Qurgen Gerasimoviç Antonyan (; ) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor (1950), Azərbaycan SSR əməkdar elm xadimi (1973), V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun erməni dili və ədəbiyyatı kafedrasının müdiri (1943–1974).

Həyatı Qurgen Gerasimoviç Antonyan 1911-ci il yanvarın 3-də bügünkü Tərtər rayonunun Qasapet kəndində anadan olmuşdur. 1933-cü ildə İrəvan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1934–1937-ci illərdə həmin universitetin aspiranturasında oxumuşdur. Elmi rəhbəri Arsen Terteryan olmuşdur. 1937–1974-cü illərdə Bakıda V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedoqoji Universiteti) çalışmışdır. 1943–1974-cü illərdə həmin institutun erməni dili və ədəbiyyatı kafedrasının müdiri olmuşdur. 1974–1984-cü illərdə Stepanakert Pedaqoji İnstitutunda çalışmışdır.

7 may 1984-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Fəaliyyəti Ədəbi fəaliyyəti əsasən iki qonşu xalq olan azərbaycanlılar və ermənilər arasındakı ədəbi əlaqələrin tarixinə ("Erməni və Azərbaycan xalqlarının ədəbi əlaqəsi", "Ədəbiyyatda erməni-Azərbaycan dostluğu" və s.), eləcə də Azərbaycanda yaşayıb-yaratmış və yaradan erməni yazıçılarının əsərlərinə aiddir.

Əsərləri Արևմտահայ ռեալիստական արձակը (Erməni realist nəsri). Bakı, 1939; Նիզամին և հայ գրականությունը (Nizami və erməni xalqı). Bakı: Azərnəşr, 1947; Հայ և ադրբեջանական ժողովուրդների բարեկամության արտացոլումը XIX–XX դարերի գրականության մեջ (Erməni və Azərbaycan xalqları dostluğunun XIX–XX əsrlər ədəbiyyatında əksi). Bakı: Azərnəşr, 1950; Реакционное движение Шамиля и некоторые вопросы армянской общественной мысли XIX века. Баку, 1952; Erməni və Azərbaycan xalqlarının ədəbi əlaqəsi. Bakı: Azərnəşr, 1955; Սամեդ Վուրղուն (Səməd Vurğun). Bakı, 1958; Հայ-ադրբեջանական բարեկամությունը գրականության մեջ (Ədəbiyyatda erməni-Azərbaycan dostluğu). Yerevan: Haypetrat, 1962.

İstinadlar