Migel Adedayo Aziz (22 sentyabr 2002, İngiltərə) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Arsenal" klubundan icarə əsasında "Portsmut" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu.
Klub karyerası Aziz futbolçu karyerasına 5 yaşı olarkən "Arsenal" akademiyasında başlamışdır. 24 sentyabr 2019-cu ildə Aziz klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. O, peşəkar karyerasında debütünü 10 dekabr 2020-ci ildə İrlandiya təmsilçisi olan "Dandolk" klubuna qarşı Avropa Liqası görüşündə etmişdir. O, 83-cü dəqiqədə Co Villokun əvəzinə meydana daxil olmuş və komandası rəqibinə 4-2 hesabı ilə qalib gəlmişdir.
30 avqust 2021-ci ildə Aziz Birinci Liqa təmsilçilərindən olan "Portsmut" klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. O, klub ilə debütünü 18 sentyabr 2021-ci ildə "Kembric Yunayted" klubuna qarşı liqa görüşündə etmişdir. Həmin görüşdə komandası rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur.
Milli karyerası Aziz İngiltərədə anadan olmuşdur. Atası Nigeriya, anası isə İspaniya vətəndaşıdır. Aziz İngiltərə millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir.
Şəxsi həyatı Azizin böyük qardaşı Femi Aziz "Ridinq" klubunda çıxış edən peşəkar futbolçudur.
Karyera statistikası
+ Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaFA KubokuLiqa KubokuDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolArsenal2020–21Premyer Liqa0000001010Portsmut (icarə)2021–22Birinci Liqa1000000010Ümumi karyera1000001020
İstinadlar
Kateqoriya:İngiltərə futbolçuları Kateqoriya:Arsenal FK futbolçuları Kateqoriya:Portsmut FK futbolçuları Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:Morkam FK futbolçuları Kateqoriya:Uiqan Atletik FK futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:İngiltərə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular