piyada döyüş maşını (PDM).
Tarixi 1990-cı illərin sonlarından başlayaraq, Çində xidmətdə olan köhnəlmiş "Type 86" (WZ-501) PDM-lərini əvəz etmək üçun yeni PDM-lərin yaradılmasına başlanır.https://web.archive.org/web/20071111143959/http://www.sinodefence.com/army/armour/zbd97.asp Rusiya istehsalı olan BMP-3 PDM-lərinin quruluş və mühəndislik işləri əsas göturulərək "TİP-04" adı alan PDM-in yaradılması prosesi başlayır. Xüsusilə döyüş bölməsi BMP-3 PDM-dən demək olar ki fərqlənmir. Əsas fərq Çin PDM-ində olan 100 mm-lik Tip-97 topu üçün mərmilərin sayı 2 dəfə azaldılır (BMP-3 PDM-də 40 mərmi, TİP-04 PDM-də isə 22 mərmi).
2003-cü ildə ZBD-97 PDM sınaqları tamamlanır və 2004-cü ildən etibarən Çin Xalq Qurtuluş Ordusu tərəfindən "Type 97" adı ilə silahlanmaya qəbul edilir. PDM-lərin stehsalçısı — Şimali Sənaye Korporasiyası (NORINCO) olur.
Konstruktsiyası ZBD-97 ön tərəfə quraşdırılmış mühərrik bölməsinə malikdir. Sürücü oturacağı maşının ön sol tərəfindədir. Maşının arxa hissəsinin damında çıxış lyuku və atıcı yeri var. Daşına bilən qoşun bölməsi avtomobilin arxa hissəsindədir. Qoşun bölməsi damda iki lyuk və giriş ilə çıxış üçün maşının arxa hissəsində bir qapı ilə təchiz edilmişdir. Maşın kütləvi qırğın silahlarına qarşı avtomatik kollektiv müdafiə sistemi ilə təchiz edilmişdir.
ZBD-97 maşınının mühərriki, su ilə soyudula bilən dizel mühərrikdir.
Taktiki və texniki xüsusiyyətləri Çəkisi — 21500 Ekipaj / Desant- 2–3/7 nəfər. Magistral yolda sürəti — 70 km/saat Məsafə qət eləyə bilmə — 400 km Silahlanma: 100 mm-lik silah — TƏİR başlatma qurğusu — yüksək partlayıcı parçalanma avadanlığı ilə 22 mərmi, 8 TƏİR 9M117 30 mm silah — tüfəngli, atış sürəti 300 atış/dəqiqə — silah maqazinində 500 mərmi 7.62 mm istehkam pulemyotu — 2000 patron.
Modifikasiyaları BMP Type 97 əsasında yaradılan maşınlar: ZBD-97 — ilk porotipi ZBD-04 CP — komanda və heyət maşını ZBD-04 AMS — özüyeriyən 120 mm mina atan sistemi ZBD-04 ARV — zirehli təmir xilasetmə maşını ZBD-04 REF — Zirehli yanacaq dolduran maşın ZBD-04 ATGW - TƏİR "HJ-11" ilə təhciz edilmiş özüyeriyən tank əleyhinə raket sistemi
İstifadə edən ölkələr — 900
İstinad
Kateqoriya:Hərbi məhsullar