Vitautas Mikolasoviç Montvila (; ) — Litva sovet şairi.

Həyatı Vitautas Montvila 4 mart 1902-ci ildə ABŞ-nin Çikaqo şəhərində anadan olmuşdur. O, 1906-cı ildə ailəsi ilə birlikdə ABŞ-dən Litvaya qayıtmışdır. Montvila burada muzdurluq etmişdir. O, müharibə əleyhinə hərəkatda iştirakına görə 1924-cü ildə həbs olunmuşdur. Montvilanın 1925-ci ildə buraxılan ilk şeir kitabı qadağan edilmişdi. Burjua quruluşuna qarşı mübarizə "Sərgərdan gecələr" (1933) kitabındakı şeirlərin əsas mövzusudur. "Geniş torpaqlarda" (1940) şeir kitabı, "Sovet Litvasına çələng" şeir silsiləsi (1941; "Leninə", "Lenin haqqında dayna" və s. şairlər) var. 19 iyul 1941-ci ildə Kaunas şəhərində Vermaxt qoşunları tərəfindən güllələnmişdir.

Əsərlər Raštai, t. 1—2. Vilnius. 1956. Į saulės taką. Vilnius, 1963. Laisva daina. Vilnius, 1964.

İstinadlar

Əlavə ədəbiyyat История литовской литературы. Вильнюс: Vaga, 1977. С. 501—505.

Xarici keçidlər Montvila, Vytautas

Kateqoriya:Litva şairləri