Nelson adası () — Berinq dənizində, Alyaskanın cənub-qərb sahili yaxınlığında, Ninqaluk (şimalda) və Kolavinarak (şərqdə) çaylarını ayıran ada. İnzibati cəhətdən ABŞ-nin, Alyaska ştatının Betel siyahıyaalma sahəsinə aiddir.

Uzunluğu 68 km, eni 32 ilə 56 km arasındadır. Adanın sahəsi 2183 km²-dir. Sahəsinə görə ABŞ-də 15-ci ən böyük adadır. Nunivak adasından Etolin boğazı ilə ayrılır. Nelson adasında 3 kənd vardır: Tununak, Toksuk Bey və Naytmyut. Yaşayış məntəqələrinin hamısı Berinq dənizi sahilində, adanın cənub-qərb hissəsində yerləşir. Bu üç kəndin ümumi əhalisi 2010-cu il siyahıyaalınmasına əsasən 1197 nəfərdir. 2000-ci il siyahıyaalınmasına görə, onun sayı 1065 nəfər olmuşdur.

Ada 1878-ci ildə adanı və onun əhalisini tədqiq etmiş amerikalı tədqiqatçı, etnoloq Edvard Uilyam Nelsonun şərəfinə adlandırılıb. Həmçinin bax Kiqiqak

İstinadlar

Kateqoriya:Sakit okeanın adaları Kateqoriya:Berinq dənizi adaları Kateqoriya:Alyaska adaları