Matteo Pessina (21 aprel 1997, Montsa, İtaliya) — İtaliya A Seriyası təmsilçilərindən olan "Atalanta" klubunda və İtaliya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar İtaliya futbolçusu.

Klub karyerası Akademiya səviyyəsində bir neçə il oynadıqdan sonra Pessina 2014-cü ildə Monza klubunda peşəkar karyerasına başlamışdır. 2015-ci ildə "Milan" klubuna transfer olur və ardıcıl olaraq Leççe, Kataniya və Komo klublarına icarəyə göndərilir.

7 iyul 2017-ci ildə Pessina "Atalanta" klubu ilə müqavilə imzalamışdır. 25 avqustda o, Speziya klubuna icarəyə verilmişdir. 26 avqust 2019-cu ildə Pessina satın alma bəndi ilə "Hellas Verona" klubuna icarəyə göndərilir. 10 fevral 2021-ci ildə İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında "Napoli" klubu ilə oyunda iki qolla yadda qalmışdır. Komanda rəqibinə 3-1 hesabı ilə qalib gəlmişdir. Beləliklə "Atalanta" klubu finala vəsiqə əldə etmişdir.

Milli karyerası Pessina İtaliya U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında üçüncü yerə sahib çıxmışdır.

Pessina İtaliya U-21 millisi ilə debütünü 5 oktyabr 2017-ci ildə Budapeştdə Macarıstan millisinə qarşı oyunda etmiş və milli rəqibinə 6-2 hesabı ilə qalib gəlmişdir.

Pessina 2020-ci ilin noyabrında baş məşqçi Roberto Mançininin rəhbərliyi altında İtaliya millisinə dəvət almışdır. O, millidə debütünü 11 noyabrda Florensiyada Estoniya millisinə qarşı oyunda etmişdir. Yoldaşlıq oyununda milli rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir.

Pessina millidə ilk qolunu 28 may 2021-ci ildə San-Marino millisinə qarşı oyunda vurmuşdur. O, oyunun 75 və 87-ci dəqiqəsində qolla yadda qalmışdır. Həmin görüşdə milli rəqibinə 7-0 hesabı ilə qalib gəlmişdir.

Pessina 2021-ci ilin iyununda UEFA Avro 2020 turnirində iştirak üçün baş məşqçi Roberto Mançini tərəfindən millinin ilkin heyətinə daxil edilsə də, turnirə gedəcək olan son 26 nəfərlik heyətdən kənarda qalmışdır. Lakin Stefano Sensinin zədələnməsindən sonra Pessina onun yerinə turnirə çağırılmışdır. O, turnirdə debütünü 16 iyunda İsveçrə millisinə qarşı qrup oyununda etmiş və milli rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. 20 iyunda Romada keçirilən Uels millisə ilə oyuna əsas heyətdə başlayan Pessina görüşdə yeganə qolun müəllifi olmuşdur. Bu nəticə onları qrup lideri kimi növbəti mərhələyə daşımışdır. 26 iyunda 1/8 final mərhələsində Avstriya millisi ilə görüşdə Pessina əlavə vaxtda qələbə qolunun müəllifi olmuşdur. Həmin görüşdə milli rəqibinə 2-1 hesabı ilə qalib gəlmiş və növbəti mərhələyə vəsiqə qazanmışdır. Pessina 11 iyulda İtaliya millisi ilə İngiltərə millisinə qarşı Uembli stadionunda keçirilən və əlavə vaxtı 1-1 bitən final görüşündə penaltilər seriyasında qalib gələrək çempion adını qazanmışdır.

Oyun tərzi Əsasən mərkəz yarımmüdafiəçisi kimi çıxış edən Pessina həm də hücuma meyilli yarımmüdafiəçi kimi oynaya bilər. Sol ayaqlı oyunçu yaxşı texnikaya sahibdir və komanda yoldaşları üçün şans yaratmaq və ya topsuz cərimə meydançasına gec hücum həmlələri etmək bacarığı ilə tanınır. Həmçinin müdafiə keyfiyyətləri və oyun sürəti ilə fərqlənir. Mövqeyində sürətli çıxışı və qol atmaq bacarığı ilə seçilən Pessina Stiven Cerrard və Frenk Lempard ilə müqayisə olunur. O, müsahibələrinin birində hər iki oyunçunu öz kumiri hesab etdiyini bildirmişdir.

Karyera statistikası Klub

+ Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaÖlkə KubokuKontinentalDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolMonza2014–15Leqa Pro22610——236Leççe (icarə)2015–16Leqa Pro3010——40Kataniya (icarə)2015–16Leqa Pro1000——10Komo (icarə)2016–17Leqa Pro36950——419Speziya (icarə)2017–18Serie B38200——382Atalanta2018–19Serie A1202050—1902020–21Serie A2825270—4042021–22Serie A400010—50Ümumi4427213000644Hellas Verona (icarə)2019–20Serie A35700——357Ümumi karyera175261421200020128

Milli komanda

+ Milli komanda və illər üzrə oyun və qollarMilli komandaİlOyunQolİtaliya2020102021104Ümumi114

Nəticələr və qollar İtaliya hesablamasının birinci siyahısındadır.

+ Matteo Pessinanın milli komandada vurduğu qolların siyahısı No. Tarix Məkan Rəqib Hesab Nəticə Turnir 1 28 may 2021 Sardinya Arena, Kalyari, İtaliya 5–0 7–0 Yoldaşlıq oyunu 2 7–0 3 20 iyun 2021 Stadio Olimpiko, Roma, İtaliya 1–0 1–0 UEFA Avro 2020 4 26 iyun 2021 Uembli stadionu, London, İngiltərə 2–0 2–1 (a.e.t)

Uğurları İtaliya U-20 FİFA U-20 Dünya Çempionatı üçüncü yer: 2017

İtaliya UEFA Avropa Çempionatı: 2020

Ordenlər left|50px 5-ci dərəcə / Cəngavər: Cavaliere Ordine al Merito della Repubblica Italiana: 2021

İstinadlar

Xarici keçidlər

International caps at FIGC.it

Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:Atalanta FK futbolçuları Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:UEFA Avropa Çempionatının qalib futbolçuları Kateqoriya:Ellas Verona FK futbolçuları Kateqoriya:Montsa FK futbolçuları Kateqoriya:Leççe FK futbolçuları Kateqoriya:Kataniya FK futbolçuları Kateqoriya:Komo FK futbolçuları Kateqoriya:Spetsiya FK futbolçuları Kateqoriya:İtaliya C Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:İtaliya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:UEFA Avro 2020 futbolçuları Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya şəxsləri Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri