İnfanta Mariya Amaliya () () – İspaniya kralı IV Karlın qızı, İspaniya infantası.
Hələ 16 yaşında ikən 1795-ci ildə 40 yaşlı əmisi İnfant Antonio Paskalla evləndi. Cütlüyün ilk və yeganə övladı isə 1798-ci ildə ölü olaraq dünyaya gəldi. Doğum əsnasında tutulduğu infeksiya səbəbilə Mariya Amaliya doğumdan 2 gün sonra vəfat etdi.
Mənbə
Bearne Charlton, Catherine. A Royal Quartette. London: T. F. Unwin, 1908. Mateos Sainz de Medrano, Ricardo. Los desconocidos infantes de España. Thassalia, 1996. ISBN 8482370545 Rubio, Maria José. Reinas de España. La Esfera de los Libros, Madrid, 2009. ISBN 978-84-9734-804-1
İstinadlar