Sərdrud döyüşü — 21 aprel 1408-ci ildə Qara Yusifin rəhbərliyi altındakı Qaraqoyunlu ordusu ilə Sultan Miranşahın rəhbərliyi altındakı Teymuri ordusu arasında baş verən qanlı vuruşma. Qaraqoyunlular qələbə qazanaraq Teymuriləri Şərqi Anadolu, Azərbaycan və Qərbi İrandan qovdu. Bu qələbə ilə Teymurilər dövləti qərbə heç bir təsir edə bilmədi və Fətrət dövrünə girən Osmanlılar və Məmlük dövləti yenidən güclənməyə başladı.Timurlu Devleti'nin askeri teşkilatı s.5Feridun Emecen, İlk Osmanlı ve batı beylikleri s.49İsmail Aka, Şahruh'un Karakoyunlular üzerine seferleri s.20Enver Konukçu, Kara ve Akkoyunlular'ın yurdunda, İstanbul 1993, s.7
Döyüşdən öncə 1406-cı ildə Naxçıvan döyüşündəki məğlubiyyətinin intiqamını almaq üçün hazırlanan Əbu Bəkrin ordusu, Cevani Qurbani, Əmir Tahir, Əmir Novruz, Əbdürrəhman kimi əmirlərin 5 minlik ordusunun qatılması ilə daha da gücləndi. Əbu Bəkr Qara Yusiflə vuruşmaq üçün möhkəm hazırlıq görürdü. Bu səfər üçün Azərbaycan və ətrafındaki əmirlərin ona kömək etməsini istəyirdi. 230px|thumb|Sultan Miranşah və Saray Mülk
Yeni qatılan ordu və əmirlər ilə Mirzə Əbu Bəkr istişarə qurultayı qurdu. Beləliklə, qurultayda Çağataylar Qara Yusif və türkmənlərin üzərinə yürüməyə qərar verildi. Qısa müddət sonra bu planı yerinə yetirmək üçün Təbrizdən yola çıxdılarBouvat, Şahruh Mirza, s.286
Döyüşə hazırlıq
Qara Yusif Mirzə Əbu Bəkrin bu planından xəbərdar oldu və mövcud mövqeyini qoruyaraq Mirzə Əbu Bəkri dəf etmək üçün hazırlıqlara başladı. 13 aprel 1408-ci ildə Sərdruda gəldi. Əsgərlərinə burda xəndəklər qazmağı əmr etdi.Kazanasmaz, Kara Yusuf ve Zamanı, s.77 İki gün sonra, 15 apreldə Əmir Bistam, Ahi Fərəc, Əmir Məsum, Pir Hüseyin və qardaşı Pir Mehmed Qara Yusifə qatıldı. Qara Yusif məşvərət toplayaraq döyüşüb-döyüşməmək haqqında İraq və türkmən əmirləri ilə danışdı. Qara Yusif İraq əmirlərinə:
Mən Türkmən qəbiləsindənəm, yaylağım Aladağ, qışlağım Diyarbəkir və Fərat sahilləridir. Səltənət işləri o qədər də məni maraqlandırmır. İndi Mirzə Əbu Bəkr ər meydanına gəlməkdədir. Onun sizin üstünüzdə haqqı var, onun tərəfinə keçsəniz sizə hörmət edərəm.Mirhand, Ravzatu's sâfa I/4–6, s.1137
dedi. İraq Əmirləri isə Qara Yusifə:
Biz bu xanədanın düşmənlərini qətiyyətlə pərişan edəcəyik.Faruk Sümer, Karakoyunlular, I, s.75 dedi. Qara Yusif isə bu sözlərdən təsirlənərək döyüşə hazırlanmalarını əmr etdi.Hasan-ı Rumlu, Ahsanüt Tevarih, s.62Arayancan, Karakoyunlu Hükümdarlarından Cihanşah ve dönemi, s.85
Döyüş Qara Yusif onu dəstəkləyən əmirlərə hədiyyələr verdi və daha da həvəsləndilər. Gələn əmirlər ilə Qara Yusifin ordusu 20.000 süvariyə çatdı.İsmail Aka, İran'da Türkmen Hakimiyyeti, s.6 Teymuri ordusunda isə bundan iki dəfə çox, yəni 40.000 əsgər var idi.Əkbər Nəcəf, Qara Yusif, s.80 Tərəflər Sərdrud adlı yerdə üz üzə gəldi. Qara Yusif sağ qanadda idi. Nəhayət, döyüş başladı, Qaraqoyunlular sürətli həmlələr edərək ilk həmlədəcə Teymuri ordusunu pərən-pərən saldı. Vəziyyətin ağır olduğunu görən Mirzə Əbu Bəkr, Əmir Cəlaəddin dizəkə hücum etdi. Əmir Dizək saxta geri çəkilmə edərək Mirzə Əbu Bəkri döyüş meydanından uzaqlaşdırdı. Mirzə Əbu Bəkir, Əmir Dizək ilə Əmir Pizəki təqib etməyi buraxdı. O hətta Dizək ilə Pizəki öldürmüşdü.İsmail Aka, Timur ve Devleti, s.44 Ancaq geri dönəndə o dəhşətli mənzərə ilə qarşılaşdı. Döğər Musanın nökərlərindən birisi (əsgər) Miranşahı öldürmüş, Teymuri ordusu darmadağın edilmişdi.Schiltberger, Türkler ve Tatarlar arasında, s.86 Mirzə Əbu Bəkr anladı ki, Qara Yusif ağıllıca bir taktika ilə onu tora salmışdı. Qara Yusif rəqibin mərkəzə hücum edəcəyini bilərək sağ qanada keçmiş, bundan sonra isə Əmir Bistam ilə sağ və sol cinahdan Teymuri ordusunu mühasirəyə almışdı.Əkbər Nəcəf, Qara Yusif, s.81 Teymurilərin əsas qüvvəsini təşkil edən Cəvani Qurbani və ordusu isə bu təzyiqə tab gətirməyərək dağılmış və ağır itkilər vermişdir. Qara Yusif bunu görərək ordunu ikiyə ayırmış, özü Çağatay mərkəzinə hücum etmiş, Hacı Baba bəyin gəvərudlarını darmadağın etmişdi. Əmir Bistam isə çağatayların arxasına keçərək onları sıxışdırmağa başladı. Bununla da Miranşahın əmrindəki arxa ordunun nizamı pozuldu, Miranşah isə öldürüldü.Əkbər Nəcəf, Qara Yusif, s.82 Əkbər Nəcəfə görə, Sərdrud döyüşündə sadəcə 3 saat içində Qaraqoyunlular böyük qələbə qazanmışdılar.Əkbər Nəcəf, Qara Yusif, s.82
Sərdrud döyüşünün önəmi Bu döyüşün tarixdə önəmli bir yeri vardır. Tarixci K.Erola görə, Sərdrud Şərq tarixinin ən önəmli döyüşlərindəndir.Erol Keleş, Doğu Anadoluda Karakoyunlu-Timurlu mücadelesi, s.226 Sərdrud döyüşü ilə Teymurilərin qərb tərəfindəki fəthlərinin nəticəsi ortadan qalxır, Əmir Teymurun ölümündən 4 il sonra Qərbi irandan Teymurilər qovulurdular və Qaraqoyunlular üstünlük qururdular.Bünyadov, 1994 s.363Mahmudov, 2011 s.23 400px Qara Yusif dövrü Qaraqoyunlular 1408–1420
Qara Yusifin şücaəti
Qaraqoyunlu hökmdarı Qara Yusif bu döyüşdə çox böyük qəhrəmanlıqlar göstərmişdi. Qara Yusif özü şəxsən Teymurilərin ordusuna hücum edərək manevrlər ilə onların nizamını pozurdu. Hətta Teymurilər belə ona heyran qalmışdı. Şahruxun saray tarixçisi Hafızi Əbru, Qara Yusifin cəsarətinə heyran qalaraq bunları demişdi:
Qara Yusif adlı igid, İsfəndiyarİran kralının adıdır, Fars mitologiyasına görə əfsanəvidir. kimi döyüş meydanına girdi, ata minən yeriyən dağ kimi, yüz əsgərin canını aldıHafız-î Ebru Zübdet'üt Tevarih Neşr : Seyyid Kemal Hacı Seyyid Cevadi, Tahran 1372, c. I s. 422'
İstinadlar
Həmçinin bax Şənbi-Qazan döyüşü
Kateqoriya:Müharibələr Kateqoriya:Qaraqoyunlular Kateqoriya:21 apreldəki hadisələr Kateqoriya:1408-ci ildəki hadisələr Kateqoriya:Azərbaycandakı döyüşlər Kateqoriya:Qaraqoyunluların döyüşləri