Otar Vasilyeviç Taktakişvili (; ) — Sovet, gürcü bəstəkarı, dirijoru, müəllimi, ictimai xadimi. SSRİ xalq artisti (1974), Lenin mükafatı (1982), Stalin mükafatı (1951, 1952) və SSRİ Dövlət mükafatı (1967) laureatı. Həyatı 250px|thumb|right|Otar Taktakişvilinin anası Elizabet və xalası 1900-cü illərin əvvəlləri. Otar Taktakişvili 27 iyul 1924-cü ildə Tiflisdə Abxaz zadəganı Vasili Çaçibaya və gürcü şahzadəsi Yelizaveta Mixaylovna Taktakişvilinin ailəsində anadan olmuşdur. Otar gənc yaşlarından anasının soyadını daşımağa başlamışdır.Дворянские роды Российской империи.- Т.4.- Москва, 1998.- С.208

Taktakişvili ilk musiqi təhsilini Tbilisi Musiqi Məktəbində və peşə məktəbində almışdır. 1947-ci ildə Tbilisi Konservatoriyasını bitirmişdir. 1950-ci ildə elə burda aspiranturada təhsil almışdır (S.V.Barxudaryanın kompozisiya sinfi).

Otari 1947-ci ildən - xor ədəbiyyatı müəllimi və xor rəhbəri kimi əmək fəaliyyətinə başlamışdır. 1952-ci ildən - Konservatoriyada polifoniya və çalğı alətləri fənnindən dərs demişdir. Taktakişvili 1959-cu ildə dosent, 1966-cı ildə professor elmi dərəcəsini almışdır. O, 1962-1965-ci illərdə Tbilisi Konservatoriyasının rektoru kimi çalışmışdır.

Konservatoriyada üçüncü kursda təhsil alarkən 1945-ci ildə, Gürcüstan Bəstəkarlar İttifaqının Gürcüstan SSR Dövlət Himninin yaradılması müsabiqəsinə qatılmışdır. Nəticədə Otar Taktakişvili qalib olmuş və Gürcüstan Sovet Sosialist Respublikasının himninin müəllifi olmuşdur.

Otari təhsil aldığı müddətdə Radio Yayımı Komitəsinin konsertmeysteri və xorunun dirijoru (1944-1946) işləmişdir.

Otar Taktakişvil 1947-1952-ci illərdə konsertmeyster və dirijor, 1952-1956-cı illərdə Gürcüstan SSR Dövlət Xorunun bədii rəhbəri olmuşdur. 1952-ci ildən ölkənin aparıcı simfoniya və xor ansambllarında dirijor kimi çıxış etməyə başlamış, öz əsərlərini ifa edirdi.

O.Taktakişvili 1957-ci ildən - SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi olmuşdur. O, 1961-1962-ci illərdə - Gürcüstan Bəstəkarlar İttifaqının katibi də seçilmişdir.

1951-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının və Gürcüstan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü (1963 -cü ildən) seçilmişdir. Otar Taktakişvil məsul vəzifələrdə də çalışmışdır. Belə ki, o uzun müddət Gürcüstan SSR mədəniyyət naziri (1965-1984) olmuşdur. SSRİ Ali Sovetinin 4-5 (1954-1962) və 11 çağırış (1984-cü ildən) deputatı seçilmişdir. Gürcüstan SSR Ali Sovetinin 6-9 çağırış deputatı da olmuşdur. SSRİ Nazirlər Soveti yanında Elm və İncəsənətdə Lenin Mükafatları Komitəsinin üzvü (1963 -cü ildən) kimi də çalışmışdır.

Otar Taktakişvil UNESCO yanında Beynəlxalq Musiqi Şurası Rəyasət Heyətinin üzvü kimi də fəaliyyət göstərmişdir.

24 fevral 1989-cu ildə Moskvada vəfat etmişdir (digər mənbələrə görə - 21 və ya 22 fevralda Tiflisdə). O, Didube panteonunda dəfn olunub.

Yaradıcılığı Otar Taktakişvili ən böyük gürcü bəstəkarlarından biridir. 8 operanın, 2 simfoniyanın, 9 instrumental konsertin, çoxsaylı kamera, vokal, proqram, xor musiqisi, oratoriyaların, kantataların, habelə Gürcüstan SSR Dövlət Himninin musiqisinin müəllifidir. Mükafatları və təltifləri Gürcüstan SSR xalq artisti (1961)Театральная Энциклопедия. драма опера балет оперетта цирк эстрада драматург режиссёр SSRİ xalq artisti (1974) Üçüncü dərəcəli Stalin mükafatı (1951) - 1-ci simfoniyaya görə (1949) İkinci dərəcəli Stalin mükafatı (1952) - fortepiano və orkestr üçün konsertə görə (1950) SSRİ Dövlət Mükafatı (1967) - "Rustavelinin izi ilə" oratoriyasına görə (mətn İrakli Abaşidze) Lenin mükafatı (1982) - "Ayın qaçırılması" operasına (1977) və skripka və orkestr üçün konsertə görə Şota Rustaveli adına Gürcüstan SSR Dövlət Mükafatı (1984) İki Lenin ordeni (1966, 1984) "Oktyabr inqilabı" ordeni (1971) Qırmızı Əmək Bayrağı ordeni (1958) Müxtəlif medallar Albert Şveytser mükafatı (1986) Tbilisi şəhərinin fəxri vətəndaşı (1985). Xatirəsi Tbilisidə (keçmiş Riqa) bir küçə bəstəkarın adını daşıyır.

İstinadlar

Ədəbiyyat Finscher, Ludwig (ed.): :en:Die Musik in Geschichte und Gegenwart, 2nd ed. Stuttgart, Kassel 1994–2007 Hollfelder, Peter: Die Klaviermusik, Hamburg 1999 Laux, Karl: Die Musik in Rußland und der Sowjetunion, East-Berlin 1958 Xarici keçidlər Literature by and about Otar Taktakishvili in the German National Library catalogue Otar Taktakishvili (1924-1989) French National Library Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:SSRİ klassik musiqiçiləri Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:SSRİ dirijorları Kateqoriya:Tbilisinin fəxri vətəndaşları