Naftali Benet (; ) — İsrailin 13-cü Baş naziri. 2013–2019-cu illərdə İsrailin diaspor işləri naziri, 2019–2020-ci illərdə İsrailin müdafiə naziri vəzifələrində çalışmışdır. 2012–2018-ci illər arasında Yəhudi Evi partiyasına, 2018-ci ildən Yeni Sağ Partiyasına rəhbərlik edir.
ABŞ-dən olan mühacirlərin oğlu olan Benet, İsrail Müdafiə Qüvvələrinin Sayeret Matkal və Maglan xüsusi təyinatlı hissələrində xidmət etmiş, bir çox döyüş əməliyyatına rəhbərlik etmiş və sonradan bir proqram təşəbbüskarı olmuşdur. 1999-cu ildə ABŞ anti-fırıldaqçılıq şirkəti olan Cyota şirkətini qurdu və onlayn bank fırıldaqçılığı, e-ticarət fırıldaqçılığı və fişinqə yönəldi. Şirkət 2005-ci ildə 145 milyon dollara satıldı. 2013-cü ildə 100–130 milyon dollara satılan İsrail bulud hesablama xidməti olan Soluto-nun icraçı direktoru vəzifəsində çalışıb.
Siyasətə 2006-cı ildə girdi, 2008-ci ilə qədər Benyamin Netanyahunun Baş Katibi vəzifəsini icra etdi. 2011-ci ildə Ayelet Shaked ilə birlikdə "Mənim İsrailim" parlamentdən kənar hərəkatını qurdu. 2012-ci ildə Benet Yəhudi Evinin partiya lideri seçildi. Yəhudi Evinin Benetin rəhbərliyi altında ilk dəfə qatıldığı 2013 Knesset seçkilərində 120 yerdən 12 yer qazandı.
Həyatı Naftali Bennett 25 mart 1972-ci ildə İsrailin Hayfa şəhərində anadan olmuşdur.
İstinadlar
Kateqoriya:İsrail siyasətçiləri Kateqoriya:Polşa-yəhudi əsilli İsrail şəxsləri Kateqoriya:İkinci Livan müharibəsi iştirakçıları Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:İsrail siyasi partiyalarının liderləri Kateqoriya:İsrailin müdafiə nazirləri Kateqoriya:İsrail əsgərləri