2021 — Azərbaycanda "Nizami Gəncəvi ili"

2020-ci ildə olduğu kimi 2021-ci ildə də çoxlu COVID-19 ştammlarının aşkarlanması səbəbindən COVID-19 korinavirus pandemiyası ağır şəkildə davam etdi. Azərbaycanda COVİD-19 infeksiyası əleyhinə vaksinasiya başladı və uğurla davam etdirildi.

İlk növbədə işğal illərində erməni vandalizminin viran qoyduğu ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə təqdimatı məsələsinə diqqət yönəldildi. İşğaldan azad edilmiş ərazilərə xarici ölkə təmsilçilərinin, mətbuat, beynəlxalq təşkilatların, dini icmaların nümayəndələrinin səfərlərinin təşkili ilə Ermənistan dövlətinin terrorçu mahiyyətinin üzə çıxarılması üçün şərait yaradıldı.

Qarabağda sürətli quruculuq bərpa işləri aparıldı. İlk növbədə yol və digər zəruri infrastrukturun bərpası istiqamətində işlər görüldü. Füzuli Beynəlxalq Hava Limanının və Zəfər Yolunun inşası, regionda digər hava limanlarının tikinti prosesinin davam etməsi gələcəkdə Qarabağın iqtisadi potensialının daha da artmasına zəmin yaratdı.

Pandemiya səbəbilə təxirə salınan 2020 Yay Olimpiya Oyunları keçirildi. Ölkəmizi təmsil edən idmançılar 3 gümüş, 4 bürünc medala yiyələndilər. 2020 Yay Paralimpiya Oyunları zamanı bu göstərici daha da yüksək səviyyəyə qaldırıldı. Ölkəmizi təmsil edən paralimpiyaçılar 14 qızıl, 1 gümüş və 4 bürünc medal qazandılar.

Mədəniyyət sahəsində ən mühüm hadisələrdən biri dövlət başçısının sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi oldu. Bu qərar işğaldan azad edilmiş Şuşa şəhərinin tarixi kimliyinin özünə qaytarılması, şəhərin tənəzzülə uğramış mədəni həyatının bərpası baxımından mühüm əhəmiyyətə malik oldu.

“Xarıbülbül” musiqi festivalının yenidən keçirilməsi Şuşanın ən yeni tarixində dönüm nöqtəsi oldu. Şuşada Molla Pənah Vaqifin məqbərəsi və büstü bərpa edildi, Üzeyir Hacıbəylinin heykəlinin açılışı oldu.

Siyasət ŞəkilVəzifəAd, Soyadframeless|159x159pxPrezidentİlham Əliyevframeless|168x168pxBirinci vitse-prezidentMehriban Əliyevaframeless|167x167pxBaş nazirƏli Əsədovframeless|179x179pxMilli Məclisin SədriSahibə Qafarova

Xarici İşlər naziri — Ceyhun Bayramov Daxili İşlər naziri — Vilayət Eyvazov Müdafiə naziri — Zakir Həsənov Müdafiə Sənayesi naziri — Mədət Quliyev Təhsil naziri — Emin Əmrullayev Mədəniyyət naziri Nazir yoxdur (21.05.2020-05.01.2021) Anar Kərimov (05.01.2021 tarixindən başlayaraq) Səhiyyə naziri Oqtay Şirəliyev (23.04.2021 tarixinə qədər) Nazir yoxdur (23.04.2021-19.01.2022) Ekologiya və Təbii Sərvətlər naziri — Muxtar Babayev Fövqəladə Hallar naziri — Kəmaləddin Heydərov Gənclər və İdman naziri Azad Rəhimov (30.04.2021 tarixinə qədər) Nazir yoxdur (30.04.2021-07.09.2021) Fərid Qayıbov (07.09.2021 tarixindən başlayaraq) Kənd Təsərrüfatı naziri — İnam Kərimov Maliyyə naziri — Samir Şərifov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramiz Quluzadə (26.01.2021 tarixinə qədər) Rəşad Nəbiyev (26.01.2021-11.10.2021) Vəzifə ləğv edildi (11.10.2021) Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Vəzifə təsis edildi (11.10.2021) Rəşad Nəbiyev (11.10.2021 tarixindən başlayaraq) İqtisadiyyat naziri — Mikayıl Cabbarov Energetika naziri — Pərviz Şahbazov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri — Sahil Babayev Ədliyyə naziri — Fikrət Məmmədov

Hadisələr

Yanvar thumb|İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan thumb|İlham Əliyev Molla Pənah Vaqifin dağıdılmış muzey-məqbərə kompleksinin qarşısında thumb|İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının təməlini qoyur thumb|Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 4 Yanvar — "Qarabağ Dirçəliş Fondu" publik hüquqi şəxs yaradıldı 5 Yanvar — 2021-ci il "Nizami Gəncəvi ili" elan olundu 6 Yanvar İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirildi "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxs yaradıldı 7 Yanvar Yerli icra hakimiyyəti orqanlarında "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi" yaradıldı Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev etimadnaməsini qurumun Baş direktoru Odri Azuleyə təqdim etdi 8 Yanvar "YAŞAT" Fondunun yashat.gov.az internet saytı istifadəyə verildi və 8110 SMS vasitəsilə ianə etmək imkanı yaradıldı Həsən Həsənov Polşa səfiri vəzifəsindən geri çağırıldı Nərgiz Qurbanova Bolqarıstan səfiri vəzifəsindən geri çağırıldı və Poşla səfiri təyin edildi 11 Yanvar İlham Əliyev Rusiyaya səfər etdi İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında görüş oldu (Moskva, Rusiya) İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş oldu (Moskva, Rusiya) Moskva bəyanatı imzalandı Yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları tədavülə buraxıldı ICESCO Baş direktoru Salim bin Məhəmməd Əl-Malik Azərbaycana səfər etdi Naxçıvan MR-nin Darıdağ və Sirab ərazisindən dünya elmi üçün yeni arı növü - Hoplisoides flavescens (Sarımtıl hoplisoides) aşkarlandı 12 Yanvar "Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradıldı Baş Prokuror Kamran Əliyev Rusiyaya səfər etdi 13 Yanvar İlham Əliyev və ICESCO Baş direktoru Salim bin Məhəmməd Əl-Malik arasında görüş oldu (Bakı) Ceyhun Bayramov Pakistana səfər etdi Azərbaycan-Türkiyə-Pakistan xarici işlər nazirlərinin II üçtərəfli görüşü keçirildi (İslamabad, Pakistan) İslamabad Bəyannaməsi imzalandı 14 Yanvar İlham Əliyev və Mehriban Əliyeva Şuşa rayonuna səfər etdilər: Birinci Qarabağ müharibəsi zamanı Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün gülləbaran edilən büstləri Şuşa şəhərinə qaytarıldı və açılışı oldu Şuşa şəhərində Dövlət bayrağı ucaldıldı. Cıdır düzü, Molla Pənah Vaqifin dağıdılmış muzey-məqbərə kompleksi, Şuşa Realnı Məktəbinin dağıdılmış binası və Qazançı kilsəsinə baxış keçirildi. Saatlı, Yuxarı Gövhərağa və Aşağı Gövhərağa məscidləri ziyarət edildi İlham Əliyev və Mehriban Əliyeva Xocavənd rayonuna səfər etdilər: Böyük Tağlar kəndinə baxış keçirildi İlham Əliyev və Mehriban Əliyeva Füzuli rayonuna səfər etdilər: Füzuli Beynəlxalq Hava Limanı və yeni Füzuli-Şuşa avtomobil yolunun təməli qoyuldu Ceyhun Bayramov və Pakistan Prezidenti Arif Alvi arasında görüş oldu (İslamabad, Pakistan) 15 — 17 Yanvar — 2021 Fransa Anri Deqlan Qran Prisi (Nitsa, Fransa) Medal sayı: 12 Qızıl - 0 Gümüş - 6 Bürünc - 6 Yer: 10 15 Yanvar — "Minatəmizləmə Agentliyi" publik hüquqi şəxs yaradıldı 18 Yanvar İlham Əliyev Sumqayıt şəhərinə səfər etdi: Sumqayıt Kimya Sənaye Parkında "Azərsulfat" MMC-nin sulfat turşusu istehsalı və "Glassia" QSC-nin şüşə tara istehsalı zavdlarının təməli qoyuldu Sumqayıt Kimya Sənaye Parkında "Azerfloat" QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı oldu TDƏŞ Baş katibi Bağdad Amreyev Azərbaycana səfər etdi TÜRKSOY Baş katibi Düsen Kaseyinov Azərbaycana səfər etdi 19 Yanvar — İlham Əliyev və TDƏŞ Baş katibi Bağdad Amreyev arasında videoformatda görüş oldu 21 Yanvar Ceyhun Bayramov Türkmənistana səfər etdi Ceyhun Bayramov və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında görüş oldu Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının birgə işlənməsinə dair Memorandum imzalandı Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videoformatda görüş oldu "Naxçıvan MR Media İnkişaf Agentliyi" publik hüquqi şəxs yaradıldı 22 Yanvar — "İqtisadi Zonaların İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradıldı 24 Yanvar — İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər etdi 25 Yanvar — İlham Əliyev və İran xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında görüş oldu (Bakı) 27 Yanvar — Aydın Kərimov İlham Əliyevin Şuşa rayonuna xüsusi nümayəndəsi təyin edildi 27 — 31 Yanvar — "Global Game Jam 2021" 30 Yanvar Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başladı (Ağdam) "Dövlət Nəzarəti İnformasiya Sistemi" yaradıldı İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Naxçıvan MR-ə səfər etdi

Fevral thumb|220x220px|"Güləbird" SES 1 Fevral Azərbaycan-Türkiyə Birgə Media Platforması yaradıldı İlham Əliyev və Mehriban Əliyeva Abşeron rayonuna səfər etdilər: Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının və yenidən qurulan 220/110/10 kV-luq və yeni tikilən 110/35/10 kV-luq “Xırdalan” yarımstansiyalarının açılışı oldu İlham Əliyev Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak etdi 1 — 12 Fevral — “Qış təlimi-2021” (Qars, Türkiyə) 2 — 5 Fevral — "Tətbiqi Elm Həftəsi" (Lütfi Zadənin 100 illik yubileyinə həsr olunub) 3 Fevral Ərəbqədim-Göydərə avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verildi (Qobustan) ABŞ Etnik Anlaşma Fondu Prezidenti Mark Şnayer Azərbaycana səfər etdi. İlham Əliyev və Mark Şnayer arasında videoformatda görüş oldu 4 Fevral — Bakı şəhərində Lütfi Zadə Texnologiya Mərkəzinin açılışı oldu 5 Fevral Çinli heykəltaraş-rəssam Yüen Sikun Çinin paytaxtı Pekin şəhərində yerləşən Çaoyan parkında qoyulmuş Nizami Gəncəvi büstünü hazırladığına görə "Dostluq" ordeni ilə təltif edildi (Nizami Gəncəvi büstü 2012-ci ildə qoyulub) 8 Fevral Böyük Britaniya Avropa Qonşuluğu üzrə Dövlət naziri Vendi Morton Azərbaycana səfər etdi İlham Əliyev Baş Prokurorluğun Binəqədi rayonunda yerləşən yeni inzibati bina kompleksinin açılışında iştirak etdi 9 Fevral — İlham Əliyev və Böyük Britaniya Avropa Qonşuluğu üzrə Dövlət naziri Vendi Morton arasında görüş oldu (Bakı) 11 Fevral — Cənub Qaz Dəhlizi (CQD) Məsləhət Şurası çərçivəsində nazirlərin videoformatda VII iclası keçirildi 14 Fevral İlham Əliyev və Mehriban Əliyeva Füzuli rayonuna səfər etdilər: Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyuldu İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər etdilər İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonuna səfər etdilər İlham Əliyev və Mehriban Əliyeva Laçın rayonuna səfər etdilər: Güləbird kəndində Dövlət bayrağı ucaldıldı 8 MVt-lik "Güləbird" SES-in açılışı oldu. Bu, işğaldan azad edilən ərazilərdə İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir Vətəndaş Həmrəyliyi Partiyası (VHP) videoformatda VIII Qurultayı keçirildi 15 Fevral — Baş Prokuror Kamran Əliyev Türkiyəyə səfər etdi 16 Fevral İlham Əliyev ölkəmizə yeni təyin olunmuş İndoneziya və Belarus səfirlərinin etimadnamələrini qəbul etdi: İndoneziya səfiri - Hildi Hamid Belarus səfiri - Andrey Ravkov Bazardüzü zirvəsinin şərqindəki adsız yüksəkliyə (4301 m) "Zəfər zirvəsi" adı verildi 17 Fevral Baş Prokuror Kamran Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş oldu (Ankara, Türkiyə) Əli Əsədov Türkiyəyə səfər etdi 18 Fevral Əli Əsədov və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş oldu (Ankara, Türkiyə) Türkiyə-Azərbaycan Biznes Forumu keçirildi (Ankara, Türkiyə) 19 — 21 Fevral — Gender Bərabərliyi Hakatonu (Bakı) 19 Fevral — I Türk Dünyası Meteorologiya Forumu keçirildi (Ankara, Türkiyə) 20 Fevral — Gəncə şəhərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin açılışı oldu 21 Fevral — Mədət Quliyev BƏƏ-yə səfər etdi 22 Fevral — Emin Əmrullayev Türkiyəyə səfər etdi 23 Fevral Ceyhun Bayramov Türkiyəyə səfər etdi. Ceyhun Bayramov və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş oldu (Ankara, Türkiyə) Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirlərinin V üçtərəfli görüşü keçirildi (Ankara, Türkiyə) Ağdam rayonunun Əhmədağalı kədində insan qalıqları aşkarlandı 24 Fevral — TDƏŞ dövlətləri energetika nazirlərinin videoformatda görüşü keçirildi 25 Fevral İlham Əliyev Xəzər rayonunda Şağan Reabilitasiya Pansionatının əsaslı təmirdən sonra açılışında iştirak etdi İlham Əliyev və "Signify" şirkətinin Baş icraçı direktoru Erik Rondolat arasında videoformat görüş oldu

Mart thumb|İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində Dövlət bayrağını ucaldır 1 Mart