Yapon mədəniyyətində sükut — sükut istənilən mədəniyyətdə mühüm ünsiyyət rolunu oynaya bilər, yapon mədəniyyətində isə xüsusi əhəmiyyət kəsb edir Lebra T. S. The cultural significance of silence in Japanese communication //Multilingua-Journal of Cross-Cultural and Interlanguage Communication. – 1987. – Т. 6. – №. 4. – С. 343-358. Sükut (timmoku) Yaponiyada ünsiyyət sənətinin bir hissəsi hesab olunur. Lebra T. S. The cultural significance of silence in Japanese communication //Multilingua-Journal of Cross-Cultural and Interlanguage Communication. – 1987. – Т. 6. – №. 4. – С. 343-358.. Yapon mədəniyyətinə görə sükutun vacibliyinin beş səbəbi var: səmimi hisslərin ifadəsi kimi səssizlik, əxlaq norması kimi səssizlik, nümayişkaranə davranış kimi utancaqlıq və səssizlik və qarşılıqlı anlaşma hissi olaraq səssizlik Harumi S. The use of silence by Japanese learners of English in cross-cultural communication and its pedagogical implications : дис. – Institute of Education, University of London, 1999. Səssizlik — səmimi duyğuların ifadəsi kimi Yapon mədəniyyətində səssizlik, daxili mən olan və ürək, ağıl, duyğular, səmimi hisslər mənasını verən "Kokoro" ilə əlaqələndirilir. Yapon mədəniyyətinə görə nitq potensial aldadıcı və yalan olduğundan, əsl dürüstlük sözlə ifadə edilə bilməz. Buna görə də sükut əsl kokoronun şahididir Rosenberger N. R. Japanese sense of self. – Cambridge University Press, 1994. – Т. 2. (страница 112). Beləliklə, Yaponiyada az danışan və fikirlərini mümkün qədər lakonik şəkildə ifadə edən insanı səmimi və vicdanlı hesab etmək olar. Belə insanlara, adətən, daha çox etibar edilir .
Əxlaq norması kimi səssizlik Yapon mədəniyyəti ictimai harmoniyaya xüsusi diqqət ayırır. Yaponların mədəniyyətində güclü duyğuları ifadə etməklə bağlı söylənilməyən bir tabu var . Sükut, həmsöhbətinin qarşıdurmadan qaçdığına işarə ola bilər, həmsöhbət öz nöqteyi-nəzərində israr etməməyə, sadəcə susmağa qərar verə bilər Donahue R. T. Japanese culture and communication: Critical cultural analysis. – University Press of America, 1998.. Beləliklə, uzun bir fasilə həmsöhbətin söhbətin mövzusunu dəyişdirmək istəyini göstərə bilər.
Sükut, şəxsin fikirlərini bildirməzdən əvvəl müsahibinin və ya danışıqlar aparan tərəfdaşının dediklərini düşünmək üçün "fasilə" verdiyinə işarə ola bilər Fuki N. The role of cultural influences in Japanese communication: A literature review on social and situational factors and Japanese indirectness //異文化コミュニケーション研究. – 2002. – Т. 14. – С. 99-122.. Çox zaman bu cür fasilələr qarşı tərəfi əsəbiləşdirir və əlavə güzəştlər edir. Buna baxmayaraq, yapon mədəniyyət mütəxəssislərinin fikrincə, sükut yapon mədəniyyətində qeyri-düzgünlüyün bariz nümunəsidir Eyni zamanda, yaponlar yad adamlarla ünsiyyətdə nəzakətsiz görünməmək üçün susmamağa çalışırlar. Qərb mədəniyyətinə mənsub insanlarla müqayisədə isə yaxın dostları ilə ünsiyyət qurarkən susmağı məqbul və normal hesab edirlər Hasegawa T., Gudykunst W. B. Silence in Japan and the United States //Journal of Cross-Cultural Psychology. – 1998. – Т. 29. – №. 5. – С. 668-684.. Belə bir kontekstdə sükut yeni dosta hörmət əlaməti kimi qəbul edilə bilər. Yapon sükutu qismən buddizmin yapon mədəniyyətindəki əhəmiyyəti ilə izah edilə bilər, buddist təlimlərinin son məqsədi, əsasən, daxili boşluq və sükut olaraq təyin olunur Petkova D. P. BEYOND SILENCE. A CROSS-CULTURAL COMPARISON BETWEEN FINNISH ‘QUIETUDE’AND JAPANESE ‘TRANQUILITY’ //Eastern Academic Journal. – 2015. – Т. 4. – С. 1-14.
Utancaqlıq əlaməti kimi sükut Söhbəti qəfil kəsərək uzun müddət susmaq utancaqlıq və narahatlıq əlaməti ola bilər. Bu isə onu göstərir ki, insanlar utancaqlıq hissini səssizliklə ifadə edə bilirlər .
Sükut — nümayişkaranə davranış kimi Sükut, qarşı tərəfin səni dinləmədiyini göstərən bir etiraz əlaməti ola bilər. Sükut, mokusatsu (黙 殺) (sükutla öldürmək) əlaməti ola bilər ki, bu da "qulaqardına vurmaq" ifadəsinə uyğun gəlir Matthew C, THE JAPANESE ART OF SILENCE, https://blog.gaijinpot.com/mokusatsu-japanese-art-of-silence/ . Beləliklə, sükut çox zaman passiv aqressiyanın siqnalı ola bilər. Qərb mədəniyyətinin nümayəndələri ilə müqayisədə, yaponların əksəriyyəti hərəkətlərin sözlərdən və niyyətlərini digər nümayiş etdirmə vasitələrindən daha vacib olduğuna inanırlar. Qərb respondentləri isə sözləri eyni dərəcədə vacib ünsiyyət vasitəsi hesab edirlər. Ling W. N. Communicative functions and meanings of silence: an analysis of cross-cultural views //Multicultural studies. – 2003. – Т. 3. – С. 125-146.
Qarşılıqlı anlaşma hissi olaraq sükut Sükut, həmsöhbətlər arasında intuitiv bir anlayış ifadə edə bilər Harumi S. The use of silence by Japanese learners of English in cross-cultural communication and its pedagogical implications : дис. – Institute of Education, University of London, 1999.. Yapon mədəniyyəti son dərəcə çoxkontekstlidir Холл, Эдвард (рус.) // Википедия. — 2016-11-22., yəni fasilələrin, susma müddəti və zamanının bir sıra mənaları ola bilər Ito K. A history of manga in the context of Japanese culture and society //The Journal of Popular Culture. – 2005. – Т. 38. – №. 3. – С. 456-475.
Mədəniyyətin yüksək kontekstuallığı, yaxın insanlar arasında telepatik ünsiyyət kimi gizli qarşılıqlı anlaşmanı bildirən "haragei" sözü ilə ifadə olunur. Dinləmə və anlama sənəti yapon mədəniyyətində natiqlik sənətindən fərqli olaraq çox əhəmiyyətlidir. Qərblilərin sözlərə əsaslanaraq "sətirlər arasında oxuduqları" kimi, yapon xalqı da nitqdəki pauzalara əsaslanır Saint-Jacques B. et al. Modern Japan: the myth and the reality. – 1984.. Beləliklə, Yaponiyada sükut niyyət və hissləri ifadə edən ünsiyyət vasitəsi kimi qəbul edilir Nakane I. Silence in intercultural communication: Perceptions and performance. – John Benjamins Publishing, 2007. – Т. 166..
Sükut və xarici dillərin tədrisi İngilis dili kimi xarici dilləri öyrənən yaponlar çox zaman susurlar, bu da xarici müəllimlərdə şagirdlərinin dil öyrənmə qabiliyyətlərinə şübhə yaradır Harumi S. Classroom silence: Voices from Japanese EFL learners //ELT journal. – 2010. – С. ccq046. Müəllimlərin şagirdlərin özünə inamını artırdığı və xarici dillərdə ünsiyyəti təşviq etdiyi dərslərdə, hətta səhvlər olsa belə, sükutla bağlı problemlər az olur, bu cür dərslər daha uğurlu olur .
Müəllimləri yapon mədəniyyətinin əsasları haqqında məlumatlandırdıqda və onlara şagirdlərin susma səbəblərini izah etdikdə isə tədrisin effektivliyi daha da artır Jones S. Speech is silver, silence is golden: The cultural importance of silence in Japan //The ANU Undergraduate Research Journal. – 2011. – Т. 3. – С. 17-27. Məsələn, başa düşülməlidir ki, yapon şagirdləri özlərini həqiqətən sinifdəki ən səssiz şagird kimi tanıyırlar, amma susmağın başlıca səbəbi xarici dildə bir ifadəni səhv söyləmək və beləliklə "şəxsiyyətini itirmək" qorxusudur (7) Nakane I. Silence and politeness in intercultural communication in university seminars //Journal of Pragmatics. – 2006. – Т. 38. – №. 11. – С. 1811-1835 . Digər tərəfdən isə, bir çox tələbələr sinifdə başqalarından üstünlüyünü göstərməyi taktika hesab edir və dərs zamanı susurlar .
Tənqid Bir sıra tədqiqatçılar hesab edir ki, ünsiyyətdən yayınma tərzinə görə "yaponların sükut mədəniyyəti reallıqdan daha çox bir mifdir" .
İstinadlar
Kateqoriya:Yaponiya mədəniyyəti