Tomas Kreçmann (; ) — Almaniya aktyoru, Oskar mükafatı laureatı.

Həyatı Tomas Kreçmann Almaniya Demokratik Respublikasında, Dessau şəhərində anadan olub və boya-başa çatıb. Aktyorluq karyerasına başlamazdan əvvəl o, peşəkar üzgüçü olub və gənclərdən ibarət milli komandanın üzvü olub. 19 yaşında Kreçmann Almaniya Federativ Respublikasına köçmüşdür.

Kretçmann Lena Roklin ilə evlənmiş, onunla üç övladı var: oğulları Nikolas (1998-ci il təvəllüdlü) və Saşa (2002-ci il təvəllüdlü) və qızı Stella (1999-cu il təvəllüdlü). Ancaq 2009-cu ilin martında cütlük boşanmışdır.

Tomas Kreçmann bir çox filmlərə çəkildə də, daha çox 2002-ci ildə "Pianoçu" filmindəki alman zabiti Vilm Hosenfild rolu ilə bütün dünyada böyük şöhrət qazanmışdır.

Filmoqrafiya Pianoçu (film, 2002) Bunker (film, 2004) Şər yuvası: Qiyamət (film, 2004) Kinq Konq (film, 2005) Hostel 3 (film, 2011) Drakula 3D (film, 2012) Stalinqrad (film, 2013) Qisasçılar: Altron dövrü (film, 2015) Hitman: Agent 47 (film, 2015)

İstinadlar Kateqoriya:Aktyorlar Kateqoriya:Almaniya aktyorları Kateqoriya:Oskar mükafatı laureatları