Milçəklər tanrısı () — nobel mükafatçısı Uilyam Qoldinqin eyni adlı romanının motivləri əsasında çəkilmiş ingilis məcara-dram filmi.
Mövzu Okean üzərindəykən təyyarələri qəzaya uğrayan otuza qədər ingilis uşaq yaxınlıqdakı kimsəsiz tropikal adaya çıxırlar. Qəzadan heç bir yetişkin sağ qurtura bilmir. Yetişkinlərin, dolayısıyla da təzyiqin və qaydaların olmadığı bir yerdə gözəl təbiət uşaqların çox xoşuna gəlir. Hər şeyi özləriə görə nizamlayıb oyunla qurub ovlanırlar. Ancaq zaman keçdikcə yaranan rəqabət, qorxu və inamsızlıqla uşaqlar bir növ demokratik quruluşdan qəbilə quruluşuna keçirlər. Bu da onların get-gedə vəhşiləşərək qorxunc bir kimliyə bürünmələrinə səbəb olur. Qaçınılmaz olaraq qütbləşmə başlayır. Bir qrup uşaq mədəni yaşayışın tərəfdarı olan Ralfin liderliyini qəbul edərkən digər bir qrup da daha fərqli xarakteri olan, şiddətə meyilli Cekin arasınca gedir. Cek ətrafdakıları bilinməyənlərlə qorxudaraq özünə bağlamaq və idarə etmək istəyir. Cek və ətrafındakı lar ovlanır, çiy ət yeyir və daha da vəhşiləşirlər. Hətta Ralfinin düşərgəsinə basqınlar da etməkdən narahat olmurlar. Nəticədə cinayət qaçılmaz olur.
Aktyorlar və rollar Kateqoriya:Müstəqil Britaniya filmləri Kateqoriya:1963-cü ilin filmləri Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:Böyük Britaniya romanlarına əsaslanan filmlər Kateqoriya:Böyük Britaniyanın macəra filmləri Kateqoriya:Uşaqlar haqqında filmlər Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:Birləşmiş Krallığın triller filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:Dramlar Kateqoriya:İngilis dilində macəra filmləri Kateqoriya:Təcrid olunmuşlar haqqında filmlər Kateqoriya:Aviasiya qəzaları və ya insidentləri haqqında filmlər