Səbuhi Zahid oğlu Atababayev () — Azərbaycanlı rəssam, quruluşçu kino rəssamı. Rəngkar və quruluşçu rəssam kimi fəaliyyət göstərir.
Bir çox ölkə və beynəlxalq sərgilərin iştirakçısıdır. Əsərləri ölkədə və ölkədən kənarda şəxsi kolleksiyalarda saxlanılır. Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq Fəal Sənətçilər Birliyinin () üzvüdür. "New York Film School"un və Moskva Ümumittifaq Kinomatoqrafiya İnistitutunun kino sənətinə aid seminarlarının iştirakçısıdır. 2012-ci ildən peşəkar quruluşçu rəssam və art direktor kimi də fəaliyyət göstərir. Bir çox filmlərin, serialların, kliplərin və sosial çarxların quruluşçu rəssamıdır.
Həyatı Səbuhi Atababayev 3 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub.
Təhsili 292 saylı orta məktəbi bitirib. 2003-cü ildən Əzim Əzimzadə adına İncəsənət Kollecinin Dekorativ tətbiqi sənət fakültəsinə daxil olub. 2008-ci ildə kolleci bitirib, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Teatr Rəngkarlığı fakültəsinə daxil olub. 2011-ci ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə həmin akademiyanın Teatr və Kino rəssamı fakültəsinə magistr pilləsinə daxil olub. 2013-cü ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. Təhsili dövründə Kamil Nəcəfzadə, Mais Ağabəyov və s. kimi görkəmli xalq rəssamlarından dərs almışdır. 2013-cü ildən ADRA-nın Akademik Rəngkarlıq və Kompozisiya fakültəsində, 2016-cı ildən də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri Sənət fakültəsində Kinoda Quruluşçu rəssam ixtisasından dərs deyir. Kinoda quruluşçu rəssam işi mövzusunda proqramların müəllifidir.
Fəaliyyəti 2011-ci ildə Türkiyə və Azərbaycanın birgə istehsalı olan, İctimai TV-də yayımlanmış Qaranlıqlar çiçəyi, 2013-cü ildə isə Space TV-də yayımlanmış Oğurlanmış arzular seriallarının, 2014-cü ildə "Xoxan", 2015-ci ildə yenə Türkiyə və Azərbaycanın birgə istehsalı olan "Yarımdünya", 2017-ci ildə "Xənnas", 2016-cı ildə "Naxox" tammetrajlı bədii filmlərinin, 2017-ci ildə "Üçkünc" qısametrajlı bədii filminin, 2018-ci ildə Təhmin və Zaur kino-komediyasının, 2018-ci ildə "Balalayka" qısa filminin, 2019-cu ildə "Gələrsən, görərsən" kino-komediyasının, 2019-cu ildə isə "Aprel" və "Köpük" qısa filmlərinin quruluşçu rəssamı olub. "2020: Nizami ili" çərçivəsində AzTV-nin "Oyanış" layihəsinin quruluşçu rəssamlarından biri olub.
Qardaşı Xpert-in YouTube-da "Synaps Production" (indiki "Synaps Records") kanalında ilk klipi olan və 1 mart 2013-cü ildə yayımlanmış "Şaman" (& Luter), 5 aprel 2014-cü ildə yayımlanmış "Sarışan hallar", 15 avqust 2014-cü ildə yayımlanmış "Bataqlıq donuzu" sinql treklərinin kliplərinin, 18 dekabr 2015-ci ildə yayımlanmış "Qan rəngi yaşıl" sinql trekinin art direktoru, 3 yanvar 2015-ci ildə yayımlanmış "Məhşərdən qətrə" sinql trekində örtük şəklinin həmmüəllifi olub. 9 mart 2015-ci ildə yayımlanmış "İntiharıma gülməsinlər" sinql trekinin klipinin videoçarxı Səbuhi Atababayev tərəfindən çəkilmiş 2500 şəkildən ibarətdir.
8 mart 2021-ci ildə Faiq Ağayevin YouTube-da yayımlanmış "Səni əvəz eləmir" klipinin art direktoru.
Sərgilər 2009-cu il Ümummilli lider Heydər Əliyevin 85 illiyinə həsr olunmuş sərgi 2010-cu il Azərbaycan teatrının 135 illiyinə həsr olunmuş sərgi 2010-cu il Berlində Xocalı sərgisi 2011-ci il "Amerika bir rəssamın gözü ilə" 2011-ci il Gənclər gününə həsr olunmuş sərgi 2012-ci il "Keçmişdən gələcəyə mədəni irs" sərgisi 2012-ci il Gürcüstan, Tbilisi "Azərbaycan rəssamlarının sərgisi" 2013-cü il Gürcüstan, "Siginaki beynəlxalq gənclər festivalı" 2014-cü il "Beynəlxalq Fəal Sənətçilər Birliyi"nin yekun toplantı sərgisi 2017-ci il "İncəsənət Dueti" festival sərgisi 2020-ci il "Xarı Bülbül Beynəlxalq simpoziumu".
Filmoqrafiya Qaranlıqlar çiçəyi (teleserial, 2011) Oğurlanmış arzular (film, 2013) Xoxan (film, 2014) Yarımdünya (film, 2015) Naxox (film, 2016) Üçkünc (film, 2017) Xənnas (film, 2017) Balalayka (film, 2018) Təhmin və Zaur (film, 2018) Köpük (film, 2019) Gələrsən, görərsən (film, 2019) Aprel (film, 2019)Şuranın dəstəyilə çəkilən "Aprel" filminin tizerinin təqdimatı keçirilib Köpük (film, 2019) Tağıyev: Neft (film, 2024) Tağıyev: Çar (film, 2025) Tağıyev: Sona (film, 2025)
Həmçinin bax Xpert Samir Kərimoğlu
İstinadlar
Xarici keçidlər Səbuhi Atababayev: "Əvvəlcə qadını ayaqüstə çəkmək istəyirdik, qadın oturanda gördük ki…" 10-da Görüşək Yaşar Yusub, Humay Qədimova, Səbuhi Atababayev "Müasir filmlərimizdə ən böyük çatışmazlıq budur" — Kino rəssamı ilə müsahibə Səbuhi Atababayevlə "art director" nə deməkdir, filmdə nə rol oynayır bu haqda danışdıq