Tumsoy-Lam (çeç. Tumsoyn lam) — Çeçenistan Respublikasının İtum-Kali və Şatoy rayonlarının sərhəddində Arqun vadisində yerləşən dağ zirvəsi.
Haqqında Böyük Qafqaz dağlarının şərq hissəsində Martan və Arqun çaylarının arasında yerləşən bu Tumsoy-Lam dəniz səviyyəsindən 2072 metr, digər məlumatlara görə 2074 metr yüksəklikdə yerləşir. Adının mənası Tumsoylular dağı kimi tərcümə olunur. Əsas vadinin əks tərəfində, yaylada və azmeylli yamaclarda şimala doğru Tumsoy-lam silsiləsindən şərqə doğru - Martan çayının mənbəyindən Arqun çayına qədər yerləşir. Silsilənin uzunluğu 11 km-dir. Şimal-şərqə doğru Borzoy, Tumsoy kəndləri, cənubda isə Enista, Xurika və Basxa kəndləri üzərində ucalır.
Bu dağ "İmperator Rusiya Coğrafiya Cəmiyyəti"nin Qafqaz bölməsindəИзвестия Кавказского отдела Императорского Русского географического общества. Том 17. 1904 год. С. 68 xatırlanır:
Tarixi 3 avqust 1873-cü ildə Tumsoy-Lam dağından rus naturalist, statistik və etnoqraf N.K.Zeydlits yol salmışdır. Pagirevin göstəricisində Tumsoy aulu və Tumsoy-Lam dağının adı qeyd olunub.
Tumsoy-Lam dağının yamacında yaşayış qülləsi var. Tumsohy-axk çayının dik sahilində yüksəlir. Tumsoy qülləsinin təxminən 5 metr hündürlüyü var. Taypu Tumsoya aiddir. XVI əsrdə tikilmişdir.
Vatan-Kortda - Tumsoy-Lama dağının şərq qolunda Vatan-Kort məzarlığı var. Tumsoy kəndindən cənuba doğru (1,5 km yüksəklikdə) Arqun çayına doğru uçurumun kənarında daş qutulardan ibarət məzarlıq var. 1964-cü ildə bir daş qutu tarixçi V.B.Vinoqradov və M.X.Oşayev tərəfindən açıldı. Adət və inventar üzrə məzarlığın Borzoya (Bu adda kənd var) aid olduğu müəyyən edildi və XIII-XIV əsrlərə aid olan bu məzar, həm də həmin tayfaya, Borzoya aiddir.
Məzarın yaxınlığında, onun ərazisində "Vatan-Kort məskəni" məntəqəsinin qalıqları var.
Bu qalıqlar 1964-cü ildə V.B.Vinoqradov və M.X.Oşayev tərəfindən tədqiq olunub.
2019-cu ildə Çeçenistanda "Tumsoy-Lam 2019" adlı Festival keçirilmişdir.В Аргунском ущелье Чеченской республики прошла дискуссионная площадка. Гучигов Сайпуддин (4 июля 2019).
Həmçinin bax
Baloy-Lam Ataykort Tebulosmta Amir-Kort Aşenete
İstinadlar Kateqoriya:Dağ zirvəsi – ikiminliklər