Əmin Cəmayel (; ) — Livan dövlət xadimi.

Həyatı Əmin Cəmayel 22 yanvar 1942-ci ildə Bikfəyya qəsəbəsində anadan olmuşdur. O, 1970-ci ildə millət vəkili seçilmişdir. Qardaşı Bəşir Cəmayelin 1982-ci ilin sentyabrında öldürülməsindən sonra ölkə prezidenti olmuşdur. Milliyətçi olan Cəmayel ölkəsinin dinamik güvvələrinin birləşməsi və xarici qüvvələrin ölkədən sıxışdırılması üçün çalışırdı. Beynəlxalq aləmdən dəstək gözləyən Cəmayel İsrail Silahlı Qüvvələrinin Livandan geri çəkilməsi üçün 1982-ci ilin dekabrında İsrail hökuməti ilə görüşlər keçirmişdi. O, İsveçrədə "Beynəlxalq sülh konfransının" keçirilməsinin və Livanda sülhün bərqərar olmasının təşəbbüskarı olmuşdur. Cəmayel Suriya və onun Livandakı müttəfiqləri ilə kompromisə nail olmağa çalışmışdır. O, 1988-ci ildə prezidentlik müddəti bitdikdən sonra istefa vermişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Livan prezidentləri Kateqoriya:Livan prezidentliyinə namizədlər Kateqoriya:XX əsr hüquqşünasları Kateqoriya:XXI əsr hüquqşünasları Kateqoriya:Harvard Universitetinin müəllimləri Kateqoriya:Livanda vətəndaş müharibəsi iştirakçıları Kateqoriya:Kataib partiyası siyasətçiləri Kateqoriya:Livan antikommunistləri Kateqoriya:Livan Parlamentinin üzvləri