Qiuli Qivievna Alasaniya (; 11 noyabr 1946 -cı ildə Tbilisi, Gürcüstan SSR, SSRİ-də anadan olmuşdur) — SSRİ və Gürcüstan tarixçisi və türkoloqudur. Gürcüstanın orta əsr mədəniyyəti üzrə mütəxəssisdir. Tarix elmləri doktorudur. İctimai xadimdir. "Gürcüstan və Azərbaycan Dostluq Evi" ictimai birliyinin sədridir. Q. Alasaniya 2012-ci ildə yaradılan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin anasıdır. Həyatı Tbilisidə adi gürcü ailəsində anadan olub. Anası həkim, atası mühəndis idi. Ana tərəfindən hər iki babası 1937-ci ildə repressiyaya məruz qalmışdır. 1969-cu ildə Tbilisi Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib, Türkiyə tarixini tədqiq etməyə başlamışdır. Fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarını müdafiə etmişdir (sonuncusu - 1986-cı ildə). 1989-2006-cı illərdə İ.Cavaxişvili adına Tarix və Etnologiya İnstitutunda (Tbilisi) çalışmışdır. Dissertasiya materiallarına əsaslanan "Gürcüstanın tarixi mənbələrinin təsnifatı" adlı kitabı rus dilində nəşr edilmişdir.
1990-cı ildən Tiflis Dövlət Universitetinin professorudur. Gürcüstan və Qafqaz tarixi, gürcü mədəniyyəti tarixi və milli öz müqəddəratını təyinetmə sahəsində 100-dən çox elmi tədqiqat əsərinin və 10-a yaxın monoqrafiyanın müəllifidir.
Professor Q.Alasaniya 2012-ci ildə yaradılan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüdür. Alasaniya "Gürcüstan və Azərbaycan Dostluq Evi" ictimai birliyinin sədri olaraq da çalışır.
Eyni zamanda Amerika Geneologiya, Heraldika və Sənədlərin Elmləri Məktəbinin (ABŞ) fəxri üzvü və Türkiyənin Baş naziri Tansu Çillərin təşəbbüsü ilə 1995-ci ildə yaradılan Beynəlxalq Qara Dəniz Universitetinin (Tbilisi) prorektorudur.
Şəxsi həyatı Həkim olan Nikoloz (Nikolai) Saakaşvili, Mixailin atası, oğlunun doğulmasından az əvvəl və ya ondan dərhal sonra ailədən ayrılıb. Qiulinin ikinci evliliyi Beritaşvili adına Fiziologiya İnstitutunun elmi şurasının sədri Zurab Kometiani (1934-2012) ilə olmuşdur.
İstinadlar
Ədəbiyyat Alasaniya Qiuli.- The Encyclopedia «Sakartvelo» («Georgia»), vol. I, Tbilisi, 1997, p. 90 (in Georgian).
Xarici keçidlər Интервью с Гиули Аласания
Kateqoriya:Tbilisi Dövlət Universitetinin müəllimləri Kateqoriya:Gürcüstan tarixçiləri Kateqoriya:Tarix elmləri doktorları Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:SSRİ tarixçiləri