Kərim Məsimov (, ) — Qazaxıstan dövlət xadimi, vəkil. 8 sentyabr 2016-cı ildən etibarən Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin (KNB RK) sədri.

İki dəfə Qazaxıstan Baş naziri (2007–2012, 2014–2016), Qazaxıstan Prezident Administrasiyasının rəhbəri (2012–2014), Milli Təhlükəsizlik general-leytenantı.

Bioqrafiyası 15 iyun 1965-ci ildə Qazaxıstan SSR-in Tselinograd şəhərində anadan olub. Milliyyətcə uyğur. Atası Kazımkan Kasımoviç Massimov müxtəlif rəhbər vəzifələrdə işləyirdi (xüsusən Burundai divar materialları istehsalat birliyinin direktoru, Qazaxıstan SSR Nazirlər Soveti yanında Glavtopsnab rəhbərinin müavini, direktor bundan əlavə, "Qazaxıstanın Milli Aqrosənaye Palatası" və Qazaxıstan Yoga Birliyi ictimai təşkilatlarında prezident idi. Anası — Eleonora Kərimovna Əjibekova.

Beynəlxalq hüquq üzrə mütəxəssis, iqtisadçı. İqtisad elmləri doktoru. Uyğur, qazax, rus, ingilis, çin və ərəb dillərini bilir.

Kərim Məsimov aktiv şəkildə idmanı sevir: dağ və dağ xizəyi, qayaya dırmaşmaq, alpinizm və golf. İdman federasiyalarının fəxri üzvü kimi cənab Məsimov beynəlxalq arenada olduğu kimi Qazaxıstanda da Tay boksunun və ya Muay Thai idman növünün inkişafını dəstəkləyir.

Qazaxıstan Respublikası Tay Boks Federasiyasının prezidenti, Dünya Muay Thai Assosiasiyasının (WMC) vitse-prezidenti, Asiya Muay Thai Federasiyasının (FAMA) prezidenti,, Beynəlxalq Muay Thai Federasiyasının (IFMA) vitse-prezidenti,, Qazaxıstan Milli Coğrafiya Cəmiyyətinin Qəyyumlar Şurasının sədri.

Beynəlxalq hüquq üzrə mütəxəssis, iqtisadçı. İqtisad elmləri doktoru. Uyğur, qazax, rus, ingilis, çin və ərəb dillərini bilir.

Kərim Məsimov aktiv şəkildə idmanı sevir: dağ və xizək sürmə, qayaya dırmaşma, alpinizm və golf. İdman federasiyalarının fəxri üzvü kimi cənab Məsimov beynəlxalq arenada olduğu kimi Qazaxıstanda da Tay boksunun və ya Muay Thai idman növünün inkişafını dəstəkləyir.

İstinadlar

Xarici keçidlər Официальный сайт премьер-министра Казахстана Биография премьер-министра РК

Kateqoriya:Qazaxıstanın dövlət katibləri Kateqoriya:Qazaxıstan nazirləri Kateqoriya:Qazaxıstan baş nazirləri Kateqoriya:Poliqlotlar