Lee Dong-min (; ), peşəkar olaraq Cha Eun-woo () kimi tanınan Cənubi Koreyalı müğənni, aktyor və "Fantagio" şirkətinin adı altında modeldir. Cənubi Koreyanın Astro oğlan qrupunun üzvüdür.
Erkən həyat Ça Unvu 30 mart 1997-ci ildə Kyonqido vilayətinin Qunpo şəhərində anadan olub. Ça Suri Orta Məktəbində, sonra Suri Liseyində oxuyub. 2016-cı ildə Hanlim Multi İncəsənət məktəbini bitirib. O, hazırda "Sungkyunkwvn" Universitetində ifaçılıq sənəti ixtisası üzrə təhsil alır.
Karyera
2013–2015: Karyera başlanğıcı Ça "My Brilliant Life" filmində kiçik rolla aktyor kimi debüt etdi. 2015-ci ilin avqustunda Ça, Astro-nun digər üzvləri ilə birlikdə "To Be Continued" veb-dramasında iştirak etdi.
2016-indiki: Astro ilə debüt, solo fəaliyyətlər və artan populyarlıq thumb|left|2020-ci ildə Marie Claire Koreya-da Ça Astro 23 fevral 2016-cı ildə Spring Up EP ilə debüt etdi. Avqust ayında Ça "Replies That Make Us Flutter" adlı Chuseok üçün hazırlanmış xüsusi estrada şousunda iştirak etdi. Sentyabr ayında o, Chuseok-un başqa bir proqramı olan "Boomshakalaka"da iştirak etdi. Ça 2016–2018-ci illərdə aparıcılıq etdiyi Kim Sae-ron, Lee Soo-min və Xiyeon ilə birlikdə "Show! Music Core" şousunun aparıcısı elan edildi. Elə həmin il o, "My Romantic Some Recipe" adlı internet dramında rol aldı.
2017-ci ildə Ça KBS2-nin Hit the Top dramında rol aldı. Elə həmin il o, "Sweet Revenge" internet dramında rol aldı. 2018-ci ildə Ça "Top Management" veb dramında rol aldı. Elə həmin il Ça JTBC-nin "Gangnam Beauty" romantik komediya serialında çəkildi və bu onun televiziyada ilk aparıcı rolu idi. Ça serial yayımlandıqdan sonra populyarlıq qazandı və GQ Korea-nın "İlin adamları" siyahısına daxil edildi 2019-cu ildə Ça Şin Se-kyon ilə birlikdə " Rookie Historian Goo Hae-ryung " tarixi dramında rol aldı. 2019-cu ildə MBC Drama mükafatları, Ça Şin Se-kyon ilə "Aktyor Mükəmməllik Mükafatı"nı və "Ən Yaxşı Cütlük Mükafatı"nı qazandı. 2019-cu ilin iyul ayında Çanın oktyabr ayında Asiyada "Just One 10 Minute" adlı ilk fan görüşünü keçirəcəyi açıqlandı. 2019-cu ilin dekabrında o, Coy, Li San-yun, Yu Son-ho və So Çan-hun ilə birlikdə yeni estrada şousunun, "Gözəl pələnglər"in heyətində üzv kimi elan edildi."K-pop Radar İl Sonu Qrafiki"ndə o, "2019 Hot Instagrammer — Kişi" olaraq seçildi. 2020-ci ilin aprel ayında Ça, "Master in House" adlı televiziya proqramına sabit heyət üzvü kimi qoşuldu. 2020 SBS Əyləncə Mükafatlarında o,"Master in House" üçün "Rookie Mükafatı"nı qazandı. 2020-ci ilin dekabr ayında Ça, başqalarına əhəmiyyət verməyən "mükəmməl insan" Li Su-honu canlandırdığı, eyni adlı vebtoon əsasında tvN dramında "True Beauty"də kişi baş rolda çəkilməyə başladı. 2021-ci ildə Ça Kim Re-von, Li Con-suk və Li San-hi ilə "Desibel" filmində rol alacaq. Ça Şin Sun-rok ilə birlikdə "Master in House" proqramındakı rolundan çəkildi və şounun 177-ci epizodu onların şouda son çıxışları oldu. Ça Kim Nam-qil, Li Da-hi və Sun-Cun ilə birlikdə yeni dram "İsland"-a çəkilir. Çəkilişlər oktyabrda başlayacaq və 2022-ci ilin birinci yarısına qədər yayımlanacaq. Noyabrın 30-da Ça piano ifasını əks etdirən ballada mahnısı olan "Under The Oak Tree" komiksi üçün yeni OST "Don't Cry, My Love" mahnısını buraxdı.
Filmoqrafiya
Film İl Başlıq Rol Qeydlər 2014 My Brilliant Life sağlam Ah-reum Kameo Decibel Jeon Tae-ryong
Televiziya serialları İl Başlıq Kanal Rol Qeydlər 2017 Hit the Top KBS2 MJ 2018 Gangnam Beauty JTBC Do Kyung-seok 2019 Rookie Historian Goo Hae-ryung MBC Yi Rim (Şahzadə Dowon) / Maehwa 2020–2021 True Beauty TVN Lee Su-ho 2022 Island John / Yohan / Kang Chan-hyuk
Veb seriallar İl Başlıq Kanal Rol Qeydlər 2015 To Be Continued MBC Every1 Özü 2016 My Romantic Some Recipe Naver TVCastÖzü 2017 Sweet Revenge Oksusu Özü 2018 Top Management Youtube RedWoo Yeon-woo 2019 Soul Plate Naver TVCast, YouTube Angel Raviel
Estrada tamaşası İl Başlıq Kanal Rol Qeydlər 2016Law of the JungleSBS aktyor heyəti üzvü2018 Dead If Shot Naver 2020 Handsome Tigers SBS 2020–2021 Master in the House
Ev sahibliyi İl Başlıq Kanal Qeydlər 2016–2018 Show! Music CoreMBC Kim Sae-ron, Lee Soo-min və Xiyeon ilə birlikdə 2017 MBC Gayo Daejejeon Suho və YoonA ilə2018 Dream ConcertSBS Yoon Shi-yoon and vəeol In-ah]] ilə MBC Gayo DaejejeonMBC Noh Hong Chul, Minho və YoonA ilə 2019 Jang Sung-kyu və YoonA ilə2020 Dream ConcertV Live , YouTube Eunhyuk və Lia ilə KBS Song Festival KBS2 Jung Yun-ho və Shin Ye-eun ilə SBS Entertainment AwardsSBS with Shin Dong-yup and Lee Seung-gi 2021 Dream Concert LIVECONNECT Leeteuk və Kim Do-yeon ilə Seoul International Drama Awards MBC Park Eun-bin ilə
İstinadlar
Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Cənubi Koreya müğənniləri