Mark Anni Ver Sezar() (162 və ya 163–169) - Roma imperatoru Mark Avreli və imperatriça Anniya Qaleriya Faustinanın 13 uşağından 12-cisi.
Həyatı Mark Anni Ver 162-ci və ya 163-cü illərin axırlarında Mark Avreli və Anniya Qaleria Faustinanın oğlu olaraq doğuldu . Atası Mark Avrelinin adı olduğu üçün ona Mark Anni Ver adı verildi.
12 oktyabr 166-cı ildə romalıların Lusi Verin Partiya müharibəsindəki zəfərini qeyd etdikləri bir ziyafətdə qardaşı Kommod ilə birlikdə Roma İmperatorluğunun ortaq varisləri olaraq sezar oldular. O zaman Anni üç, Kommod beş yaşında idi . Bu qədər gənc yaşda ilk dəfə belə açıq bir miras bəyanı edilmişdi.
Varislərin getdikcə artdığı vaxtda vəzifələrdə təlim aldığı ənənəvi cursus honorumdan əhəmiyyətli bir yayınmanı göstərirdi. Bu sistemdə varislər vəliəhdliyə bağlı olaraq taxta çıxır, imperator olmaq mövzusunda dərslər alırdılar. Anni qulağının altında olan bir şişin çıxarıldığı əməliyyatın yaratdığı fəsadlar səbəbindən 10 sentyabr 169-cu ildə yeddi yaşında öldü. Ölümü Kommodu tək varis olaraq buraxdı . Atası Mark Avreli dövlət işlərinə davam edərkən beş gün müddətində bu itginin yasını tutdu. Avreli Yupiter Oksimus Maksimusun oyunları davam etdiyi üçün yas tutmağı ilə oyunları yarıda kəsməməyinin lazım olduğunu müdafiə etdi . Yas tutmağın əskikliyindən , yəqin ki duyğuların təhlükələrini öyrədən Stoaçılıq fəlsəfəsindən və sevdiklərinin itgisindən hiss olunan kədərin təbii olmadığını görən Romalıların qəddar mədəniyyətindən təsirlənmişdi. Avreli Anninin şərəfinə heykəllərin düzəldilməsini ve oyunlar əsnasında onun qızıldan düzəldilmiş büstünün daşınmağını əmr etdi. Avrelinin göstərişi ilə Anninin adı 12 keşişdən təşkil olunan Salii tərəfindən oxunan ritual mahnıları Karmen Saliaredə də keçirildi.
İstinadlar
Mənbə
Kateqoriya:Antoninlər sülaləsi Kateqoriya:Taxta çıxanmayan varislər