Orucov Vidadi Ömər oğlu () — azərbaycanlı alim, elmlər doktoru, professor

Həyatı Vidadi Ömər oğlu Orucov 1956-cı il may ayının 12-də Gürcüstan Respublikası, Başkeçid (indiki Dmanisi) rayonunun Qızıl-kilsə kəndində anadan olmuşdur. 1973-cü ildə Qızılkilsə kənd orta məktəbini, 1982-ci ildə ADU-nin (indiki BDU-nu) Fizika fakültəsini bitirmişdir. 1998-ci ildə "Karbon və azot atomlarının dəmir nikel və dəmir manqan ərintilərində atomların paylanmasına, faza keçidlərinə və xassələrinə təsiri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika üzrə fəlsəfə doktoru, 2014-cü ildə isə "Azərbaycanda fizikanın tədrisi metodikasının inkişafı: əsas istiqamətlər, metodlar, aktual problemlər" mövzusunda elmlər doktorluğu üzrə dissertasiya müdafiə edərək pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.

Əmək fəaliyyətinə 1973-cü ildə Bakı Tunel-tikinti İdarəsində fəhləliklə başlamışdır. 1983-cü ldə Bakı şəhər 25 saylı texniki peşə məktbinin Azad Komsomol Təşkilat katibi, 1990-cı ildən Nizami rayon "Bilik" Cəmiyyətinin məsul katibi, 1992–1997-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali və Orta İxtisas Təhsili idarəsində mütəxəssis vəzifəsində işləmişdir. 1997–2016-cı illərdə Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru vəzifəsində çalışmış, 2016-cı ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru vəzifəsində çalışır.

12 may 2006-cı ildə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.

Ailəlidir, üç övladı, nəvələri var.

Məqalələri 1. Fizikanın öyrədilməsi ilə bağlı elmi fikirlərin inkişafı Monoqrafiya "Nurlan" nəşriyyatı, 2006 166 s.

2. Fizikanın tədrisi metodikasının aktual problemləri Monoqrafiya "Nurlan" nəşriyyatı, 2007 100 s.

3. Azərbaycanda fizikanın tədrisi metodikasının inkişafı Dərs vəsaiti "Bakı Universiteti" nəşriyyatı, 2011 260 s.

4. Fizikanın tədrisi metodikası üzrə nəzəri və eksperimental tədqiqatların metodikası və texnologiyası, Dərs vəsaiti, Bakı, "Elm və təhsil", 2012,92 s.

5. Bəhmənyar əl-Azərbaycaninin atmosfer hadisələrinə aid baxışları Məqalə Azərbaycan Respublikasının Prezidenti Əliyev Heydər Əlirza oğlunun 80 illik yubileyinə həsr olunmuş II BЕYNƏLХALQ ЕLMI-PRAKTIKI KОNFRANSS "Ölkənin dayanıqlı inkişafında fövqəladə halların təsirinin zəiflədilməsinin əhəmiyyəti" 26–28 noyabr 2003-cü il, Məruzələr və çıxışlar, Bakı-Elm 2003 222–227 s. Əlizadə İ. İ

6. İkiqat metallik ərintilərdə komponentlərin konsentrasiyasının təyini üçün orta şərq alimlərinin müvəffəqiyyətləri Tezis Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, "Abdulla Muxtarov-85" "Fizikanın aktual problemləri" mövzusunda III Respublika konfransının materialları, Bakı, 2004 98–99 s. Qarayeva Ş. N

7. İşığın polyarlaşması bəhsinin tədrisinə dair metodiki göstəriş Metodiki göstəriş Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu, Azərbaycan Memarlıq və Inşaat Universiteti, Bakı, 2005 30 s. Qocayev V. M

8. Fizikanın tədrisi üzrə ümumi metodikanın inkişafı. (1940–1970-ci illərdə aparılmış tədqiqatlar əsasında), (məqalə 1) Məqalə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Təhsil Problemləri İnstitutu, Elmi əsərlər № 1, Bakı, 2006 100–106 s.

9. Təhsilin keyfiyyətinin yüksəldilməsi amilləri Məqalə "Azərbaycan məktəbi" jurnalı, № 6 (616) Bakı, 2006 48–51 s.

10. Qədim dövrlərdə təbiəti öyrənməyə maraqların məzmunu və mahiyyəti Məqalə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, № 1 yanvar, Bakı, 2006 554–571 s.

11. Azərbaycanda fizikanın tədrisi metodikasının inkişafı. (1970–2005-ci illər), Məqalə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, № 1 Bakı, 2006 334–350 s.

12. Fizikanın tədrisi üzrə ümumi metodikanın inkişafı: 1970-ci ildən sonrakı tədqiqatlar. (məqalə 4) Məqalə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, № 2, Bakı, 2006 356–367 s.

13. Fizikanın tədrisi üzrə ümumi metodikanın inkişafı: 1970-ci ildən sonrakı tədqiqatlar. (məqalə 2), Məqalə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, № 3, Bakı, 2006 477–489 s.

14. Fizikanın tədrisi üzrə ümumi metodikanın inkişafı: 1970-ci ildən sonrakı tədqiqatlar. (məqalə 3) Məqalə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, № 4 dekabr, Bakı, 2006 105–118 s.

15. Fizikanın tədrisinin maddi-texniki bazasının inkişafı Məqalə Odlar Yurdu Universitetinin Elmi və Pedaqoji Xəbərləri № 20, Bakı 2006. 164–167 s.

16. Azərbaycanda dünyəvi məktəblərin yaranması və inkişafı Məqalə Odlar Yurdu Universitetinin Elmi və Pedaqoji Xəbərləri, № 18, Bakı, 2006,82–91 s.

17. Orta əsrlərdə elmi ideyaların məzmunu Məqalə Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri, № 4 (8), NMI "Məktəb" nəşriyyatı , Naxçıvan, 2006 51–57 s.

18. İlahiyyat təhsil-tərbiyə müəssisələrində fizikanın tədrisinə təlabatın inkişafı. (I məqalə) Məqalə Bakı Slavyan Universiteti Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi, V buraxılış, Bakı, Mütərcim, 2006 195–202 s.

19. Metallarla bağlı elmi biliklərin inkişafı Məqalə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, BAKU STELL COMPANY. BAKU OXYGEN COMPANY. Metallar fizikasının müasir problemləri, Elmi praktik konfrans Bakı, 26–27 oktyabr 2007. 70–75 s.

20. Metalların struktur və xassələrinin orta məktəb fizika kursunda öyrədilməsi Məqalə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, BAKU STELL COMPANY. BAKU OXYGEN COMPANY. Metallar fizikasının müasir problemləri, Elmi praktik konfrans. Bakı, 26–27 oktyabr 2007. 75–77 s. Qarayeva Ş. N.

21. Fizikadan metodiki təminat probleminin həlli yolları Məqalə Təhsil Problemləri İnstitutu, Elmi əsərlər, Bakı, 2007 63–65 s.

22. Təbiət fənlərinin inteqrasiyası haqqında Məqalə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu, Elmi əsərlər, № 2–3, Bakı 2007 199–202 s.

23. Fizikanın sinifdə, sinifdənxaric və məktəbdənkənar vaxtlarda öyrədilməsi imkanlarının genişləndirilməsi yolları Məqalə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu, Elmi əsərlər № 4, Bakı, 2007 62–65 s.

24. Peşə təhsili sistemində mühəndis hazırlığında fizika-riyaziyyat elmlərinin rolu Məqalə "Azərbaycan məktəbi" jurnalı № 3, 2007 63–66 s.

25. Azərbaycanda fizikanın tədrisi üzrə xüsusi metodikanın inkişafı (1920–1970-ci illərin tədqiqatları) Məqalə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, № 2, Bakı, 2007 180–186 s.

26. Azərbaycanda fizikanın tədrisi üzrə xüsusi metodikanın inkişafı.(1920–1970-ci illərin tədqiqatları) (məqalə 3) Məqalə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, № 5, Bakı, 2007 107–112 s.

27. Avropada intibah dövrünün başlanması, onun əsas tələbləri və elmi ideyaların məzmunu. (məqalə 1) Məqalə Odlar Yurdu Universitetinin Elmi və Pedaqoji Xəbərlər, № 21 , Bakı 2007 174–183 s.

28. Avropada intibah dövrünün başlanması, onun əsas tələbləri və elmi ideyaların məzmunu. (məqalə 2) Məqalə Odlar Yurdu Universitetinin Elmi və Pedaqoji Xəbərlər, № 22, Bakı 2007. 124–131 s.

29. Elmlərin diferensasiyası, fizika elminin formalaşması ilə əlaqədar onun öyrənilməsinə maraq və meyllərin inkişafı Məqalə Naxçıvan Dövlət Universiteti, Elmi əsərlər, Naxçıvan "Qeyrət" nəşriyyatı, 2007, № 1 (21) 258–262 s.

30. İlahiyyat təhsil-tərbiyə müəssisələrində fizikanın tədrisinə təlabatın inkişafı. (II məqalə) Məqalə Bakı Slavyan Universiteti Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi, I buraxılış -Bakı: Mütərcim, 2007 168–173 s.

31. Fizika müəllimlərinin hazırlanmasına və ixtisasının artırılmasına verilən müasir tələblər Məqalə Azerbaycan Devlet Pedaqoji Universitesi Hacettepe Universitesi, Uluslararası Öğretmen Yetiştirme Politikaları ve Sorunları Sempozyumu 12–14 mayıs 2007, Bakü, Bildiriler-II, Tıka 439–442 s.

32. Müasir dövrdə fizikanın tədrisinin ümumi və xüsusi metodikalarının inkişaf istiqamətləri Məqalə H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Elmi əsərlər məcmuəsi, № 2 (9), Bakı, 2007 43–46 s.

33. Özünütəhsilin aktual problemləri və onun həlli yolları Məqalə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu, Elmi əsərlər, № 4, Bakı, 2008 243–245 s.

34. Azərbaycanda fizikanın tədrisi üzrə xüsusi metodikanın inkişafı (2000-ci ildən sonrakı tədqiqatlar) (V məqalə) Məqalə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, № 1, Bakı, 2008 386–390 s.

35. Nizami Gəncəvinin dünyəvi Azərbaycan məktəbi Məqalə Odlar Yurdu Universitetinin Elmi və Pedaqoji Xəbərlər, № 23, Bakı 2008. 188–195 s.

36. İnteqrasiyalı fizika və onun tədrisi metodikası Məqalə Odlar Yurdu Universitetinin Elmi və Pedaqoji Xəbərləri, № 26, Bakı 2008 148–151 s.

37. Müasir dövrdə ümumi orta təhsil və orta peşə-ixtisas təhsilində fizika kursunun optimal məzmunu Məqalə Azərbaycan Respublikası Təhsil Nazirliyi. Fizika, riyaziyyat və informatika tədrisi. Elmi-nəzəri və metodik məcmuə. № 3, 2008. 30–36 s.

38. Məktəb fizika kursunun tədrisinin aktual məsələləri Məqalə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu, Elmi əsərlər № 3–4, Bakı, 2009 47–52 s.

39. Ümumtəhsil məktəblərində fənlərin tədrisinə yeni baxış Məqalə "Azərbaycan məktəbi" jurnalı № 6, 2009 64–70 s.

40. Fizika müəllimlərinin metodiki hazırlığının metodoloji əsasları Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Xəbərləri № 1, Bakı, 2009 260–264 s.

41. Ümumi orta təhsil və orta peşə –ixtisas təhsilində fizika kursunun optimal məzmununun müasir dövrün tələblərinə uyğun formalaşdırılması (I məqalə) Məqalə Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Xəbərləri № 3, Bakı, 2009 183–188 s.

42. Ümumi orta təhsil və orta peşə-ixtisas təhsilində fizika kursunun optimal məzmununun müasir dövrün tələblərinə uyğun formalaşdırılması (II məqalə) Məqalə Azərbaycan Dövlət Pedaqoji Universitet Xəbərləri, № 5, Bakı, 2009 269–276 s.

43. Fizikanın tədrisində fəal təlim metodlarından istifadə Məqalə Odlar Yurdu Universitetinin Elmi və Pedaqoji Xəbərləri, № 28, Bakı 2009 122–129 s.

44. Azərbaycanda fizikanın tədrisi metodikası elminin inkişafı və aparılmış elmi-tədqiqat işlərinin təhlili (I məqalə) Məqalə Azərbaycan Dövlət Pedaqoji Universitet Xəbərləri, № 2, Bakı, 2010 167–173 s.

45. Fizikanın tədrisi metodikasının təşəkkülü və müasir dövrdə əsas vəzifələri Məqalə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi, Elmi əsərlər, ХIХ buraxılış, Bakı, 2010 151–170 s.

46. Məktəbə fizika kursunun tədrisinin müasir metodoloji əsasları Məqalə Odlar Yurdu Universitetinin Elmi və Pedaqoji Xəbərləri Humanitar elmlər seriyası, № 31, Bakı 2011. 213–222 s.

47. Azərbaycanda fizikanın tədrisi metodikasının inkişafında Təhsil Problemləri Institutunun rolu Məqalə Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri Institutu, 2011 № 2, Bakı 2011 195–201 s.

48. Fizika kursunun məzmunu və öyrətmə metodikalarının təkmilləşdirilməsi Məqalə Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu, № 4, Bakı 2012, 35–411 s.

49. Fizikanın tədrisində şəxsiyyətyönlü yanaşmanın problemləri Məqalə Azərbaycan Dölət Pedaqoji Universiteti, Pedaqoji Universitet xəbərləri № 1, Bakı 2014 385–389 s.

50. Humanitar təhsilin problemləri Məqalə Azərbaycan məktəbi, 2017, № 4, 35–41 s.

51. Səmərəli və nəticəyönlü təhsil Məqalə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Elmi əsərlər, cild 84, № 5, 2017 6–10 s.

52. Fizika müəllimlərinin hazırlanmasının müasir problemləri Məqalə "Müəllim hazırlığı strateji hədəflərdən biri kimi" mövzusunda respublika elmi konfransının materialları, Bakı şəhəri, 18 may 2018-ci il 179–181 s.

53. Respublikamızın müstəqilliyi dövründə orta ixtisas təhsili müəssisələrinin inkişaf və mövcud problemləri Məqalə Pedaqoji Universitetin xəbərləri, humanitar, ictimai və pedaqoji-psixoloji elmlər seriyası 2018, C.66, № 3 224–231 s.