Stepan Nəzəryan (; ; ) — erməni əsilli Rusiya naşiri, maarifçi, ədəbiyyat tarixçisi və şərqşünas.

Həyatı Stepan Nəzəryan 15 may 1812-ci ildə Tiflisdə (indiki Gürcüstan) keşiş ailəsində anadan olmuşdur. 1840 -cı ildə Tartu Universitetində fəlsəfə fakültəsini bitirmişdir. Nəzəryan 1849-cu ildə Moskvada yerləşən Lazarev adına Şərq Dilləri İnstitutunda fars və ərəb ədəbiyyatı professoru oldu. O, bir sıra elmi əsərlər nəşr etdirmiş və doktorluq dissertasiyasını Firdovsinin "Şahnamə" əsərini təhlil edərək qorumuşdur.

Nəzəryan 1840-cı illərdəki Avropa maarifçilik hərəkatının və Rusiyada ictimai hərəkatın təsiri altında getdikcə feodal sistemə və ideologiyasına qarşı yazmağa başlamışdır. O, 1850-ci illərdə erməni maarifçilik hərəkatının lideri olmuşdur. Nəzəryan 1858–1864-cü illərdə Moskvada nüfuzlu "Hyusisapayl" jurnalını nəşr etdirmişdir. O, erməni ictimaiyyətindəki təhkimçilik və ruhani gücü tənqid etmişdir. Buna baxmayaraq Nəzəryan hərəkətlərini daha geniş bir sinFI mübarizənin bir hissəsi olaraq təsnif etməkdən imtina etmişdir. O, deizm tərəfdarı idi, rus və xarici ədəbiyyatı təbliğ edirdi. Fridrix Şillerin bir çox dramlarını tərcümə etmişdir.

Ədəbiyyat Great Soviet Encyclopedia, 1974

İstinadlar

Kateqoriya:Rusiya imperiyasının tarixçiləri Kateqoriya:Erməni tarixçilər Kateqoriya:XIX əsr tərcüməçiləri Kateqoriya:XIX əsr tarixçiləri Kateqoriya:XIX əsr yazıçıları