Kupreyanov adası () — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada.

Coğrafiya Adanın uzunluğu 84 km, eni 32 km və 2803 km² ərazisi vardır. Ərzisinə görə ABŞ-nin 13-cü və dünyanın 170-ci ən böyük adasıdır. Materiklə məsafə təxminən 5,5 km, Kuyu adasına qədər — yarım kilometrdən azdır. Adadakı Lindenberq yarımadasını adanın əsas hissəsindən ayıran Dunkan Kanal körfəzi tərəfindən demək olar ki, ikiyə bölünür.

Ada bütünlüklə Tonqass Milli Meşəsinin bir hissəsidir. Rəsmi olaraq ağac kəsimi və emalı aparılır.

Tarix Adanın xəritəsi ilk dəfə 1793–1794-cü illərdə Vankuver Ekspedisiyası zamanı araşdırmaçı Ceyms Constoun və Discoveri gəmisinin kapitanı Cosef Uidbi tərəfindən çəkilib. Adanın rəsmi adı 1836–1840-cı illərdə Rus-Amerika şirkətinin meneceri İvan Kupreyanovun şərəfinə 1848-ci ildə verilmişdir.

Əhali 2000-ci il siyahıyaalınmasına görə, adada 785 nəfər yaşayırdı. Onlardan 710 nəfəri Key şəhərində, 23 nəfəri isə Kupreyanov şəhərində yaşamışdır. Əhalisi tlinqitlərdir.

Ədəbiyyat

İstinadlar

Mənbə

Kateqoriya:Aleksandr arxipelaqı