Unutsam, fısılda — ssenaristi və rejissoru Çağan İrmaq olan, 2014-cü il istehsalı türk melodram sinema filmi.

Mövzusu Film bir-birlərindən çox fərqli 2 bacı — Xədicə və Hənifənin həyat hekayələrindən bəhs edir. Xədicə mahnı oxumaq sevgisi olan və həyatının, xəyallarının ardınca getməyə meyilli biridir. Böyük bacısı Hənifə də həyat sevgisi ilə dolu olsa da, içinə qapanıq biridir. Bir gün qəsəbəyə yeni gələn musiqiçi Tarıkın Xədicəni kəşf etməsi, aralarında başlanan böyük sevgi və Türkiyənin ulduzları olma həvəsləri onları İstanbula qədər aparır. Uzun müddətdən sonra evinə dönən Xədicə onun qayıtmasını gözləyən və keçmişdəki yaşananlar üçün hesablaşmaq istəyən, əsəbi və incik bir Hənifəni görür.

Aktyorlar və rollar

Fərəh Zeynəb Abdullah - Xədicə Bülənt Düzgünoğlu - Xədicənin atası Xülya Gülşən - Xədicənin anası Kərəm Bursin - gənc Ərhan Köksal Əngür - yaşlı Ərhan Gözdə Çığacı - gənc Hənifə İşıl Yücəsoy - yaşlı Hənifə Məhməd Günsür - Tarik Lalə Başar - Tarikin anası Rəha Özcan - Ərhanın atası Hümeyra - Aypəri Gürkan Uyqun - Kəmal Jalə Aylanç - Handənin anası Meriç Aral - Mədiha Gümeç Alpay - Handə

Aldığı mükafatlar

47. Sinema Yazarları Dərnəyi Mükafatları

Ən yaxşı aktrisa performansı (Fərəh Zeynəb Abdullah) - namizəd Ən yaxşı köməkçi kadın aktrisa performansı (Hümeyra) - namizəd Ən yaxşı musiqi Ən yaxşı sənət rejissoru (Soydan Quş)

20. Sədri Alişıq Teatr və Sinema Aktyor Mükafatları

İlin ən uğurlu aktrisası (Fərəh Zeynəb Abdullah) - namizəd Köməkçi rolda ilin ən uğurlu aktrisası (İşıl Yücəsoy) - namizəd

22. İTÜ EMÖS Nailiyyət Mükafatları

Ən uğurlu Film

Xarici keçidlər

İstinadlar

Kateqoriya:Türkiyənin dram filmləri Kateqoriya:2014-cü ilin dram filmləri Kateqoriya:2014-cü ilin Türkiyə filmləri