Şimali və Şərqi Suriya Muxtar İdarəsi (AANES) və ya Rojava — Suriyanın şimal-şərqində de-fakto muxtar vilayət. Əfrin, Cəzirə, Fərat, Rəqqə, Təbqa, Mənbic və Deyr əz-Zövr ərazilərində özünüidarə edən bölgələrdən ibarətdir. Region 2012-ci ildə davam edən Rojava münaqişəsi və daha geniş Suriyada vətəndaş müharibəsi kontekstində de-fakto muxtariyyət qazanmışdır. Rəsmi hərbi qüvvəsi olan Suriya Demokratik Qüvvələri (SDQ) bu münaqişələrdə iştirak edir.

Xarici əlaqələr quran Rojava Suriya hökuməti, ümumiyyətlə hər hansı bir dövlət və ya təşkilat tərəfindən rəsmi səviyyədə muxtar olaraq tanınmır. AANES digər partiyalar və təşkilatlarla dialoqlarda universal demokratik, davamlı, muxtar plüralist, bərabər və feminist siyasətlərinə görə geniş şəkildə dəstəklənir. Suriyanın şimal-şərqi polietnikdir. Burada böyük etnik kürd, ərəb və aysor əhalisi, o cümlədən nisbətən daha kiçik türkman, erməni, adıq və yezidi icmaları yaşayır.

Region idarəsinin tərəfdarları onun rəsmi olaraq sekulyar bir muxtariyyət olduğunu bildirirlər. Onlara görə, Rojava mərkəzsizliyi, gender bərabərliyini, ekologiyanın qorunmasını, sosial ekologiyanı və dini, mədəni və siyasi müxtəlifliyə qarşı plüralist tolerantlığı təbliğ edən anarxist, feminist və libertarian sosialist ideologiyaya əsaslanan birbaşa demokratik ambisiyalara malikdir. Həmçinin, onlara görə, bu dəyərlər muxtar regionun konstitusiyasında, cəmiyyətində və siyasətində əks olunur. Bəzi müşahidəçilər Rojavanın müstəqilliyin yox, bütövlükdə federallaşmış bir Suriya üçün bir model olacağını bildirmişdir. Region idarəsi avtoritarizm, Suriya hökumətinə dəstək və kürdləşdirmə siyasəti səbəbiylə müxtəlif partizan və qeyri-partizan mənbələr tərəfindən tənqid edilmiş, köçürmə siyasi ittihamları ilə üzləşmişdir. Buna baxmayaraq, AANES Suriyanın ən demokratik sisteminə çevrilmişdir. Regionda birbaşa açıq seçkilər, ümumbəşəri bərabərlik, insan hüquqlarına hörmət, eyni zamanda Suriya daxilində azlıqların və dini hüquqların müdafiəsi müşahidə olunmuşdur.https://www.academia.edu/download/49608848/Knapp___Jongerden_Rojava.pdfhttps://www.academia.edu/download/51025204/The_Experiment_of_the_Rojava_System_in_Grassroots_Participatory.pdf

Regionda yeni bir sosial ədalət anlayışı tətbiq edilmişdir. Bu yanaşma cəzalandırma əvəzinə reabilitasiya və sosial qayğıya diqqət yetirir. Ölüm hökmü ləğv edilmişdir. Həbsxanalarda əsasən İŞİD və digər ekstremist qruplarla əlaqəli terror fəaliyyətində ittiham olunan şəxslər saxlanılır. Bu həbsxanalar region iqtisadiyyatına böyük bir yükdür. Muxtar region siyasi ambisiyalarını demokratik konfederalizmin demokratik Libertarianizm libertarian sosialist ideologiyasına əsaslanan bir koalisiya tərəfindən idarə olunur. Bəzi mənbələrə görə, region azlıqlar, mədəni və dini nümayəndəliklərdə yerli məclislər sistemi vasitəsi ilə kooperativ və bazar müəssisələrini birləşdirən bir iqtisadiyyat modelinə sahibdir. AANES bütün Suriyada ən yüksək orta maaş və həyat səviyyəsinə sahibdir. Maaşlar rejimin nəzarətində olan ərazilərdəkindən iki dəfə çoxdur. Suriya funtunun çöküşündən sonra AANES inflyasiyaya nəzarət etmək üçün maaşları iki qat artırmışdır. Regionda səhiyyə xidməti təqdim edən müstəqil təşkilatlar arasında Kürd Qızıl Aypara Cəmiyyəti, Suriya Amerika Tibb Cəmiyyəti, Azad Birma Mühafizəçiləri və Sərhədsiz Həkimlər var.

2016-cı ildən bəri Türkiyə və Türkiyənin dəstəklədiyi Suriya üsyançı qüvvələri SDQ-ya qarşı bir sıra hərbi əməliyyatlar aparmaqla Rojavanın bir hissəsində nəzarəti qurmuşdur. AANES və SDF muxtar idarəetmənin bütün bölgələrini hər hansı bir təcavüzkarlıqdan müdafiə edəcəyini bildirmişdir.

Adlandırma thumb|TEV-DEM təşkilatının üçrəngli bayrağı. 2012-ci ildə qəbul edilən bayraq Suriyadakı kürdlər tərəfindən istifadə olunur.

Suriyanın şimalındakı ərazilər kürdlər arasında Qərbi Kürdüstan () və ya sadəcə Rojava (mənası – Qərb) olaraq bilinir.: "On 19 July the PYD formally announced that it had written a constitution for an autonomous Syrian Kurdish region to be known as West Kurdistan." Bura Kürdüstan regionunun dörd hissəsindən biri hesab olunur.Kurdish Awakening: Nation Building in a Fragmented Homeland, (2014), by Ofra Bengio, University of Texas Press, p. 2 "Rojava" adı beləliklə idarənin kürd kimliyi ilə əlaqələndirilmişdir. Regionun hüdudları genişləndikcə və tədcirən kürd olmayan qrupların, əsasən də ərəblərin üstünlük təşkil etdiyi əraziləri əhatə etdiyi üçün "Rojava" adı rəhbərlik tərəfindən daha az istifadə edilməyə başlamışdır. Buna səbəb muxtar administrasiyanın xaricdən görünüşünü müəyyən bir millət ilə eyniləşdirilməməsinə gətirib çıxarmaq və digər etnik qruplar üçün daha məqbul hala gətirmək ümidi idi. Buna baxmayaraq, region yerli və beynəlxalq müşahidəçilər tərəfindən "Rojava" adlandırılmağa davam etmişdir. Jurnalist Mətin Gürcana görə, "Rojava anlayışı dünya miqyasında tanınan bir markaya çevrilmişdir".

Suriyanın şimal-şərqində yerləşən Cəzirə vilayəti ətrafındakı əraziyə aysorlar Qozarto () deyirlər. Bura tarixi Assuriya yurdunun bir hissəsidir. Bu regiona Federal Şimali Suriya və Şimali Suriyanın Demokratik Konfederalist Muxtar Əraziləri adıda verilmişdir.

Afrin, Ayn əl-Ərəb (Kobani) və Həsəkə bölgələrində kürdlərin üstünlük təşkil etdiyi ərazilər üçün yerli hökumətin ilk adı 2013-cü ildə qəbul edilmiş "Müvəqqəti Keçid İdarəsi" idi. 2014-cü ildə üç muxtar kantonun elan edilməsindən sonra PYD tərəfindən idarə olunan ərazilərə "Muxtar Regionlar" və ya "Demokratik Muxtar İdarə" ləqəbi verilmişdir. 17 mart 2016-cı ildə Suriyanın şimalındakı idarə Rojava Demokratik Federasiyası – Şimali Suriya (; ; ) adında federal bir hökumət sisteminin qurulduğunu elan etmişdir.

Muxtar regionun 2016-cı ilin dekabr ayında yenilənmiş konstitusiyası Şimali Suriyanın Demokratik Federasiyası (; , ) adından istifadə edir.

6 sentyabr 2018-ci ildə Suriya Demokratik Şurası region üçün yeni bir ad qəbul etmişdir. Onlar regionu Şimali və Şərqi Suriya Muxtar İdarəsi (; ; ; ) adlandırmışdır. Region Fərat, Əfrin və Cəzirə bölgələrini, eləcə də Rəqqə, Mənbic, Təbqa və Deyr əz-Zövr bölgələrindəki yerli mülki məclisləri əhatə edir.

Əhalisi Regionun əhalisi tarixən çox müxtəlif idi. Son əsrlərdə hansı qrupların çoxluq və ya azlıq təşkil etməsini qərarlaşdıran bir neçə böyük dəyişiklik olmuşdur. Əl-Həsəkə mühafəzəsi tarixən köçəri və oturaq ərəblərin ərazisi idi. Regiondakı kürd əhalisinin əksəriyyəti ora XX əsrdə Anadoludan köçmüşdür. 1915-ci ildə başlayan etnik qarşıdurmalar səbəbiylə XX əsrin əvvəllərində burada əhəmiyyətli bir demoqrafik dəyişiklik gerçəkləşmişdir. Bu dövrdə bir çox aysor və erməni Anadoludan Suriyaya qaçmışdır. 1920-ci illərdə Türkiyədəki uğursuz kürd üsyanlarından sonra Suriyanın şimal-şərqinə böyük bir kürd axını olmuşdur. Fransa mandat səlahiyyətlərinin rəhbərliyi 25 min kürdün bu vaxt Suriyaya qaçdığı təxmin edilir. Fransızlar onların mühacirətlərini təşviq etmiş və onlara Suriya vətəndaşlığı vermişdir.

Suriyada Fransa mandatı dövründə regiona yeni gələn kürdlərə mandat səlahiyyətliləri tərəfindən vətəndaşlıq və xeyli hüquqlar verilmişdir. Səlahiyyətlilər parçala və idarə et strategiyasının bir hissəsi olaraq azlıqların muxtariyyətini təşviq etmiş və kürdləri, o cümlədən nüseyri və druz kimi digər azlıq qruplarını davamlı şəkildə yerli silahlı qüvvələrə cəlb etmişdir. Türkiyədən gələn kürd köçünün son əhəmiyyətli dalğası 1945–1961-ci illərə təsadüf edir. Bu, 1954–1961-ci illərdə Əl-Həsəkə mühafəzəsinin əhalisinin 240 mindən 305 minə qədər artmasına güclü töhfə vermişdir.David McDowall. A modern history of the Kurds . London: I.B. Tauris, 2007, p. 473. ISBN 9781850434160 Türkiyədən kürd mühacirətinin gətirdiyi demoqrafik dəyişikliklərə əlavə olaraq, Suriya hökuməti ərəbləşdirmə siyasətini başlatmışdır. Beləliklə, Rəqqə və Hələbdəki daşqınlardan əziyyət çəkən 4 min ərəb ailəsi Əl-Həsəkə mühafizəsində yeni salınan kəndlərə yerləşdirilmişdir.

Müasir dövrdə başqa bir dəyişiklik BƏƏS hakimiyyəti dövründə gerçəkləşmişdir. Bu zaman hökumət yerli kürdləri evlərindən didərgin etmiş, Suriyanın şimalına əlavə ərəb əhalisi köçürmüşdür. Ən son olaraq, Suriyada vətəndaş müharibəsi zamanı bir çox qaçqın ölkənin şimalına qaçmışdır. İraqdan olan bəzi etnik ərəblər də Suriyanın şimalına qaçmışdır. Bununla birlikdə, 2018-ci ilin yanvar ayına olan məlumata görə, region idarəsi altında olan ərazidə yalnız iki milyon insanın yaşadığı təxmin edilir. Bəzi mənbələr vətəndaş müharibəsi başlayandan bu günə qədər regionun müharibə dövründə üzləşdiyi iqtisadi çətinliklər səbəbiylə təxminən yarım milyon insanın mühacirət etdiyini qeyd edir. Vətəndaş müharibəsi nəticəsində Suriyanın şimalının etnik tərkibinə dair təxminlər çox müxtəlifdir. Bəzi mənbələr kürdlərin, bəziləri isə ərəblərin əksəriyyəti təşkil etdiyini iddia edir. "Əl-Cəzirə" 2019-cu ilin oktyabr ayında Suriyanın şimal və şimal-şərqində yaşayan 4,5 milyon nəfərlik əhalinin yalnız 10 faizinin kürd olduğunu bildirmişdi.

Etnik qruplar thumb|Milad bayramı zamanı Qamışlı küçələri.

Şimali Suriyada iki böyük etnik qrup var:

Kürdlər Suriyanın şimal-şərqində və şimal-qərbində yaşayırlar.Killing of Iraq Kurds 'genocide' , BBC, "The Dutch court said it considered "legally and convincingly proven that the Kurdish population meets requirement under Genocide Conventions as an ethnic group"." Mədəni və dil baxımından İrandilli xalqlardan biri olaraq təsnif edilirlər. Kürdlər 2010-cu ildə həm Cəzirə, həm də Fərat vilayətlərinin əhalisinin 55%-ni təşkil edirdi. Ərəblər Suriyanın şimalında yaşayırlar. Əsasən ana dillərinin ərəbcə olması ilə təyin olunurlar. Onlar Ərəbistan yarımadasından gələn bədəvi tayfalarını və ərəbləşdirilmiş yerli xalqları əhatə edir.

Şimali Suriyanın müəyyən bölgələrində iki etnik qrup əhəmiyyətli azlığı təşkil edir: Aysorlar əsasən muxtar regionun Cəzirə bölgəsində yaşayırlar.Mordechai Nisan, Minorities in the Middle East: A History of Struggle and Self-Expression, p. 180Steven L. Danver, Native Peoples of the World: An Encyclopedia of Groups, Cultures and Contemporary Issues, p. 517Richard T. Schaefer, Encyclopedia of Race, Ethnicity, and Society, p. 107 Onlar xüsusilə Qamışlı, Əl-Həsəkə, Rəsulayn, Əl-Məlikiyyə və Əl-Qəhtaniyyə kimi şəhər yerlərində, habelə Təll-Təmr bölgəsindəki kəndlərdə yaşayırlar. Ənənəvi olaraq sami dillərindən şimal-qərbi yeni arami dilində danışırlar. Türkmanlar Əfrin ilə Fərat bölgələri arasında yaşayırlar. Əzazdən Cərablusa qədər olan ərazilərdə regional çoxluq təşkil edirlər. Afrin və Fərat bölgələrində də yaşayırlar.The British Survey, By British Society for International Understanding, 1968, p. 3Farzad Sharifian, René Dirven, Ning Yu, Susanne Niemeier, Culture, Body, and Language: Conceptualizations of Internal Body Organs across Cultures and Languages, p. 268

Suriyanın şimalında daha az sayda ermənilər,Aztag Daily, 10 February 2000, article edited by Mania Ghazarian and Ashod Sdepanian Rəsulayn şəhərində isə çeçenlər də var.

Dillər thumb|Rəqqə şəhər mərkəzi. 2009-cu il.

Muxtar region ərazisindəki fərqli dillərə status verir. İdarənin "sosial müqaviləsi"ndə deyilir ki, "Şimali Suriyadakı bütün dillər sosial, təhsil, mədəni və inzibati işlər də daxil olmaqla, həyatın bütün sahələrində bərabərdir. Hər bir xalq öz həyatını və işlərini ana dilindən istifadə edərək təşkil edə bilməlidir". Təcrübədə ərəb və kurmanci dilləri əsasən bütün sahələrdə və əksər rəsmi sənədlərdə istifadə olunur. Süryani dili əsasən Cəzirə bölgəsində, türk və adıq dilləri isə Mənbic bölgəsində istifadə olunur.

Şimali Suriyada danışılan dörd əsas dil aşağıdakılardır:

Kürd dilinin şimal ləhcəsi Hind-Avropa dil ailəsindən olan şimal-qərb İran dilidir. Ərəb dilinin şimali Mesopotamiya ləhcəsin sami dilidir. Əsasən turoyo və asoru variasiyalarındakı şərqi arami dilləri sami dilləridir. Suriya türkman ləhcəsində türk dili türk dilləri ailəsindəndir.

Bu dörd dil üçün Şimali Suriyada üç fərqli qrafikadan istifadə olunur: Kürd, türk və turoyo dilləri üçün latın qrafikası. Ərəb dili üçün üçün ərəb qrafikası (əbcəd).