Əli Əkbər Raefipur (), universitetlərdə dinlər və məzhəbçilik, apokalipsis, satanizm, masonluq və sui — qəsd nəzəriyyələri mövzusunda etdiyi mühazirələrlə tanınan İranlı bir natiqdir (danışandır). O, özünü xilaskarın dəstəkçisi, sionizm və medianın alimi təsvir edir. O Masaf İnstitutunun qurucusudur.
Masaf Masaf 12 vahidə sahibdir, memarlıq vahidi, yeniyetmə vahidi, düşmənşunaslıq vahidi, musiqi vahidi, iqtisadiyyat vahidi, media təhsili vahidi, beynəlxalq vahidi, ailə vahidi, dinlər vahidi, sağlamlıq vahidi, texniki mühəndislik vahidi və qida təhlükəsizliyin vahidi. Bu vahidlər həm də icra işləri görmüşlər.
Sosial Mediada Sosial mediada O, tərəfdarları və şiə müsəlmanları ilə birgə Twitter fırtınalarını #covid1948, #LiveLikeAli, #ThePromiSedsaveOur hashtaglarla yaradıb nəşr etdilər . "Əli Raefipur bildirib ki, #ThePromiSedsaveOur hashtagın dərc etməkdə məqsədimiz, dünya insanlarına problemlərimizin açarı, ilahi xilaskar Mehdi (ə) və İsanın (ə) geri dönmələrinin bildirməsidir."
Stanford Universiteti Kiber Araşdırmalar Mərkəzi, İsrail əleyhinə #covid1948 hashtag ilə əlaqədar bir məqalədə xəbər verir və hashtagın populyarlaşmasında əsas amillərdən birinin İranlılar və Əli Əkbər Raefipur olduğunu söyləyir.
Əli əkbər Raefipurun İnstaqramda bir çox fan səhifəsi var və ən böyükünün bir milyondan çox izləyicisi var.
Şərhlər Raefipur İncildəki İnsan Oğlunun Mehdi (ə) olduğuna inanır. O deyir ki, cins şalvar cinlərin adını daşıyır . Raifipur, bəzi köynəklərin nömrələrinin və simvollarının bir sehr və ya pis bir şüar olaraq oxuna biləcəyini söyləyir.
Masonluq və sui — qəsd nəzəriyyələri haqqında danışmağı dayandırdı və "Gizli və Şeytani cəmiyyətlərdən danışmağın kifayət olduğunu düşünürəm"dedi .
"Xilaskarın geri dönməsi üçün güclü bir cəmiyyətə və bir mədəniyyətə sahib olmalıyıq" dedi.
Raefipur 2010-cu ildən etibarən siyasətə, iqtisadiyyata və sivilizasiyaya baxış mövzusuna girdi.
Holokost inkarı Mark Weber, 2012-ci ildə Tarix Araşdırmaları İnstitutundan İrana səyahət edərkən onunla danışdı.
İstinadlar
Kateqoriya:Antisionizm Kateqoriya:1984-cü ildə doğulanlar Kateqoriya:İranda antisemitizm