Vayz Blad (; ) — amerikalı müğənni və bəstəkar. O, beş albom və dörd minialbom buraxıb.

Karyera boyu onun musiqisi əhəmiyyətli dəyişilib. O, Oreqonun Portlend şəhərində fəaliyyət göstərən noiz musiqi səhnəsinin Jackie-O Motherfucker qrupunda bas-gitaraçı kimi iştirak edib və Satanized qrupunun vokalısti olub.http://nardwuar.com/rad/nardwuar-vs-weyes-blood-2/ 20:32 "I was the singer of a band called Satanized and it was a weird, mathy metal band..." Weyes Blud kimi o, iki albomunu özü yayımlamışdı. Səhnə adını Weyes Blood'a dəyişərək o, "The Outside Room" (2011) albomunu Not Not Fun Records albom şirkətində buraxmışdır. Daha sonra o, "The Innocents" (2014) və "Front Row Seat to Earth" (2016) albomları "Mexican Summer" adlı müstəqil albom şirkətində buraxır. "Titanic Rising" (2019) adlı ən son studiya albomunu Sub Pop-da buraxaraq tənqidçilər tərəfindən müsbət rəylər qazanıb.

Diskoqrafiya Studiya albomları The Outside Room (2011) The Innocents (2014) Front Row Seat to Earth (2016) Titanic Rising (2019) And in the Darkness, Hearts Aglow (2022)

Xarici keçidlər

Official website Weyes Blood Bandcamp'da Weyes Blood YouTube'da

İstinadlar Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:XXI əsr ABŞ qadınları