Mokşa () və ya Yov () — Rusiyanın Penza, Ryazan vilayətləri və Mordoviya Respublikasında çay. Oka çayının sağ qoludur. Uzunluğu 656 km, hövzəsinin sahəsi 51 min km²-dir. Volqaboyu yüksəkliyindən başlanır. Əsasən qar suları ilə qidalanır. Noyabrdan mayadək donmuş olur. Çayda ağac axıdılır. Kadom qəsəbəsindən aşağısı gəmiçiliyə yararlıdır. Çayın üzərində kiçik SES-lər mövcuddur.

İstinadlar

Əlavə ədəbiyyat Мокша // Словарь современных географических названий / Рус. геогр. о-во. Моск. центр; Под общ. ред. акад. В. М. Котлякова. Институт географии РАН. — Екатеринбург: У-Фактория, 2006.

Xarici keçidlər

Kateqoriya:Rusiya çayları