Şərqi Avropa düzənliyi və ya Rus düzənliyi — Şərqi Avropada geniş düzənlik, Avropa düzənliyinin bir hissəsi.
Düzənlik Baltik dənizi sahillərindən Ural dağlarına, Barens və Ağ dənizlərdən Qara, Azov və Xəzər dənizlərinə qədər uzanır. Şimal-qərbdə Skandinaviya dağları, cənub-qərbdə Sudet və Mərkəzi Avropanın digər dağları, cənub-şərqdə Qafqaz, qərbdə isə Visla çayı düzənliyin şərti sərhəddi rolunu daşıyır.
Dünyanın ən böyük düzənliklərindən biridir. Şimaldan cənuba düzənliyin ümumi uzunluğu 2,5 min kilometrdən çox, qərbdən şərqə isə 1 min kilometrdir.Русская (Восточно-Европейская) равнина // Природа России
Belarus, Latviya, Litva, Estoniya və Moldova tamamilə, Rusiya, Qazaxıstan, Ukrayna, Finlandiya, Polşa və Rumıniya isə qismən düzənlik ərazisində yerləşir.
Xüsusiyyətləri Şərqi Avropa düzənliyi platforma bünövrəsi üzərində qədim düzənlikdir. Şimal-qərbində qədim buzlaşma izləri qalmışdır. Şimalda tundra, cənub-şərqində səhra və yarımsəhra var. Meşə və çöl landşaftı üstündür.
İstinadlar
Əlavə ədəbiyyat
Kateqoriya:Belarus relyefi Kateqoriya:Estoniya relyefi Kateqoriya:Finlandiya relyefi Kateqoriya:Qazaxıstan düzənlikləri Kateqoriya:Moldova coğrafiyası Kateqoriya:Polşa relyefi Kateqoriya:Latviya relyefi Kateqoriya:Litva coğrafiyası Kateqoriya:Rusiya düzənlikləri Kateqoriya:Ukrayna relyefi