Kruzov adası () — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Ada 1804-cü ildə Yuri Lisyanski tərəfindən kəşf edilmişdir və rus admiralı Aleksandr Kruzun adını daşıyır.
Baranov adasının qərbində, Sitka şəhəri ilə üzbəüz ərazidə yerləşir. Uzunluğu təxminən 37 km, eni isə 13 km-dir. Adanın sahəsi 433,7 km²-dir. Buda onu ABŞ-da 41-ci ən böyük ada edir. Kruzov adasının cənub ucunda konusunun hündürlüyü dəniz səviyyəsindən 976 m (adanın ən yüksək nöqtəsi) olan Eckom adlı sönmüş vulkan vardır. Daimi əhalisi yoxdurKruzof Island: Blocks 1014 and 1015, Census Tract 1, Sitka City and Borough, Alaska . U.S. Census Bureau.
İstinadlar
Kateqoriya:Aleksandr arxipelaqı Kateqoriya:Alyaskanın yaşayış olmayan adaları