Ruslan Əlihacıyev () — Çeçenistanın hərbi-siyasi və dövlət xadimi, tanınmamış Çeçen İçkeriya Respublikasının rəhbərlərindən biri, İçkeriya Silahlı Qüvvələrinin briqada generalı, Çeçen İçkeriya Respublikası Parlamentin 4-cü Sədri. 1997-2000-ci illərdə ÇİR Silahlı Qüvvələrinin Şali alayının komandiri, 1995-ci ilin fevralından ÇİR Silahlı Qüvvələrinin Cənub Cəbhəsinin komandiri, sonra Aqişı Cəbhəsinin komandiri olur. ÇİR Prezidenti Cövhər Dudayevin Şərq və Naji-Yurt istiqamətləri üzrə qərargahdakı nümayəndəsi, eyni zamanda ÇİR Silahlı Qüvvələrinin Şali istiqamətinin komandiri vəzifəsini icra edir. Bioqrafiya Şali şəhərində doğulmuş və burada yaşamışdırЧеченский кризис — 99. Кто есть кто в Парламенте. Şali dəmir-beton məmulatları zavodunda işləyir, sonra Sovet Qüvvələrinin Qərb Qrupunda, Almaniya Demokratin Respublikası ərazisində tank bölmələrində xidmət edir. Hərbi xidməti başa vurduqdan sonra gizirlər məktəbini bitirmiş və 1992-ci ilə qədər Qərb Qüvvələri Qrupunda gizir kimi xidmət etmişdir. 1992-ci ildə Əlihacıyev Qroznıya qayıdır. Qroznı Neft İnstitutunda təhsil alır, eyni zamanda Çeçen İçkeriya Respublikasının Silahlı Qüvvələrinin Şali tank alayında təmir batalyonunun komandiri vəzifəsində çalışır. 1995-ci ilə qədər siyasi həyatda fəal iştirak etmir. 1994-cü ilin noyabrında Çeçenistan Respublikasının Müvəqqəti Şurasının müxalif birləşmələrinin Qroznını ələ keçirmək cəhdi zamanı o, tank alayının komandiri təyin edilir.
1994-cü ilin dekabrında rus qoşunları Çeçenistan ərazisinə daxil olduqdan sonra səhra komandiri olur. O, bir neçə yüz nəfərdən ibarət dəstə təşkil edərək federal qüvvələrə qarşı vuruşur. Bu dəstəyə əsasən Şali və Şalı rayonundan olan insanlar (“Şali polku”) daxil idi. 1995-ci ilin fevralından Cənub Cəbhəsinin komandanı, sonra Aqisı Cəbhəsinin komandiri olur. Ruslan Əlihacıyev ÇİR Prezidenti Cövhər Dudayevin Şərq və Naji-Yurt istiqamətləri üzrə qərargahdakı nümayəndəsi, Şali istiqamətinin komandiri kimi fəaliyyət göstərir. 1996-cı ilin avqustunda Qroznını ələ keçirərkən Lenin istiqamətinin komandiri vəzifəsini tutur. Ruslan Əlihacıyev döyüşdəki əməyinə görə briqada generalı rütbəsi alır.
1997-ci ilin fevralında Şalidən Çeçen İçkeriya Respublikasının parlamentinə deputat seçilir. 1997-ci il martın 17-də 2-ci çağırış Parlamentin birinci iclasında ÇİR Parlamentinin sədri seçilir (43 deputatdan 39-nun səsini aldıır). Çeçenistan İçkeriya Respublikasının Prezidenti Aslan Masxadovun 3 fevral 1999-cu il tarixli 39 nömrəli “Çeçen İçkeriya Respublikasının ərazisində tam şəriət qaydasının tətbiq edilməsi haqqında” fərmanı ilə əlaqədar olaraq, parlamentin səlahiyyətlərindən məhrum edilir. Bu şəkildə başlayan münaqişə bir müddət sonra həll olunur. Parlament onun qanunvericilik funksiyalarından məhrum edilməsi haqqında fərmanı ləğv edir. Bununla belə, “tam şəriət qaydası”nın tətbiqi ümumiyyətlə dəstəklənir. Şəriət və respublika idarəetmə formasının birləşdirilməsinin mümkünlüyündən danışan Əlihacıyev qeyd edib: Чеченская Республика Ичкерия в апреле 1999 года İkinci Çeçenistan müharibəsi zamanı o, döyüş əməliyyatlarında fəal iştirak etmir, lakin ÇİR Prezidenti Aslan Masxadovun adından atəşi dayandırmaq üçün danışıqlara cəhd edirDECISION AS TO THE ADMISSIBILITY OF Application no. 68007/01 by Zura ALIKHADZHIYEVA against Russia. 2000-ci il mayın 17-də Əlihacıyev Şalidəki öz evində saxlanılır. Mayın 25-də Baş Qərargah rəisinin birinci müavini, general-polkovnik Valeri Manilov mətbuat konfransında Əlixacıyevin saxlanmasını elan edir. 2000-ci il sentyabrın 22-də Dövlət Dumasında keçirilən dinləmələrdə Rusiya Federasiyasının Baş prokurorunun müavini Yuri Biryukov bildirir ki, Əlihacıyev quldur dəstələri tərəfindən oğurlanıb və öldürülüb. Bununla bağlı 2000-ci ilin iyulunda Çeçenistan Respublikasının Şali rayon prokurorluğu tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsi (insan oğurluğu) ilə cinayət işi açılsa da, 2001-ci ilin aprelində iş dayandırılır. Yaxınları Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edir. 2007-ci il iyulun 5-də Strasburq məhkəməsi “Əlihacıyeva Rusiyaya qarşı” işi üzrə Əlixadjiyev rus qoşunları tərəfindən öz evində saxlanılması və onun öldüyü ehtimal edilməlisini məqbul sayır. Çünki həbsindən sonra onun haqqında heç bir xəbər alınmırРешения Европейского суда по «чеченским делам» в 2007 году // NEWSru.com, 4 октября 2007.
Əlihacıyev Rusiya hərbçiləri tərəfindən saxlanıldıqdan sonra Çeçenistanda yoxa çıxan ən yüksək rütbəli İçkeriya dövlət xadimi olur. Xüsusi xidmət orqanları “tanınmış terrorçu Əlihacıyevin saxlanılması” barədə rəsmi məlumat yayımlamışlar. Onun yoxa çıxmasından az sonra Çeçenistanda güclü partlayıcı müharibə başlayır.
İstinadlar
Mənbə
Биография Алихаджиев, Руслан Шамилевич / биография Kateqoriya:Rusiyada üstü açılmamış cinayətlər Kateqoriya:İtkin düşənlər Kateqoriya:Çeçen müharibələrinin iştirakçıları