"Hiroşima qeydləri"nin (1965) müəllifi Kenzaburo Oe.|thumb – Hiroşima və Naqasakinin atom bombardmanı haqqında yazıları əhatə edən yapon ədəbi janrı. Termin 1960-cı illərdə ortaya çıxmışdır. Postmüharibə dövrünün ilk illərində istifadə olunan termini isə atom bombası qurbanları haqqında yazıları əhatə edən yapon ədəbi janrıdır.

Tarixi Atom bombası ədəbiyyatının ilk ədəbi nümunələri əsasən avtobioqrafik xüsusiyyətlər daşıyırdı və gündəlik, jurnalist hesabatı, esse, tarixi sənəd kimi formaları özündə birləşdirirdi. Janrın ilk ədəbi nümayəndələri şəhərə daxil olduqdan sonra şahid olduqlarını oxuculara çatdırmaq istəyirdilər. 1953-cü ildə Yamaşiro Tomoe tərəfindən yazılmış "Atom bombasından sağ qurtulmaq: Atom bombası qurbanlarının memuarları" əsəri 23 qurbanın hekayəsini birləşdirirdi. Oxşar tərzdə tərtib olunmuş "Naqasaki şahidliyi" əsəri isə 1969–1978-ci illərdə nəşr olunmuşdur. Birinci şəxsin təkindən nəql olunan esse və hekayələr isə əvvəl yazıçı olmayan hibakuşalar tərəfindən yazılırdı. Kyoko Hayaşi, Tamiki Hara, Yoko Ota və Sadako Kurihara kimi hibakuşaların əsərləri ilk belə əsərlərə nümunədir.

Hibakuşa şairləri isə hayku, çoka, vaka formalarının kiçik strukturlarından istifadə edərək atom bombası poeziyasına töhfələr vermişdilər. Ənənəvi şairlər onların bu üslubunu qınamışdırlar. Atom bombası poeziyasında metafor və poetik simvollardan çox, atom bombası hücumları və qurbanlarına əhəmiyyət verilir. Yaponiyada bir çox hibakuşa şeir kolleksiyası nəşr olunsa da, çox az qismi xarici dillərə tərcümə olunmuşdur.

1960-cı illərdən etibarən hibakuşa olmayan, lakin bu janrda yazan yazıçıların sayı çoxalmağa başlamışdır. Bu dövrün atom bombası ədəbiyyatında nüvə müharibəsi təhlükəsi mövzusu da ön plana çıxmışdır. 1965-ci ildə Kenzaburo Oenin "Hiroşima qeydləri" adlı esse kolleksiyası "Sekai" jurnalında nəşr olunmuşdur. 1966-cı ildə İbuse Masucinin "Qara yağış" romanı çapdan çıxmışdır. 1981-ci ildə nəşr olunan Oda Makotonun "Hiroşima" romanı isə Yaponiyanın qurban təfəkkürünü asanlıqla qəbul etməsini sorğulamış və müzakirə mövzusuna çevrilmişdir.

Keyci Nakazava tərəfindən yazılan və 1973–87-ci illərdə nəşr olunan "Barefoot Gen" bu janrda olan ən məşhur manqa seriyası hesab olunur.

Əsərlər

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya ədəbiyyatı Kateqoriya:Hiroşima və Naqasakiyə atom bombasının atılması Kateqoriya:Ədəbi janrlar