Yunanıstan–Qırğızıstan münasibətləri — Yunanıstan Respublikası ilə Qırğız Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Hər iki ölkə 1992-ci ildə diplomatik münasibətlər qurmuşdur. Hər iki ölkə beynəlxalq təşklatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir. Yunanıstan Qırğızıstanda Astanadakı səfirliyi vasitəsilə təmsil olunur. Qırğızıstan Yunanıstanda Bişkekdəki qeyri-rezident səfir vasitəsi ilə təmsil olunur (xarici işlər nazirliyində). Yunanıstandakı Qırğızıstanın maraqlarını Qazaxıstanın Afinadakı səfirliyi təmsil edir. İndiki Qırğızıstan ərazisi İskitlər tərəfindən məskunlaşmış və Makedoniyalı İskəndər tərəfindən fəth edilmişdir. Bu yunanlar ilə bu regionun əhalisi arasında ilk əlaqələ olmuşdur.

Rəsmi ziyarətlər 2002-ci ildə Qırğızıstan Xarici İşlər Nazirinin müavini Asanbek Osmonaliyev ikitərəfli siyasi əməkdaşlıq perspektivlərini və Qırğızıstan Prezidenti Əsgər Akayevin Yunanıstana rəsmi səfərinin təşkili imkanlarını müzakirə etmək üçün Yunanıstana səfər edir.

31 oktyabr-2 noyabr 2004-cü il tarixlərində Qırğızıstan Prezidenti Əsgər Akayev Yunanıstan Prezidenti Konstantinos Stefanopulos ilə görüşmək üçün Yunanıstana rəsmi səfər edir. Görüş zamanı Akayev demişdir: “İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından 12 il ötür. Bu yaxın və təsirli əməkdaşlıq qurmaq üçün yaxşı bir başlanğıcdır. Qırğızıstan-Yunanıstan münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq və beynəlxalq aləmdə əlaqələri genişləndirmək üçün yaxşı perspektivlərimiz var. Səfərimin məqsədi ikitərəfli sənədlər imzalayaraq münasibətlərimizi yeni keyfiyyət səviyyəsinə qaldırmaq və onların hüquqi bazasının əsaslarını qoymaqdır ”.

Xarici İşlər Naziri Dora Bakoyannis Tacikistan Xarici İşlər Naziri Zərifi ilə 2008-ci ilin sentyabrında Parisdə keçirilən 1-ci Aİ-Orta Asiya Təhlükəsizlik Forumu zamanı bir araya gəlir. Mühacirət

Qırğızıstanda bəzi təxminlərə görə, 650-700 arasında yunan yaşayır. Bununla birlikdə Yunanıstan Baş Katibliyin məlumatları daha da aşağı bir rəqəm göstərir. Bu məlumatlara görə Qırğızıstanda 50 yunan yaşayır.

İkitərəfli müqavilələr 2004-cü ildə Qırğızıstan Prezidenti Əsgər Akayevin Yunanıstana səfəri zamanı hava nəqliyyatı, turizm və diplomatiya mövzusunda, xarici işlər nazirlikləri arasında əməkdaşlıq protokolu imzalanır.

İstinadlar

Kateqoriya:Qırğızıstanın ikitərəfli əlaqələri Kateqoriya:Yunanıstanın ikitərəfli əlaqələri