Teodor Con Kaçinski (), həmçinin Unabomber (/ˈjuːnəbɒmər/) kimi də tanınır, amerikalı yerli terrorçu və keçmiş riyaziyyat professorudur. Bir riyaziyyat dahisi olub, ibtidai həyat yaşamaq üçün 1969-cu ildə akademik karyerasını tərk etmişdir. 1978–1995-ci illər arasında müasir texnologiyanı inkişaf etdirən və ətraf mühitin məhv edilməsində iştirak edən insanlara qarşı ölkə daxili miqyasda apardığı bombalama kampaniyasında üç nəfəri öldürmüş, 23 nəfəri yaralamışdır. O, sənayeləşməyə qarşı çıxan və təbiət mərkəzli bir anarxizm formasını müdafiə edən "Sənaye Cəmiyyəti və Gələcəyi" adlı "Unabomber Manifesto" adı ilə də tanınan sosial tənqidi nəşr etdirmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ ateistləri Kateqoriya:Berkli Kaliforniya Universitetinin müəllimləri Kateqoriya:ABŞ riyaziyyatçıları