Rəhilə Əli qızı Orucova () — Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. Şəhidlər Xiyabanında dəfn olunmuş ilk azərbaycanlı qadın döyüşçü.
Uşaqlıq dövrü və təhsili Rəhilə Orucova 1965-ci il sentyabrın 25-də Göyçə mahalında anadan olmuşdur. 1973-cü ildən 1978-ci ilədək Ağstafa rayonunda oxumuş, oradakı təhsilini bitirdikdən sonra 1979-cu ildən 1981-ci ilədək təhsilini 109 nömrəli məktəbdə davam etdirmişdir.
1981-ci ildə 1 nömrəli Bakı Tibb məktəbinə daxil olmuş, texnukomu bitirdikdən sonra əvvəlcə Bakı Təcili Yardım xəstəxanasının reanimasiya şöbəsində, sonra isə Qədirli adına Baş Hövsə xəstəxanasında fəaliyyətə başlamışdır.
Döyüş yolu Rəhilə Orucova Milli Orduya könüllü yazılmışdır. Ön cəbhədə həm könüllü tibb bacısı kimi, həm də sıravi əsgər kimi vuruşmuşdur. 1992-ci il mayın 11-də Ağdərə rayonunun Leninavan kəndi uğrunda döyüşdə şəhid olmuşdur. May ayının 13-də Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Burada dəfn olunmuş ilk azərbaycanlı qadın döyüşçüdür.
Xatirəsi 1992-ci il sentyabr ayında 109 nömrəli məktəbə şəhid Rəhilə Orucovanın adı verilmişdir və həyətində büstü qoyulmuşdur.
Nizami rayonunda adına bulaq var.
Həmçinin bax Gültəkin Əsgərova
Məqalələr Məqalə (1)
Məqalə (2)
Məqalə (3)
İstinadlar
Kateqoriya:Qadın döyüşçülər Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Birinci Qarabağ müharibəsində həlak olanlar Kateqoriya:Ermənistan azərbaycanlıları Kateqoriya:Tibb bacıları Kateqoriya:Göyçədə doğulanlar