Avstriya ilə dövlət müqaviləsi () və ya Müstəqil və demokratik Avstriyanın bərpası haqqında dövlət müqaviləsi () — Avstriyanın dövlət müstəqilliyini bərpa edən müqavilə. Bu, İkinci Dünya müharibəsində antihitler koalisiyasına daxil olan dörd böyük dövlət – SSRİ, ABŞ, Birləşmiş Krallıq və Fransa ilə Avstriya arasında 15 may 1955-ci ildə Vyana şəhərində imzalanmışdır. Müqavilə Avstriyanın dörd böyük dövlət tərəfindən işğalına son qoymuşdu. Böyük dövlətlər Avstriyanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edəcəyi, Avstriya isə Almaniya ilə hər hansı bir şəkildə siyasi, iqtisadi ittifaqa girməyəcəyi, ölkədə demokratik azadlığı təmin edəcəyi, nasist və faşist təşkilatların fəaliyyətinə imkan verməyəcəyi barədə öhdəlik götürmüşdür. Müqaviləyə anşlussu qadağan edən maddə də əlavə edilmişdir Avstriya ilə dövlət müqaviləsi beynəlxalq gərginliyin zəiflədilməsi və Avropada sülhün möhkəmləndirilməsində mühüm rol oynamış, müstəqil Avstriyanın inkişafına zəmin yaratmışdır.

İstinadlar

Xarici keçidlər

Müqavilənin tam mətni Müqavilə ilə bağlı veb-sərgi Austria is free 2005 yubiley ilinin saytı

Kateqoriya:İkinci Dünya müharibəsindən sonra Kateqoriya:1955-ci ildəki hadisələr Kateqoriya:ABŞ-nin müqavilələri Kateqoriya:Avstriyanın müqavilələri Kateqoriya:Birləşmiş Krallığın müqavilələri Kateqoriya:Fransanın müqavilələri Kateqoriya:SSRİ-nin müqavilələri Kateqoriya:15 maydakı hadisələr Kateqoriya:İkinci Dünya müharibəsinin müqavilələri