Teymurilər dövləti (), (, Tīmūriyān; özünüadlandırma: Gurkanilər (, Gurkānī) və ya Turan (, Tūrān)) — 1370–1507-ci illər arasında mövcud olmuş və əsası türkləşmişEncyclopædia Britannica, "Timur" , Online Academic Edition, 2007. Quotation: "Timur was a member of the Turkicized Barlas tribe, a Mongol subgroup that had settled in Transoxania (now roughly corresponding to Uzbekistan) after taking part in Genghis Khan's son Chagatai's campaigns in that region. Timur thus grew up in what was known as the Chagatai khanate." …G. R. Garthwaite, "The Persians", Malden, ISBN 978-1-55786-860-2, MA: Blackwell Pub., 2007. (p.148 ) monqolB. F. Manz, The rise and rule of Tamerlan, Cambridge University Press, Cambridge 1989, p. 28: "… We know definitely that the leading clan of the Barlas tribe traced its origin to Qarchar Barlas, head of one of Chaghadai's regiments … These then were the most prominent members of the Ulus Chaghadai: the old Mongolian tribes — Barlas, Arlat, Soldus and Jalayir …"M. S. Asimov & C. E. Bosworth, History of Civilizations of Central Asia, UNESCO Regional Office, 1998, ISBN 92-3-103467-7, p. 320: "… One of his followers was […] Timur of the Barlas tribe. This Mongol tribe had settled […] in the valley of Kashka Darya, intermingling with the Turkish population, adopting their religion (Islam) and gradually giving up its own nomadic ways, like a number of other Mongol tribes in Transoxania …" boyu olan barlasların nümayəndəsi Əmir Teymur tərəfindən qoyulmuş türk dövləti.Encyclopædia Britannica, "Timurid Dynasty" , Online Academic Edition, 2007. (Quotation:…Turkic dynasty descended from the conqueror Timur (Tamerlane), renowned for its brilliant revival of artistic and intellectual life in Iran and Central Asia…. Trading and artistic communities were brought into the capital city of Herat, where a library was founded, and the capital became the centre of a renewed and artistically brilliant Persian culture…)B. F. Manz, "Tīmūr Lang", in Encyclopaedia of Islam, Online Edition, 2006"Timurids" . The Columbia Encyclopedia . New York City: Columbia University.Encyclopaedia Britannica article: Consolidation & expansion of the Indo-Timurids

Teymurilər dönəmində Türkistan və Xorasan İslam memarlığı baxımından ən parlaq dövrünü yaşamış, XV əsrin sonlarından başlayaraq Türkistan, Xarəzm, Krım, Kazan və Azərbaycanda Çağatay türkcəsi də yüksək mədəni dil halına gəlmişdir. Əmir Teymur Səmərqənd şəhərini dövlətin paytaxtı etdikdən sonra ələ keçirilmiş yerlərdən sənətkarlar Səmərqəndə köçürüldü. İspaniya elçisi Klavixo Səmərqənddə 150 min sənətkar ailəsi olmasını söyləmişdi. Bu səbəbdən XIV-XV əsrlərdə Səmərqənd tarixinin qızıl dövrünü yaşamışdı. Əmir Teymur və davamçılarının dövründə inkişaf edən sənətkarlıq və elm səbəbindən bu dövr Teymuri renesansı olaraq da xatırlanmaqdadır. 1507-ci ildə Teymurilər dövlətinin varlığına əsasını özbəklərin qoyduğu Şeybanilər dövləti tərəfindən son qoyuldu. Teymuri sülaləsindən olan Babur mübarizədə uğur qazanmadıqdan sonra əvvəlcə Əfqanıstana, sonra da Hindistana çəkildi və orada Böyük Moğol İmperiyasının əsasını qoydu.Richards, John F. (1995), The Mughal Empire, Cambridge University Press, p. 6, ISBN 978-0-521-56603-2Schimmel, Annemarie (2004), The Empire of the Great Mughals: History, Art and Culture, Reaktion Books , p. 22, ISBN 978-1-86189-185-3Balabanlilar, Lisa (15 January 2012), Imperial Identity in Mughal Empire: Memory and Dynastic Politics in Early Modern Central Asia , I. B. Tauris, p. 2, ISBN 978-1-84885-726-1 Beləliklə Teymurilər dövləti məhv olsa da, sülalə olaraq öz hakimiyyətini Böyük Moğol İmperiyasında davam etdirə bildi.Bose, Sugata Bose; Ayesha Jalal (2004). Modern South Asia: History , Culture, Political Economy. Routledge. p. 28. ISBN 978-0-203-71253-5.

Sülalənin etnogenezi thumb|left|200px|Dövlətin qurucusu Əmir Teymurun fransız səyyah Andre Tevenin kitabında təsviri. Teymurilər dövlətinin əsası Əmir Teymur (çağatayca: تیمور ; Tēmür) tərəfindən qoyulmuşdur. Çağatay və monqol dilində Temür və ya Temir sözləri "dəmir" mənasını verir.C. S. Mundy, "The -E/-Ü Gerund in Old Ottoman," Bulletin of the School of Oriental & African Studies XVI (1954), 298–319. Əmir Teymur əslən barlas boyundandır. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqolB. F. Manz, The rise and rule of Tamerlan, Cambridge University Press, Cambridge 1989, p. 28: "… We know definitely that the leading clan of the Barlas tribe traced its origin to Qarchar Barlas, head of one of Chaghadai's regiments … These then were the most prominent members of the Ulus Chaghadai: the old Mongolian tribes — Barlas, Arlat, Soldus and Jalayir …" boyu idi. Monqolların gizli tarixi () adlı əsərə görə barlaslar boruciginlərlə bir soydan gəlir. Karçar barlaslar barlas boyunun qurucu əcdadlarıdır. Monqolların gizli tarixi XIII əsrdə Ögedey xana yazılmış epik əsərdir. Bu əsərdə göstərilir ki, Karçar barlaslar eyni zamanda Çingiz xanın əcdadı olan əfsanəvi monqol lideri Bodonçirin nəslindən gəlir.The Secret History of the Mongols, transl. by I. De Rachewiltz, Chapter I

Orta Asiyanın yerli əhaliləri ilə sıx əlaqələrə görə barlaslar arasında İslam dinindən başqa digər dinlərə (Buddizm, Şamanizm) də inananlar yaşayırdı. Bu sıx əlaqələr mədəni cəhətdən bir-birlərindən təsirlənmələrinə və qarışmalarına səbəb olmuşdu. Bu kimi səbəblərdən monqol mənşəli boy olan barlaslar monqol dilindən başqa çağataycanı da (Türk dillərinin uyğur mənşəli bir növü; ərəb və fars dillərindən də təsirlənmişG. Doerfer, "Chaghatay" , in Encyclopædia Iranica və çağdaş özbəkcəninAllworth, Edward (1994). Central Asia: 130 Years of Russian Dominance, a Historical Overview. Duke University Press, 72. ISBN 0-8223-1521-1Khayrulla Ismatulla, "Modern literary Uzbek", Bloomington, Indiana University Press. 1995 yaranmasında rol oynamışdı) geniş şəkildə istifadə edirdilər.

Əmir Teymur Çingizlilər soyundan gəlmirdi. Bu səbəbdən dövrün qaydalarına görə böyük xan titulu daşıya bilməzdi və o, əmir titulunu götürdü.Manz, Beatrice Forbes (1999). The Rise and Rule of Tamerlane. Cambridge University Press, p.109. ISBN 0-521-63384-2. 1370-ci ildə Çingizlilər soyu ilə qohumlaşan Teymur özünə Gürkan titulunu götürür. Gürkan monqol dilində kuruqen və ya xurqen sözünün fars dilində olan variantıdır və tərcüməsi "kürəkən" deməkdir. Bu o demək idi ki, Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur onların evlərində azad şəkildə yaşaya və hərəkət edə bilərdi.İbn Ərəbşah. Əmir Teymurun tarixi Bu səbəbdən Teymurilər dövləti Əmir Teymurun adı ilə adlandırılmasından başqa, mənbələrdə Gurkānī olaraq da xatırlanır.Castin Marozzi. "Tamerlan". Bakı, Qanun nəşriyyatı.

Əmir Teymurun ilk illəri və hakimiyyəti

Əmir Teymur 1336-cı ildə Səmərqənd yaxınlığında yerləşən Keş şəhərində anadan olub. Bu bölgə 1300-cü illərdə monqol hakimiyyəti altında idi. Həmin dövrdə türklərlə monqolların birlikdə yaşadığı və qaynayıb qarışdığı sosial mühit mövcud idi. Bu quruluşun bir təzahürü olaraq onsuz da türk mədəniyyətindən çox təsirlənmiş olan monqollar bölgədəki mənəvi mühitin də təsiri ilə İslamı qəbul etməyə başlamışdılar. Teymurun mənsub olduğu tayfa da bu mühitdən təsirlənmişdi.

İlk illəri və Mavəraünnəhrin tabe edilməsi thumb|left|Əmir Teymur Bəlx döyüşündə (1370). Mirxvənd Ravzat əl-Səfa tərəfindən çəkilmişdir. Britaniya kitabxanasında saxlanılır. … Çingiz xanın nəvəsi Tuğluq TeymurƏslində isə Tuğluq Teymur xan Çingiz xanın nəvəsi deyil, ümumiyyətlə, törəmələrindən biri hesab olunur. Mavəraünnəhr məmləkətini ələ keçirmək məqsədilə qoşun çəkib, Xocənd suyundanSırdərya çayının orta əsrlərdəki adlarından biri adlayıb keçərkən mənim, Əmir Hacı Bərlasın və Əmir Bəyazid Cəlayirinin adımıza yarlıq göndərərək tələb etmişdi ki, hüzuruna gələk. Əmir Hacı Bərlasla Əmir Bəyazid məndən məsləhət istədilər ki, öz uluslarından keçib Xorasana getsinlər, yoxsa Tuğluq Teymur xanın hüzuruna yollansınlar? Mən onlara belə yol göstərdim: Tuğluq Teymur xanın hüzuruna getsəniz, iki fayda, bir ziyan gözlənilir, Xorasan tərəfə keçib getməyin isə iki ziyan, bir faydası vardır. Onlar mənim məsləhətimə əhəmiyyət verməyərək öz yurdlarının içindən keçib Xorasan tərəfə yollandılar. Mən də çaşbaş qaldım, bilmədim Xorasana getsəm yaxşıdır, yoxsa Tuğluq Teymur xanın yanına. İki fikir arasında qaldım. Vəziyyəti belə görəndə piriməBurada Zeynəddin Əbubəkr Təibadi nəzərdə tutulur. O, məşhur şeyx olmuş və Əmir Teymura məsləhətçilik etmişdir. 1389-cu ildə vəfat etmişdi. məktub göndərib ondan məsləhət istədim. O, bu məzmunda cavab yazıb mənə yolladı: "Dördüncü xəlifə Həzrəti Əli ibn Əbu Talibdən (ona Tanrının kərəmi və mərhəməti olsun) bir adam soruşub ki, göylər kaman, Yer üzü kaman kirişi, olaylar, bəlalar, müsibətlər ox, insanlar da həmin yay-oxa hədəf olsalar, oxu atan isə Allah-Təalə olsa (onun qüdrəti daha da ulu olsun) adamlar hansı tərəfə qaçmalıdır? Xəlifə cavab verir ki, adamlar Tanrının qənşərinə qaçmalıdır. Buna oxşar olaraq sən də Tuğluq Teymur xanın qarşısına yürüş elə və bu yay-oxunu çəkib əlindən al". Bu cavab mənə çatan kimi könlüm qanad açdı və Tuğluq Teymur xanın qabağına getmək qərarına gəldim. … Əmir Teymurun vəsiyyətləri əsərindən, səhifə 11."Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 11. Teymur gənc yaşlarında olarkən Şərqi Türkistanda hökm sürən İli monqollarının hökmdarı Tuğluq Teymurun 1360-cı ildə Mavəraünnəhrə gəldiyi dövrlərdə burada olan bəzi bəylərin bölgəni tərk etməsinə baxmayaraq özü getməmiş və Tuğluq Teymura tabe olduğunu bildirmişdi."Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 12. Qarşılığında isə atalarının mülkü olan Keş şəhəri və ətrafı ona verilmişdi.

Tuğluq Teymur Mavəraünnəhrin idarəsini oğlu İlyas Xocaya vermiş"Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 14., Teymuru da onun xidmətinə təyin etmişdi."Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 15. İlyas Xocanın yanındakı əmirlərin pis rəftarına görə Teymur Əmir Qazaxanın nəvəsi Əmir Hüseynin"Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 36. yanına getdi. Birlikdə Xorasana qaçarkən türkmənlər tərəfindən tutuldular və Mahanda 60 gün zindanda qaldıqdan sonra azadlığa çıxıbCastin Marozzi. "Tamerlan". Bakı, Qanun nəşriyyatı."Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 20., Səncəri qəbiləsinin başçısı Mübarəkşahdan kömək gördükdən sonra yenidən görüşmək şərtilə ayrıldılar. Ancaq düşmən qarşısında çətin vəziyyətə düşən Sistan hakimi Məlik Fəxrəddinin onları köməyə çağırmasından sonra min nəfərlik qüvvə ilə köməyə getdilər. Məlik Fəxrəddin vədlərini yerinə yetirmədiyi üçün buradan ayrılmaq istədiklərində Sistanlılar yollarını kəsdi. Burada baş verən toqquşmada Teymur sağ əlindən ox yarası aldı. Ehtimal olunur ki, Teymurun ayağının zədələnməsi də bu döyüşdə olmuşdur.Castin Marozzi. "Tamerlan". Bakı, Qanun nəşriyyatı.İsmail Aka (2010). Timurlular Devleti Tarihi. Berikan Yayınevi. ISBN 975-2673-07-6."Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 25.