Mariya İzabella Braqanza () () — İspaniya kralının xanımı.

Atası Portuqaliya kralı VI Con, anası isə İspaniya kralı IV Karlın qızı Şarlottadır. Bu səbəblə eyni zamanda Portuqaliya infantası idi. Hələ 19 yaşında ikən dayısı İspaniya kralı VII Ferdinandla evləndi. Bu evlilikdən 2 qız övladı dünyaya gəlsə də, bunlardan ilki cəmi 4 ay yaşadı. Digəri isə ölü olaraq dünyaya gəldi. Mariya İzabella isə ikinci qızının doğumu əsnasında qanaxmadan vəfat etdi.

Mənbə María Isabel de Braganza: la reina del Prado : edición conmemorativa del bicentenario de la Fundación Museo del Prado (1819–2019). Boletín Oficial del Estado. 2019. ISBN 978-84-340-2547-9

İstinadlar