Müqəddəs Məryəm Ana Bulun Kilsəsi (, ) — Qəbələ rayonunun Nic qəsəbəsində, kəndin yuxarı () məhəlləsində yerləşən tarixi abidə.
Xüsusiyyəti Qəsəbənin ən böyük və yeganə qübbəli dini abidəsi olan kərpicdən tikilmiş ziyarətgahın (xarici ölçüləri: 25.73 x 13.74 metr) qərb və cənub fasadlarına açılan iki girişi, səkkizbucaqlı günbəzi və ikimərtəbəli hörgüləri var.
Tarixi Cənub girişinin timpanumuna həkk olunmuş, 2020-ci ildəki bərpaya qədər mövcud olmuş bir yazıya görə, 1890-cı illərə aiddir və öncəki adı "Müqəddəs Bakirə Kilsəsi" () olmuşdur: "1890-cı ildə Nic kəndinin Yuxarı Müqəddəs Bakirə Kilsəsinin inşasına yerli xalqın ianələri ilə başlandı. 189…" ()
Din xadimləri Erməni Qriqorian kilsəsinin arxivlərinə əsasən, kilsədəki bəzi udi əsilli keşişlər siyahıya alınmışdır:
Xaçatur Ter-Hovhannes oğlu Martirosyants (d. 1794, Calut monastırında dini xidmətə qəbul edilməsi 1832, kilsədə xidmət illəri 1832–1857) və Hovhannes Martiros oğlu Şirvanyants (d. 1801, xidmətə qəbul edilməsi 1832) Avaq Ter-Xaçatur oğlu (1857–1860) Avetis Ter-Xaçatur oğlu (1861–1864) və Melkum Ter-Hovhannes oğlu Şirvanyants (1864-cü ilədək Avetis ilə birlikdə) Melkum Ter-Hovhannes oğlu Şirvanyants (1868) və Hovhannes Koliyants Zərrab kəndindən Astvatzatur Arzuman oğlu Simeonyants (1872) Qalust Stepanyan Palçyants (dini xidmətə qəbul edilməsi 1876, Ağbat monastırı, 1908-ci ilədək) Mkrtç Şirvanyants (1890-cı ildən Qalust ilə birlikdə, 1898-ci ildə oğlu Meliksedek ilə dəyişdirilməsi üçün iş qaldırıldı) Arşak Arzuman oğlu Palçyants (d. 1867, dini xidmətə qəbulu 1892, kilsədə xidmət illəri 1892–1899) Böyük Söyüdlü kəndindən Arşak Ter-Nerses oğlu Ter-Hovhannisyants 1915-ci ildə kilsədə xidmət üçün namizəd kimi irəli sürüldü.
Bərpası Kilsə 2020-ci ilin noyabrında Heydər Əliyev Fondu tərəfindən bərpa edilmişdir.
İstinadlar
Kateqoriya:Qəbələ rayonunun abidələri Kateqoriya:Qəbələnin görməli yerləri Kateqoriya:Udinlər Kateqoriya:Alban-Udi kilsəsi Kateqoriya:1890-cı ildə tamamlanmış kilsələr Kateqoriya:XIX əsrdə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycandakı erməni kilsələri Kateqoriya:1890-cı ildə yarananlar