İmran Qermanoviç Usmanov () — Çeçen müğənnisi, şairi və bəstəkarı. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti, Çeçenistan Respublikasının əməkdar incəsənət xadimi, Rusiya Yazıçılar İttifaqının üzvü.

Həyatı 2 mart 1953-cü ildə Qırğızıstan SSR Oş vilayətinin Uzen şəhərində çeçenlərin və inquşların deportasiyası müddətində anadan olub. Deportasiya edilmiş xalqlar reabilitasiya olunduqdan sonra ailə öz vətənlərinə qayıdıb. 1960-cı ildə doğulduğu Naji-Yurt kəndində məktəbə gedib. Məktəb illərində özfəaliyyət tamaşalarında fəal iştirak edib. 1970-ci ildə orta məktəbi bitirib.

Hələ 16 yaşında ikən o, respublika hitinə çevrilən "Malikə" mahnısını yazır. Təxminən eyni vaxtda Çeçenistan-İnquş Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin tələbəsi Raykom Dadaşev (sonralar professor, fizika-riyaziyyat elmləri doktoru) onu instrumental və rəqs ansamblları təşkil etməyə dəvət edir. Usmanovun bu işi uğurlu alındı. O, 1970-ci ildə universitet "Tələbə baharı" festivalında 1-ci yeri tutdu.

Ardınca o, Qroznı musiqi məktəbinə daxil oldu, lakin onu bitirə bilmədi. 1971-ci ildə sovet ordusu sıralarına çağırıldı. Hərbi xidməti başa vurduqdan sonra musiqi məktəbini bitirdi. 1981-ci ildə Rostov Dövlət Musiqi-Pedaqoji İnstitutunu "Solo ifaçılıq" ixtisası üzrə təhsil almışdır. Ali məktəbi bitirdikdən sonra vətənə qayıdır və dərhal "İlli" ("Mahnı") ansamblının rəhbəri olur.

1992-ci ildə Cövhər Dudayevin yeni hökumətinə sədaqətsizlik ittihamı ilə 12 gün həbsdə yatır.

Onun ilk şeirlər toplusu "Genallo Hegiina" (Ayrılıq həsrəti) 1994-cü ilin dekabrında çıxmalı idi, lakin mətbəəyə bombardman olur. Sağ qalan şeirləri sonradan toplanaraq nəşr edilmişdir. 2008-ci ildə ikinci şeir toplusu "Kain dune" ("Ağ İşıq") çap olunur.

2004-cü ilin aprelində İmran Usmanov uşaqları mina təhlükəsi haqqında öyrətmək üçün musiqi bəstələyəcəyini bildirdi.

2013-cü ildə musiqi sənətinin inkişafındakı xidmətləri, yaradıcılıq fəaliyyəti və çoxillik vicdanlı əməyinin 60 illik yubileyi ilə əlaqədar "Çexiyanın əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

İmran Usmanov 11 iyul 2017-ci ildə Qroznı şəhərində vəfat etmişdir.

Fəxri adları Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti; Çeçenistan Respublikasının əməkdar artisti (2013).

Əsəri

İstinadlar

Xarici keçidlər Усманов Имран Имран Усманов отметил 60-летний юбилей Творчество Усманова — поиск новых струн человеческой души… Жизнь по большому счету

Kateqoriya:Çeçenistanda mədəniyyət